• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
19.05.23 08:18
Maraqlı
540

Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür







Qoç - inadkar və əzmili olun. Maraqlarınız və ya mənafelərinizə zərbə dəyən məqamda emosional davranmayın. "Qisas soyuq yeyilməli təamdır" deyimini unutmayın. Bədxah və rəqibinizə elə bir zərbə vurun ki, uzun müddət özünə gələ bilməsin.


Yaxın ətrafınızdakı insanları sizinlə razılaşmağa vadar etməyin.
Maraqlı olan iş uğurla davam edəcək.

Prioritetlər dəyişir. Öz vaxtını gözləyən mövzu ön plana çıxa bilər.
Dəyişikliklərdən yayınmayın, yeniliklərdən qorxmayın. Səhvləri bərpa edin, təmaslara və əlaqələrə yenidən nəzər salın.

Axşam saatları alış-veriş üçün əlverişlidir.

Buğa - minimal səylərlə nəticəni yaxşılaşdırmağa çalışın. Ən yaxşı nəticə əldə etmək mümkündür. Bilik və bacarıqlarınıza ehtiyac var.

Yaxın ətrayınızdakı insanlar sizə can atırlar.
Yarımçıq işləri başa çatdırmaq, perspektiviniz üçün əhəmiyyət kəsb edən məsələlərlə məşğul olan, gələcəyə çalışmaq üçün əlverişli zamandır.

Alış-veriş edin. Amma bədxərc davranmayın.
Sakit və təmkinli olun.

Axşam saatlarını sizə əziz olan insanların yanında keçirin.

Əkizlər - aktiv və sayıq olun. İndi rahatlanmaq, özünüzü asudə hiss etmək zamanı deyil. Böyük ümidlər bəslədiyiniz işdə problemlər yarana bilər.

Hansısa problemin qarşısını almaq, mənasız gərginliyə yol verməmək, yardıma ehtiyacı olana dəstək vermək imkanınız var. Özünüzün və ya başqalarının səhvini düzəltmək şansınıza maliksiniz.

Emosiyalarınıza imkan verməyin ki, yaşam potensialınıza zərbə vursun. Addım və qərarlarınızda təmkinli olun, sağlam məntiqlə davranın.

Orqanizmin müdafiə sistemi və immunitetdə fəsad yarana bilər. Motivasiyasız addımlar atmayın.

Xərçəng - dünən başladığınız işi bu gün başa vurun. Ev və ailə bu gün ön plandadır. Özünüzü nə qədər rahat və sakit hiss etsəniz, bir o qədər çox iş görəcəksiniz.

Ailə tədbiri qarşılıqlı münasibətlərə xoş təsir edəcək.
Qonaqlar sizi sevindirəcək.
Hövsələsiz olmayın, tələsməyin.

Rejimə riayət edin. Fiziki işlə məşğul olun.
İşlər az deyilsə, əlavə sifariş və ya tapşırığı yerinə yetirməyə can atmayın.

Şir - həddən ziyadə iş görməyə çalışmayın. Belə olarsa, əlavə ideyalar narahatlıq yaradacaq, təlaşa səbəb olacaq.

Şərtlər sizi nahamar yola yönəldərək dar çərçivəyə sala bilər. Yaxın ətrafınızdakı insanların fəaliyyətinə mane olmayın. Sizə əziz insanların yardım istəklərini nəzərə alın.
Səhhətinizin qeydinə qalın, stressə düçar olmayın.

Yaşanan olayları anlamaqda çətinlik çəkmirsiniz. Amma situasiya yanğının söndürülməsi deyil.
Axşam saatlarında anlayacaqsınız ki, çətinliklər geridə qalıb. Rahat istirahət edin.

Qız - ev işləri və ailəvi tədbirlər üçün yaxşı gündür. Yarımçıq qalmış işləri tamamlamaq, çoxdan verilmiş vədi yerinə yetirmək, münaqişəni yoluna qoymaq olar.

Dünən münaqişə və ya mübahisənin olduğu məkanda bu gün sakitlikdir.
Əlaqələr və təmaslarınızın sayı çox olduğu müstəvidə bir-birləri ilə ələqadə olan olaylar sizi maraqlandıra bilər.

Gecikdirdiyiniz məsələlərdə sonrakı tələskənlik bir fayda verməyəcək. Olaylara və ya yarana biləcək hadisəyə diqqətlə hazırlaşın.

Şəxsi münasibətlər müstəvisində stabilləşmə dövrüdür. İddialar və tələblər varsa, onlar üçün əlavə dəlillər tapılacaq.

Tərəzi - hadisələrin intensiv cərəyan etdiyi gündür. Müəyyən situasiyada gərginlik yarana bilər. Başqasının mövqeyini dəyişməyə çalışmayın.

Tam haqlı olsanız da, fikirlərinizi anlada və qəbul etdirə bilməyəcəksiniz. İşgüzar fəaliyyət üçün əlverişli gündür. Çoxlu və keyfiyyətli iş görmək olar. Bütün öhdəlikləri tərəfdaşlar və iş yoldaşları arasında bölüşdürün. Fiziki iş faydalıdır.

Dinamik, aktiv istirahəti seçin. İmkan olarsa, vitaminli qidalanın.
Sevdiyiniz insanın davranışını təhlil etməyə çalışmayın.

Hisslər, həzz, əyləncə ləzzəti barədə düşünməyin. İşgüzar münasibətlərdə ciddi dəyişiklərə əl atmayın.

