• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
17.06.26 20:33
Gündəm
151

Təhsil Tələbə Krediti Fondu - 5 illik fəaliyyət



2021-ci il 17 iyun tarixində Prezident İlham Əliyevin imzaladığı 1367 nömrəli Fərmanla yaradılan Təhsil Tələbə Krediti Fondu fəaliyyətinin 5-ci ildönümünü qeyd edir.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Fond ölkədə təhsilə əlçatanlığı və təhsildə bərabər imkanları təmin edən mühüm mexanizmlərindən biridir.

“Qafqazinfo” Təhsil Tələbə Krediti Fonduna istinadən xəbər verir ki, Fondun əsas missiyası sosial baxımdan həssas əhali qrupuna aid ailələri təmsil edən təhsil almaq arzusunda olan gənclərin bütün təhsil səviyyələrinə çıxış imkanlarını təmin etməkdir. Bu məqsədlə həyata keçirdiyi fəaliyyət nəticəsində Fond minlərlə tələbənin təhsil haqqı maliyyələşdirib, yüzlərlə ailənin maddi yükünü azaldıb, ölkənin kadr potensialının formalaşmasına mühüm töhfə verib.

Təhsil müddəti ərzində kreditlərin geri ödənişinin tələb olunmaması tələbələrə diqqəti yalnız təhsil prosesinə və akademik nəticələrə yönəlməyə imkan verir. Mövcud qaydalara əsasən yüksək akademik göstəricilərə malik tələbələr üçün kredit məbləğinin müəyyən hissəsinin bağışlanması mexanizmi tətbiq edilir. Bu günədək geriödəmə mərhələsinə keçmiş 691 sosial təhsil tələbə krediti üzrə 50 faiz, 1 684 standart təhsil tələbə krediti üzrə isə 25 faiz güzəşt tətbiq edilib. Nəticədə tələbələr üçün ümumilikdə 766 min manatdan artıq vəsait bağışlanıb.

Fondun fəaliyyətə başladığı tarixdən e-ttkf.edu.az portalına 100 mindən çox müraciət daxil olub, onlardan 85 mini rəsmiləşdirilib. Bu göstərici müraciətlərin təxminən 85 faizinin müsbət nəticələndiyini göstərir və mexanizmin səmərəliliyinin mühüm göstəricisi hesab olunur. Rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 faizini sosial, 65 faizini isə standart növ təhsil tələbə kreditləri təşkil edir. Təhsil pillələri üzrə bölgüyə əsasən müqavilələrin 69 faizi bakalavriat, 23 faizi magistratura, 7 faizi orta ixtisas, 1 faizi isə peşə təhsili səviyyəsinin payına düşür.

Fondun fəaliyyətinin sosial təsirini əks etdirən mühüm göstəricilərdən biri də gender bölgüsüdür. Kredit müqavilələrinin 64 faizi qadın, 36 faizi isə kişi tələbələr üçün rəsmiləşdirilib. Bu göstərici Fondun xüsusilə qızların və gənc qadınların ali təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını göstərir.

Ötən 5 il ərzində ümumilikdə 80 milyon manatdan artıq kredit məbləği xərclənib, bunun 78 milyon manatdan çox hissəsi birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb. Ayrılmış vəsaitin təxminən 48 milyon manatı standart, 30 milyon manata yaxın hissəsi isə sosial növ təhsil tələbə krediti təşkil edir, 1,9 milyon manatdan artıq sığorta məbləği .

Fondun fəaliyyət istiqamətlərindən biri də təhsil tələbə kreditləri barədə ictimai məlumatlılığın artırılmasıdır. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib. Fondun fəaliyyətə başladığı gündən etibarən təşkil olunan görüşlərdə ümumilikdə 100 mindən çox şagird, abituriyent, tələbə, valideyn və müəllim-pedaqoji heyət iştirak edib.

Eyni zamanda Fond tələbələrin şəxsi və peşəkar inkişafına dəstək göstərən layihələr həyata keçirib. Beş il ərzində 35 Anlaşma Memorandumu imzalanıb, 1 981 tələbə müxtəlif təlim proqramlarına cəlb edilib, 655 tələbə və məzun təcrübə imkanlarından yararlanıb, 375-dən çox məzunun məşğulluğuna dəstək göstərilib.

