• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
26.09.25 19:02
Hadisə
32

Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlandı





Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər dövlət əmlakının istifadə olunmasına dair uyğunluq auditi aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 1 yanvar 2023-cü ildən 1 yanvar 2025-ci ilədək olan müddət əhatə olunub, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 111,3 mln. manata, xaricolmalar üzrə 105,0 mln. manata bərabər olub.

Toplanmış sübutlara əsaslanaraq auditin nəticələri əsasən aşağıdakılardan ibarət olub.

Ölkə üzrə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi əsasən yerinə yetirilməyib ki, bu da baytarlıq sahəsi üzrə bir sıra xüsusi təhlükəli xəstəliklərin profilaktik peyvəndləmə işlərinin planlaşdırılması və icrasında mütərəqqi təcrübələrə və risk əsaslı yanaşmalara deyil ümumi naxırda tam sürü prinsipinə üstünlük verilməsini şərtləndirib.

İdentikləşdirilmə prosesinin lazımi səviyyədə həyata keçirilməməsi və elektron informasiya sisteminin formalaşdırılmaması şəraitində, həmçinin heyvanların hərəkətinin izlənilməsi, profilaktik peyvəndləmə işlərinin ünvanlılığının (həqiqiliyinin) müəyyənləşdirilməsi mümkünsüz olmuşdur. Eyni zamanda, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş saylarının hesabatlılıq göstəriciləri Dövlət Statistika Komitəsinin göstəricilərindən əhəmiyyətli (11,0-16,0% intervalında) fərqlənməklə ölkə üzrə uçotun etibarlı olmaması müəyyənləşib.

Heyvanların identikləşdirilməsi prosesi ilə bağlı strateji hədəflər, illik əməliyyat planları və daxili nəzarəti təmin edən monitorinq reqlamentləri mövcud olmamışdır. Mütərəqqi beynəlxalq və regional təcrübələr nəzərə alınmaqla qanunvericilik təşəbbüsləri irəli sürülməyib.

Qeyd olunan və digər hallar uzun illər davam edən sahəvi inzibatçılıq modelinin dövlət sektoru kontekstində düzgünlük aspektlərinə cavab vermədiyini göstərmiş, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planı ilə nəzərdə tutulan müvafiq hədəflərə 2025-ci ilin sonunadək nail olunmayacağını demək üçün əsaslar yaranıb.

AXA-nın fəaliyyəti üzrə Strateji İnkişaf Planı, illik Əməliyyat Planları və monitorinq sistemi tətbiq edilməmiş, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə fəaliyyət planları və icra məlumatlarında bitkiçilik və heyvandarlıq sahələrində respublikanın regionları üzrə hansı xəstəliklərə qarşı mübarizə aparıldığı, nəticələrinin necə olduğu, xəstəliklərlə bağlı monitorinqlər və nəticələri, aşkar olunmuş xəstəliklər, həmçinin kənd təsərrüfatı yönümlü texnikalar üzrə dövlət texniki nəzarət sahəsində monitorinq göstəriciləri və digər bu kimi mühüm indikatorlar öz əksini tapmayıb.

AXA üzrə "Elektron kənd təsərrüfatı" informasiya sistemində torpaq analizləri və toxumların sertifikatlaşdırma prosesi üçün alt modullar 2024-cü ildə istifadəyə verilib, toxumçuluqda fəaliyyətin səmərəliliyinin artırılması üçün hüquqi aktların təkmilləşdirilməsinə dair layihələr hazırlanıb, eləcə də funksional fəaliyyət çərçivəsində fermerlərin maarifləndirilməsinə diqqət artırılıb, o cümlədən bitkiçilik, bitki mühafizəsi, heyvan sağlamlığı, heyvandarlıq və baytarlıq istiqamətlərinə daha çox önəm verilib.

