• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
19.03.26 22:46
Gündəm
166

Dövlət qulluğunda yeni əməkhaqqı sistemi nə vəd edir?




“Dövlət qulluğu haqqında” qanunda və müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər dövlət qulluqçularının əmək haqqı sistemində mühüm yenilikləri nəzərdə tutur. Belə ki, mükafat sistemi, staja və hakimiyyət səlahiyyətinə görə verilən əlavələr, eləcə də müalicə müavinəti ləğv edilərək vəzifə maaşının baza hissəsinə daxil edilir.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu dəyişikliklər əmək haqqı mexanizminin daha şəffaf, sabit və vahid prinsip əsasında qurulmasına yönəlib.

Bəs bu yanaşma praktikada hansı nəticələr vəd edir?

Vahid struktur və sabitlik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvü, iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov hesab edir ki, dövlət qulluğunda əlavələrin maaşın tərkibinə daxil edilməsi vasitəsilə vahid strukturun qurulması olduqca böyük əhəmiyyət kəsb edir. Bu yanaşma həmin sahədə optimallığı, proqnozlaşdırıla bilənliyi, sabitliyi və effektiv modelin formalaşdırılmasını özündə ehtiva edir. Dövlət qulluqçularının əmək haqlarının bu model əsasında müəyyən edilməsi nəticəsində onların proqnozlaşdırıla bilən olması təmin ediləcək:

“Bununla yanaşı, sabitlik də əmək haqqı sistemində olduqca böyük əhəmiyyət daşıyan amillərdəndir. Bu mexanizmin tətbiqi ilə sabitlik də təmin olunacaq. Hazırda əmək bazarında formalaşan çağırışlar kontekstində dövlət qulluqçularının əmək haqqı sisteminin effektivliyi vasitəsilə dövlət qulluğuna motivasiyanın yüksək səviyyədə saxlanılması mühüm əhəmiyyət kəsb edir. Bu yeni modelin tətbiqi bu istiqamətdə də çox müsbət nəticələr verə bilər. Bununla yanaşı, bu gün özəl sektorda, xüsusilə bəzi sahələr üzrə əmək haqlarının yüksək olmasının gənc mütəxəssislərin həmin sektora yönəlməsinə səbəb olduğu müşahidə olunur. Özəl sektorda əmək haqlarının yüksək olması, təbii ki, müsbət haldır və iqtisadiyyatın inkişafına təkan verir. Lakin eyni zamanda dövlət qulluqçularının yüksək peşəkarlığının təmin edilməsi də olduqca vacibdir. Bu baxımdan dövlət qulluğunda effektiv əmək haqqı sistemi mühüm rol oynamalıdır. Yeni modelə keçid bu sahədə müsbət dəyişikliklərin baş verməsini təmin edəcək”.

Şəffaflıq və inkişaf üçün yeni imkanlar

Elşad Məmmədov vurğulayıb ki, beynəlxalq təcrübə və aktual iqtisadi tədqiqatlar nəzərə alınmaqla yeni modelin tətbiqi şəffaflığın artırılmasına, əmək haqqı sisteminin daha effektiv qurulmasına, gənc mütəxəssislərin peşəkarlığının yüksəldilməsinə və onların dövlət qulluğuna cəlb olunmasına şərait yaradacaq: “Bütün bunlar bir tərəfdən iqtisadiyyatın inkişafına və stimullaşdırılmasına müsbət təsir göstərəcək, digər tərəfdən isə dövlət qulluqçularının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün əlverişli şərait formalaşdıracaq”.

İnstitusional yanaşma və balanslı model

“Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə qeyd edib ki, dövlət qulluqçularının əmək haqqı sistemində tətbiq edilən yeni yanaşma əmək haqqı mexanizminin vahid struktur əsasında təşkilini, onun optimal, proporsional, balanslı və davamlı modelə keçirilməsini nəzərdə tutur: “Bu isə öz növbəsində dövlət qulluğunda insan resurslarının idarə olunmasında səmərəliliyin artırılması baxımından mühüm institusional amil kimi çıxış edə bilər. Əvvəlki dövrlərdə müxtəlif əlavələr formasında ödənilən əmək haqqı komponentlərinin vəzifə maaşı ilə inteqrasiya olunması əmək haqqı sisteminin vahid struktur çərçivəsində formalaşmasını təmin edir. Bu yanaşma əmək haqqı sistemində mövcud olan fraqmentasiyanı aradan qaldırır, onun daha sabit və proqnozlaşdırıla bilən xarakter almasına imkan yaradır. Eyni zamanda bu dəyişikliklər dövlət qulluqçularının sosial təminat səviyyəsinin yüksəldilməsinə və gəlir sabitliyinin gücləndirilməsinə xidmət edir”.

Şəffaf idarəetmə və uzunmüddətli effektlər

Aslan Əzimzadə bildirib ki, həyata keçirilən islahatın nəzəri və praktiki əhəmiyyəti ilk növbədə əmək haqqı sisteminin şəffaflıq, ədalətlilik və proporsionallıq prinsipləri əsasında formalaşdırılması ilə şərtlənir: “Əmək haqqının tərkib elementlərinin açıq və aydın müəyyən edilməsi dövlət qulluğunda nəticəyönümlü idarəetmə modelinin tətbiqinə və motivasiya mexanizmlərinin uzunmüddətli perspektivdə gücləndirilməsinə şərait yaradacaq. Ümumilikdə qeyd etmək lazımdır ki, həyata keçirilən bu yeni yanaşma və institusional islahat dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və effektivlik prinsiplərinin daha da möhkəmləndirilməsinə yönəlmişdir. Bu isə öz növbəsində uzunmüddətli perspektivdə dövlət aparatının funksional çevikliyinin artırılmasına, insan kapitalından daha səmərəli istifadəyə və ölkənin sosial-iqtisadi inkişafının dayanıqlılığının təmin olunmasına mühüm töhfə verə bilər”.