Fondun fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, Təhsil Tələbə Krediti Fondu 2025-ci ildə innovativ fəaliyyəti və tələbəyönümlü yanaşması ilə "QS Reimagine Education" beynəlxalq tanınma sertifikatına layiq görülüb. Təhsil innovasiyaları sahəsində dünyanın nüfuzlu tanınma mexanizmlərindən biri hesab olunan bu sertifikat Fondun fəaliyyət modelinin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir.

Bu gün Təhsil Tələbə Krediti Fondunun 5 illik fəaliyyəti 84 mindən çox təhsil tələbə krediti müqaviləsi, 80 milyon manatdan artıq maliyyə dəstəyi, 100 mindən çox maarifləndirmə tədbiri iştirakçısı və beynəlxalq səviyyədə əldə olunmuş uğurlarla xarakterizə olunur.

Bu göstəricilər yalnız statistik rəqəmlər deyil, minlərlə gəncin təhsil arzularının gerçəkləşməsinin ifadəsidir.


Oxşar Xəbərlər

backend
2025-ci ildə strateji bərpa və yeni inkişaf mərhələsi
3.12.25 19:41
Gündəm
backend
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24.07.25 22:20
Gündəm
backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
Dövlət qulluğunda yeni əməkhaqqı sistemi nə vəd edir?
19.03.26 22:46
Gündəm
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm
backend
Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlandı
26.09.25 19:02
Hadisə
backend
“Azəristiliktəchizat”da nöqsanlar aşkarlandı
27.10.25 18:58
Hadisə
backend
İlham Əliyev Fərman imzaladı
23.12.24 18:12
Gündəm
backend
Araz Paşayevə məxsus şirkət hansı qurumlarla iş birliyində olub və nə qədər dövlət vəsaiti silib -ARAŞDIRMA
28.03.24 19:44
Gündəm / Hadisə
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev
4.01.24 19:43
Siyasət
backend
Yeni peşə ixtisasları yaradıldı - Qərar
9.10.24 17:56
Gündəm
backend
Qərbi Azərbaycanda yer adları ilə bağlı AMEA-da komissiya yaradılıb
28.07.23 10:49
Gündəm
backend
Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq
23.02.24 20:34
Siyasət
backend
COP28-in prezidenti İtki və Zərər Fondunun ilk tarixi iclasına sədrlik edib
1.05.24 13:32
Gündəm

XƏBƏR LENTİ

19:49 Sabah da yağış yağacaq
19:41 Bu ərazilərdə səhərə qədər su olmayacaq
19:38 Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
19:35 Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
19:32 Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
18:39 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
18:36 Daşkəsən sakini bıçaqlandı - Qayınatası tutuldu
18:34 Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
18:30 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
18:28 Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
19:30 Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
19:27 Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
19:04 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
18:34 Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
16:45 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
18:35 Temperatur 10° enəcək - Xəbərdarlıq
18:33 Türkiyədə Soma mədənində çökmə, 2 nəfər xilas edildi
18:29 Güclü külək əsəcək - Xəbərdarlıq
18:26 Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:23 Fransada məktəbli üsyanı ölkəni cənginə aldı - Nəqliyyat dayandı
19:15 Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı
19:11 Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü Sazişi təsdiqləndi quba-xezeryani-uzre-hasilatin-pay-bolgusu-sazisi-tesdiqlendi
19:07 Peşə məktəbinin söküləcəyi iddiaları ilə bağlı - Açıqlama
19:03 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
18:59 Küləkli hava ilə bağlı - Xəbərdarlıq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabah da yağış yağacaq
6.10.26 19:494
Bu ərazilərdə səhərə qədər su olmayacaq
6.10.26 19:414
Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
6.10.26 19:384
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
6.10.26 19:355
Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
6.10.26 19:324
backend
Sabah da yağış yağacaq
6.10.26 19:494
Bu ərazilərdə səhərə qədər su olmayacaq
6.10.26 19:414
Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
6.10.26 19:384
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
6.10.26 19:355
Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
6.10.26 19:324
Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
5.10.26 18:398
backend
Sabah da yağış yağacaq
6.10.26 19:494
Bu ərazilərdə səhərə qədər su olmayacaq
6.10.26 19:414
Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
6.10.26 19:384
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
6.10.26 19:355
Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
6.10.26 19:324
Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
5.10.26 18:398

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.