Hüquqi mandatında və əməliyyat sxemində dəyişikliklərin baş verməməsi şəraitində AXA-nın Aparatı üzrə dövlət büdcəsindən maliyyələşdirilməklə xərclənmiş vəsaitin məbləği 2023-cü ildə 19297,2 min manata bərabər olduğu halda 2024-cü ildə 47,1% azalaraq 10201,1 min manat təşkil etmişdir ki, bu da büdcə vəsaitlərinin daha qənaətli xərclənməsi prinsiplərini rəhbər tutulmuşdur. Bu, eyni zamanda, 2023-cü ildə dövlət büdcəsinin vəsaitlərinə olan illik tələbatın düzgün müəyyənləşdirilməməsi, əsasən dərman, sarğı ləvazimatları, peyvəndlər və bitki mühafizəsi vasitələrinin satınalma prosedurları çərçivəsində ehtimal olunan qiymətlərinin yüksək intervallarda hesablanaraq alış müqavilələrinin baha qiymətlərlə rəsmiləşdirilməsi və bəzi hallarda alışların illik tələbatdan artıq həyata keçirildiyindən növbəti illərə keçən anbar qalıqlarının olması və ya akkreditivlərin yaranması kimi hallarla səciyyələnib.

Ehtimal olunan qiymətlərin hesablanması üçün səmərəli (regional coğrafiyadakı istehsalçılar üzərindən) bazar araşdırmaları aparılmadan Kosta-Rika mənşəyinə üstünlük verilərək ticarətçi qeyri-rezident şirkətlə bir dəstinin qiyməti 32,13 manata sənədləşdirilmiş müqavilələr bağlanılmış və ümumilikdə ödənilmiş dəyəri 1669,1 min manata bərabər 51949 dəst feromon (P588) tələlərinin qeyri-optimal qiymətlərlə satınalınmasına yol verilmişdir. İki il ərzində istifadə olunmasına baxmayaraq həmin feromon tələlərinin hal-hazıradək dövlət sınağından keçməsi və dövlət qeydiyyatına alınması təmin edilməyib.

Eyni zamanda, feromon tələlərindən 01.01.2025-ci il tarixinə 35018 dəstinin qalıqda qalması və köhnəlməsi qeyri-rezident şirkətlə bağlanmış müqavilələr üzrə tələbatın düzgün müəyyənləşdirilməməsini və 1,0 mln. manata yaxın büdcə vəsaitinin 2023-cü ildə səmərəsiz xərclənməsini deməyə əsas verib.

Həmçinin, auditə təqdim edilmiş sənədlər zəif və ya sıx qaydada aşkarlanan zərərvericilərin ölkənin bəzi (şimal və şimal-qərb) regionları üzrə müşahidə olunduğunu, feromon tələlərinin isə risk əsaslı yanaşmalarla deyil, 2024-cü ildə az qala bütün regionlar üzrə asıldığını (müvafiq hallarda, fermer təsərrüfatları üzrə rəsmiləşdirilmədən) göstərib ki, bu da büdcə vəsaitlərindən səmərəsiz istifadəni bir daha təsdiq edir.

AXA-nın səlahiyyətlərinə ümumilikdə 390-dan çox sayda haqqı ödənilməklə həyata keçirilməli olan müxtəlif xidmətlərin aid edilməsi müqabilində yalnız 10-na yaxın sayda olan xidmətlərin rəsmiləşdirilməsindən gəlirlər əldə olunmuşdur. Bu isə sifarişçilər və sifarişin predmetləri üzrə hesablanmış və ödənilmiş məbləğlərin uçotu, sifarişlərin elektron müraciət sisteminin formalaşdırılmaması və sifarişçi bazasının müəyyənləşdirilməməsi şəraitində qeyri-büdcə mənbələri üzrə potensial daxilolmaların itirilməsi kimi riskləri səciyyələndirib.

Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin tabeliyindəki 11 dövlət sort-sınaq məntəqələrinin ərazilərinə aid torpaq sahələrindən yalnız 7,8%-i (37,27 hektarı) əsas funksional fəaliyyət çərçivəsində istifadə olunmuşdur ki, bu da maddi-texniki bazanın qanunvericiliklə müəyyən edilmiş əsas vəzifələrin yerinə yetirilməsinə hədəflənməsi səviyyəsinin aşağı olması deməkdir.

Eyni zamanda, toxumların sınaq məqsədlərinə deyil, gəlir əldə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalına cəlb edilmiş müvafiq torpaq sahələrində istehsal prosesinin, o cümlədən çəkilən xərclərin, satışlardan daxilolmaların və borcların uçotu bir qayda olaraq aparılmamış, satışdan vəsaitlər nağd qaydada əldə edilmişdir. Əkini sənədləşdirilmiş həmin torpaq sahələrindən əldə olunmuş məhsulların (əsasən buğda, arpa, pambıq və fındıq) miqdarı bəzi hallarda ölkə üzrə orta məhsuldarlıq göstəricilərinin 40,0%-lik aşağı hədlərindən (bəzi ərazilərin dəmyə və ya suvarılmayan ərazilər olduğu da nəzərə alınmaqla) belə az miqdarda rəsmiləşdirilməsi, dincə qoyulması və ya yararsız olması barədə məlumatlar təqdim edilmiş torpaq sahələrinin isə faktiki olaraq istehsal prosesinə cəlb edilməsi və bu kimi digər halların mövcudluğu ümumilikdə 175,0 min manata yaxın satış potensialının reallaşdırılmadığını biruzə verib.

Heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39004,4 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməmiş, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməyib.

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən bağlanmış müqavilələrin şərtləri çərçivəsində müvafiq malların (ehtiyatların, o cümlədən baytarlıq preparatları (peyvəndlər), xüsusi geyim dəstləri, dezinfeksiyaedici məhlullar və digər vasitələr qismində 2023-cü il üzrə 17768,8 min manatlıq, 2024-cü il üzrə 10872,8 min manatlıq) baytarlara təqdim edilməsi prosesi elektron qaimə-fakturalarla rəsmiləşdirilməmiş, istifadəsiz qalanların qaytarılması müqavilə şərtləri ilə əhatə olunmayıb.

Uzun müddətli kommersiya tərəfdaş olan qeyri-rezidentlə bağlanmış müqavilələrə əsasən ümumilikdə ödənilmiş dəyəri 3302,5 min manata bərabər rəsmiləşdirilməklə dabaq xəstəliyi əleyhinə peyvəndlərin alınmasına və istifadə olunmasına baxmayaraq baytarlıq preparatlarına aid edilən həmin peyvəndlərin hal-hazıradək dövlət qeydiyyatına alınması təmin edilməyib.

Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən bir qayda olaraq zəruri ilkin sənədlərin rəsmiləşdirilməsi aparılmadan, o cümlədən torpaq sahəsinin ünvanı və fermerin rekvizitləri əks etdirilmədən, fermerin sifarişinin şərtlərini tənzimləyən hər hansı təsdiqedici sənəd olmadan, fermerin maliyyə-təsərrüfat əməliyyatına aidiyyəti olmayan yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və s. nümayəndələri qeyd olunan aktlar tərtib edilərək bitki mühafizəsi və fumiqasiya tədbirlərinə sərf olunması qismində ümumilikdə 1526,6 min manat dəyərində sink fosfidin və digər pestisidlərin uçotdan silinməsinə yol verilmişdir. Analoji hallar LESM-i üzrə də baş vermiş, analizlərin aparılmasına sərf olunması qismində 2023-cü ildə anbardan 362,9 min manat dəyərində reaktivlər məxaric edilmiş, həmin reaktivlərin 2023-cü ildə silgisinə dair ümumiyyətlə uçot aparılmamış, 2024-cü ildə isə silgisi ümumi şəkildə rəsmiləşdirilməklə 231,1 min manat dəyərində reaktivlər uçotdan silinib.