Beynəlxalq təcrübə

Aslan Əzimzadə beynəlxalq təcrübəyə də diqqət çəkib: “Burada xüsusi qeyd olunmalı məsələlərdən biri də məhz sözügedən yanaşma ilə bağlı beynəlxalq təcrübədir. Əgər buna nəzər salsaq, görərik ki, müxtəlif Şərqi Avropa və Cənub-Şərqi Asiya ölkələrində aparılan empirik tədqiqatlar nəticəsində dövlət qulluqçularının əmək haqları ilə qeyri-şəffaflıq problemləri arasında müəyyən korrelyasiya, yəni əlaqə aşkar edilib. Bu baxımdan xüsusilə Honq Konq təcrübəsini qeyd etmək olar. Honq Konqda dövlət xidmətində əmək haqqı sisteminin dəyişdirilməsi ilə bağlı aparılmış empirik tədqiqatlar göstərir ki, dövlət qulluqçularının əmək haqlarının 10 faiz artırılması qeyri-şəffaflıqla bağlı şikayətlərin təxminən 4 faiz azalmasına səbəb olub. Eyni zamanda, bu sahədə cinayət işləri üzrə məhkumluq hallarının da azalması müşahidə edilib. Bu isə, təbii ki, ümumilikdə müsbət nəticə kimi qiymətləndirilə bilər və əmək haqqı sistemində aparılan islahatların institusional şəffaflığa təsirini göstərən mühüm nümunələrdən biri hesab olunur”.

Oxşar Xəbərlər

backend
Doktorantura yaradılan ali məktəblərin yeni siyahısı təsdiqlənib
31.05.24 18:50
Cəmiyyət
backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
2025-ci ildə strateji bərpa və yeni inkişaf mərhələsi
3.12.25 19:41
Gündəm
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm
backend
“Bu xidmətdən çətin həyat şəraiti olanlar istifadə edə biləcək”
25.02.25 19:49
Cəmiyyət
backend
Bank lisenziyalarının alınması qaydası dəyişir
5.06.23 13:57
İqtisadiyyat
backend
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
8.05.23 21:53
Siyasət
backend
Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlandı
26.09.25 19:02
Hadisə
backend
Dövlət qulluğu ilə əlaqədar müsahibə komissiyasının tərkibində dəyişiklik ediləcək
5.03.24 19:59
Gündəm
backend
Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq
23.02.24 20:34
Siyasət
backend
İlham Əliyev Fərman imzaladı
12.08.25 19:30
Siyasət
backend
Rəqabət Məcəlləsi qüvvəyə minib - FƏRMAN
23.01.24 21:58
Gündəm
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
3.06.25 20:56
Gündəm
backend
Qərbi Azərbaycanda yer adları ilə bağlı AMEA-da komissiya yaradılıb
28.07.23 10:49
Gündəm

XƏBƏR LENTİ

19:49 Sabah da yağış yağacaq
19:41 Bu ərazilərdə səhərə qədər su olmayacaq
19:38 Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
19:35 Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
19:32 Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
18:39 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
18:36 Daşkəsən sakini bıçaqlandı - Qayınatası tutuldu
18:34 Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
18:30 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
18:28 Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
19:30 Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
19:27 Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
19:04 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
18:34 Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
16:45 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
18:35 Temperatur 10° enəcək - Xəbərdarlıq
18:33 Türkiyədə Soma mədənində çökmə, 2 nəfər xilas edildi
18:29 Güclü külək əsəcək - Xəbərdarlıq
18:26 Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:23 Fransada məktəbli üsyanı ölkəni cənginə aldı - Nəqliyyat dayandı
19:15 Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı
19:11 Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü Sazişi təsdiqləndi quba-xezeryani-uzre-hasilatin-pay-bolgusu-sazisi-tesdiqlendi
19:07 Peşə məktəbinin söküləcəyi iddiaları ilə bağlı - Açıqlama
19:03 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
18:59 Küləkli hava ilə bağlı - Xəbərdarlıq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabah da yağış yağacaq
6.10.26 19:4975
Bu ərazilərdə səhərə qədər su olmayacaq
6.10.26 19:4159
Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
6.10.26 19:3849
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
6.10.26 19:3583
Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
6.10.26 19:3284
backend
Sabah da yağış yağacaq
6.10.26 19:4975
Bu ərazilərdə səhərə qədər su olmayacaq
6.10.26 19:4159
Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
6.10.26 19:3849
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
6.10.26 19:3583
Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
6.10.26 19:3284
Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
5.10.26 18:3985
backend
Sabah da yağış yağacaq
6.10.26 19:4975
Bu ərazilərdə səhərə qədər su olmayacaq
6.10.26 19:4159
Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
6.10.26 19:3849
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
6.10.26 19:3583
Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
6.10.26 19:3284
Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
5.10.26 18:3985

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.