Əqrəb - həyəcan və narahatlıq vaxtıdır. Hisslər tarıma çəkilə bilər. Bütün diqqəti bir məsələyə yönəltsəniz, təhlükəsizlik hissini itirərək daha önəmli məqamı əldən verə bilərsiniz.

Sizi məqsədə doğru aparacaq işlə məşğul olun, onu tamamlamağa çalışın. Travma, müxtəlif tipli qəza, yaxın ətrafınızdakı insanlardan biri ilə münaqişə istisna deyil.

Yaranmış çətinlikləri nəzərə alaraq perspektivləri tərəfdaş, iş yoldaşı və ya şəriklə müzakirə edin.

İş çoxdursa, onu paylaşın. Narahatlıq və ya təlaşa səbəb situasiyalarda intuisiyanıza inanın.
Axşam saatlarını yaxınlarınızla birlikdə keçirin.

Oxatan - diqqət və sayıqlıq tələb olunan gündür. Ətrafınızdakı baş verən hadisələrə fikir verin, situasiyanın dəyişikliklərini müşahidə edin. Emosional baxımdan qeyri-rəvan gündür.

Ciddi dəyişikliklər ehtimalı azdır. Təfərrüatlı, detallı çalışın. İşlə bağlı ünsiyyət olacaq.

Öz arealınızda təkbaşına çalışın. Sizdə qıcıq yaradan insanları həmin areala buraxmayın.
Axşam saatlarında aktiv əyləncə və ya şən məclisə can ata bilərsiniz.
Pozitiv emosiyalara ehtiyacınız var.

Romantik görüşlə bağlı gözləntilər puç ola bilər.

Oğlaq - ev işləri və ailə təmasları üçün yaxşı gündür. Yaşam arealınızın bir hissəsindəki xaosu aradan qaldırmalısınız. Yeniliklərə yer hazırlayın.
İstənilən fiziki aktivlik xeyirlidir.

Dostları qonaq çağırmaq, əylənmək, istirahət etmək olar. İntellekt və biliklərinizi nümayiş etdirin.
Günlə bağlı gözləntiləriniz böyük olmasın. Sadəcə, həyatdan həzz alaraq yaşayın və sevincinizi yaxınlarınızla bölüşün.

Axşam saatlarında gərginlik artacaq. Kimsə ilə münaqişəyə başlamayın.

Dolça - diqqətli və ehtiyatlı olun. Eqoist və subyektiv davranmayın. Ciddi səhvlərə yol verə bilərsiniz. İnformasiya gələrəsə, onu əlavə yoxlamaya və təhlilə məruz qoymayın.

Məlumatın mənasını, sizin üçün nə qədər gərək olduğunu dəyərləndirin.
Ambisiya və istəklər artır, rəğbət anlamı ön plana çıxır.

Sizi nigaran və narahat edən görüş çoxsaylı, qəfil və izafi emosiyalara səbəb ola bilər. Qüvvənizi yeni fəaliyyət sahəsində sınayın.

Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür.
Axşam saatlarında situasiya normallaşacaq, ara sakitləşəcək.

Evdə qalın, kiçik ev işləri ilə məşğul olun.

Balıqlar - romantizmi praktikliklə birləşdirmək üçün yaxşı vaxtdır. Gördüyünüz işlərin nəticələri sizi razı salmalıdır. Narazılıq yaranarsa, həyatınızda izafi və mənasız küy yarana bilər.

Günün ikinci yarısında faydalı və o qədər də gərəkli olmayan informasiya axını başlanacaq. Axtardığınızı asanlıqla tapa bilərsiniz.

Axşam saatları şəxsi münasibətlər zəminindəki hisslər üçün əlverişli vaxtdır.
Yaşamınızda yeni insanlar, maraqlar, ideyalar peyda olacaq.

Milli.Az

Oxşar Xəbərlər

backend
Günün qoroskopu: Ciddi maliyyə itkiləri ola bilər
17.05.23 08:03
Cəmiyyət
backend
Günün qoroskopu: Fiziki işdə fayda var
16.05.23 08:32
Gündəm
backend
Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
18.05.23 08:32
Cəmiyyət

XƏBƏR LENTİ

18:35 Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18:25 Azərbaycan Kubokunun püşkü atıldı
18:13 Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18:05 Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18:02 Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18:49 Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
18:46 13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı
18:43 DSK-lar yenidən formalaşdırılır - Yenilənib
18:37 Gürcüstan İran ilə hava əlaqəsini kəsdi
18:33 Lerikdə zəlzələ olub
19:28 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
19:23 Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
19:20 “Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
19:16 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
19:14 Ailəsini ölümlə təhdid etdilər deyə 6 qol buraxdı
18:17 Rayonlarda leysan olacaq
18:16 “Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
18:14 Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
18:13 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
18:11 Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
18:50 Sabahdan Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq
18:49 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı
18:46 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:43 DTX-nin saxladığı “Çevik” həbs edildi
18:39 Bakıda yeniyetmənin müəmmalı ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18.09.26 18:35136
Azərbaycan Kubokunun püşkü atıldı
18.09.26 18:25131
Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18.09.26 18:13139
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18.09.26 18:05118
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18.09.26 18:0287
Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
17.09.26 18:49153
backend
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18.09.26 18:35136
Azərbaycan Kubokunun püşkü atıldı
18.09.26 18:25131
Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18.09.26 18:13139
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18.09.26 18:05118
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18.09.26 18:0287
Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
17.09.26 18:49153

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.