Alınmış müvafiq partiya peyvəndlərin anbara 2023-cü ilin dekabr ayının 28-də, 29-da və 2024-cü ilin yanvar ayının 7-də mədaxil edildiyi halda 2024-cü il üçün heyvanlar arasında epizootiya əleyhinə diaqnostik və profilaktik Tədbirlər Planının icra reqlamenti funksional fəaliyyətin düzgün təşkil edilməməsi səbəbindən gecikdirilərək istifadə edilməsinə yol verilib, o cümlədən istifadə müddətinin bitməsinə 1-2 ay qalmış ümumilikdə 2795230 dozanın respublikanın 64 rayonuna çatdırılması sənədləşdirilmişdir. Bu da həmin peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitetin formalaşmasında və nəticə etibarı ilə dövlət vəsaitlərinin səmərəli istifadəsində ciddi risklərin mövcudluğundan xəbər verir.

Tədbirlər Planı ilə nəzərdə tutulan və həmin plana sonradan müvafiq qaydada razılaşdırılmaqla əlavələr edilən xırdabuynuzlu heyvanların sayına müvafiq istifadə edilməsi sənədləşdirilmiş, 2023-cü il üçün dabaq xəstəliyinə qarşı peyvəndlərin sayından əlavə (zəruri ilkin sənədlərlə təsdiqlənmədən təkrar peyvəndləmənin mümkünlüyü adı ilə) 64545 doza miqdarında peyvəndlər də uçotdan silinmişdir ki, bu da əlavə (HSBXM-nin regional strukturları üzrə ilin sonuna peyvəndlərin qalığı və itki norması nəzərə alınmaqla) xərclərə yol verildiyini deməyə əsas verir.

Baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin və digər aktivlərin daşınması və yerlərə çatdırılmasında istifadə olunan nəqliyyat vasitələri, eləcə də balansdakı kənd təsərrüfatı texnikaları hərəkətin izlənilməsinə imkan verən elektron sistemlə təmin edilməmişdir ki, bu da zəruri daxili nəzarətin təşkil edilməməsini səciyyələndirmişdir. Bununla yanaşı, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin və müxtəlif diaqnostikumların ölkədaxili tələbatının fasiləsizliyi şəraitində həmin malların daxili istehsalının təşkil edilməsi üçün aidiyyəti təşəbbüslər irəli sürülməmiş, biznes layihələrinin müsabiqələrinin formalaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilməyib.

Müvafiq nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi prosesində kifayətedici resurs bazası formalaşdırılmamış, inzibatçılığın təkmilləşdirilməməsi və daxili nəzarət sisteminin lazımi səviyyədə təşkil edilməməsi dövlət rüsumları və utilizasiya haqqları qismində dövlət büdcəsinin 100,0 min manatlarla ifadə olunan real daxilolmalarının yayındırılmasına əlverişli şəraitin mövcudluğundan xəbər verib.

Uyğun namizədlərin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlərin lazımi səviyyədə həyata keçirilməməsi şəraitində baş mühasib ştatları 3 qurumda vakant qalıb ki, bu da mühasibat uçotu subyektində uçotun formalaşdırılması və mühasibat uçotu sənədlərinin saxlanılması üzrə cavabdehlik məsələlərinin həll edilmədiyini deməyə əsas verib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək AXA tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində dövlət rüsumu ilə bağlı dəqiqləşdirilmiş hesabatların təqdim edilməsini nəzərə almış, dövlət sort-sınaq məntəqələri üzrə müvafiq məhsulların satışından nağd qaydada əldə olunan daxilolmaların, həmçinin əmək haqqı, ezamiyyə, yanacaq və ehtiyat hissələri üzrə artıq xərclərinin bərpası və s. tədbirlərin görülməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda, aşkar edilmiş məsələlərlə əlaqədar səlahiyyətlərinə uyğun tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumatların göndərilməsi qərara alınıb.

Oxşar Xəbərlər

backend
Naxçıvanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı nöqsanlar
12.09.24 20:04
Hadisə
backend
Aqrar Xidmətlər Agentliyində yeni təyinat
15.08.24 18:53
Gündəm
backend
Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
25.07.24 22:33
Gündəm
backend
Naxçıvan-Bakı avtobusuna bilet satışında pozuntu
9.09.25 18:57
Hadisə
backend
Bu il sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb
7.05.24 17:52
İqtisadiyyat
backend
Naxçıvanda qanunsuz su satışı həyata keçirilib
26.09.25 18:55
Hadisə
backend
Pakistanla aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olundu
15.05.25 18:51
İqtisadiyyat
backend
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı
29.02.24 21:44
Siyasət
backend
162 milyonluq əsassız ödənişlər aşkarlandı
30.07.25 18:43
Hadisə
backend
Dövlət büdcəsinin gəlirləri açıqlandı
5.06.25 21:34
İqtisadiyyat
backend
Bələdiyyə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub
16.04.25 18:56
Gündəm
backend
“İqlim məsələləri bir nömrəli audit mövzusudur”
14.11.24 19:24
Gündəm
backend
Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilir?
23.01.24 21:53
Gündəm
backend
Bu subsidiyalara nəzarət gücləndirildi
23.05.25 19:25
Gündəm
backend
Bu bankın bütün bankomatlarının fəaliyyəti dayandırıldı
18.10.23 15:21
İqtisadiyyat

XƏBƏR LENTİ

19:06 Mənzilində meyiti tapıldı
19:05 Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı
19:04 Prezidentdən Anar İsgəndərovla bağlı - Sərəncam
19:03 Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir
19:02 Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat
18:45 Küləklə bağlı növbəti - Xəbərdarlıq
18:43 Ən çox şikayət - Bu internet provayderindən olub
18:38 İranda prokuror yandırılaraq öldürüldü
18:36 Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
18:25 “Hücum ehtimalını istisna edirəm”
18:37 Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanıldı
18:36 Onlar bu rüsumlardan azad edildi
18:34 Quş qripi ilə bağlı monitorinqlərin nəticələri açıqlandı
18:31 Türkiyə bu halda sülhməramlılarını Ukraynaya göndərə bilər
18:30 Azərbaycan Ermənistana təkcə “Premium” benzin satmayacaq
18:27 Xırdalanda “Range Rover”in şüşələri və işıqları sındırıldı
18:24 Dünən işdən çıxarılan polkovnik - Bu gün yeni təyinat aldı
18:20 Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
18:17 16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı
18:15 Həkimin kompüterindən dinləmə cihazı tapılıb? - ETTBİ-də qalmaqal
19:25 Sabahın havası - 16° isti
19:20 Azərbaycandakı uşaq qidalarında təhlükə var?
19:18 Bu istiqamətdə 101 ölkə arasında 5-ci yerdəyik
19:17 Ukraynaya qoşun göndərilməsini parlamentdə səsverməyə çıxarmaq istəyir
19:16 Gömrükçülərin işi məhkəməyə göndərildi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Mənzilində meyiti tapıldı
9.01.26 19:0634
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı
9.01.26 19:0533
Prezidentdən Anar İsgəndərovla bağlı - Sərəncam
9.01.26 19:0433
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir
9.01.26 19:0332
Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat
9.01.26 19:0233
Küləklə bağlı növbəti - Xəbərdarlıq
9.01.26 18:4533
backend
Mənzilində meyiti tapıldı
9.01.26 19:0634
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı
9.01.26 19:0533
Prezidentdən Anar İsgəndərovla bağlı - Sərəncam
9.01.26 19:0433
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir
9.01.26 19:0332
Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat
9.01.26 19:0233
Küləklə bağlı növbəti - Xəbərdarlıq
9.01.26 18:4533

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.