• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
23.02.24 20:34
Siyasət
172

Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq





Fevralın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının yaradılmasının 31 illiyi qeyd edilib.

Trend xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Xətai rayon təşkilatının qərargahındakı büstünün önünə qızıl gül dəstələri düzüblər.

Sonra akt zalında davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu məqamı böyük fəxr hissi və qürurla qeyd edib ki, son üç ildə hər bir əlamətdar günü, bayramlarımızı tamamilə fərqli ovqatda qeyd edirik. Ötən ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Cari ildə ölkəmizin həyatında mühüm və qürurverici hadisə yaşandı. Suverenliyimizin tam bərpa olunması fonunda ölkəmizdə prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin – seçicilərin 92,12 faizinin səsini qazanaraq inamlı qələbəsi ilə hər birimizi sevindirdi. Bu qələbə xalqımızın qalib Liderinə sonsuz inamının, yüksək etimadının göstəricisi, son 20 ilin uğurlarına verilən dəyərin təqdimatı oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi YAP qələbələr partiyası kimi qazandığı imicinə daim yeni əlavələr edir. Ulu Öndərin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP tarixin bütün sınaqlarından şərəflə çıxaraq cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Prezident İlham Əliyev belə bir əminliyi ifadə edir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Partiyanın ilk yaradılan rayon təşkilatlarından biri bu gün sıralarında 15 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatıdır. Təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Ulu Öndər Heydər Əliyevin ideyalarının, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir. Tarixi Zəfərimizin reallıqları fonunda keçirilən partiyanın VII qurultayında yeni qərarların qəbulu, yeni tərkibin formalaşması qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Yeni Azərbaycan Partiyasının zəngin ənənələrə malik partiya kimi nüfuzu gündən-günə artır.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Yeni Azərbaycan Partiyasının ölkəmizin hər bir uğurunda payı olduğunu bildirib. Böyük fəxr və qürur hissi ilə qeyd edib ki, müstəqilliyimizin yenidən bərpasından ötən dövrün çətin, eyni zamanda, şərəfli yolunda qazanılan nailiyyətlərin müəllifləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, son 20 ildən artıq dövrdə Azərbaycanı ən yüksək zirvələrə ucaldan qalib Prezidentimiz cənab İlham Əliyevdir. Ümummilli Liderin ideyaları uğurlarımızın əsası, stimulverici qüvvəsidir. Müasir müstəqil Azərbaycanın uğurlarında Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Onun dövlətə, xalqa xidmət nümunəsi olan fəaliyyəti ölkəmizin hərtərəfli inkişafına yönələn layihələrin uğurla icra edilməsində özünün aydın ifadəsini tapır.

Rafiq Quluyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, YAP-ın ilk gündən tutduğu yola, əqidəyə sadiqlik nümayiş etdirməsi onun ümumxalq partiyası kimi nüfuz qazanmasını şərtləndirir. Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətdə böyük nüfuza malik olan insanları birləşdirir, xalqın arzu və istəklərinin həyata keçirilməsinə öz töhfələrini verməyə səy göstərir. YAP, eyni zamanda, qələbələr partiyasıdır. Bu partiya ölkəmizdə keçirilən bütün seçki proseslərində qələbəsi ilə diqqətdədir. Bu, xalqın Heydər Əliyev ideyalarına sadiqliyinin, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətə dəstəyinin nümayişidir. Cənab İlham Əliyev 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi kimi inamlı qələbə qazandı və bununla da suverenliyi, ərazi bütövlüyü tam bərpa edilən Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində qarşıdakı dövrün hədəflərini açıqlayaraq bu əminliyi də ifadə etdi ki, yeni dövrə uğurla başladıq və bu prosesi uğurla davam etdirəcəyik.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin çətin vəziyyətində yaranıb. Həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalı Ulu Öndər Heydər Əliyevə belə bir partiyanın yaradılması ilə bağlı müraciət etdi. Obyektiv səbəblərə görə Yeni Azərbaycan Partiyasının təsis konfransı 550 nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Bu gün partiyamız Azərbaycanın həyatında mühüm rol oynayır. Təsadüfi deyil ki, hazırda partiya üzvlərinin sayı 800 minə yaxındır. Bu, xalqımızın Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsinin göstəricisidir. Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən 32 ilə yaxın dövrdə çətin və şərəfli yol keçib. İndiyədək Azərbaycan tarixində YAP qədər güclü partiya olmayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Bu, o dövr idi ki, Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Partiyanın yaranmasından təqribən 7 ay sonra Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın həyatında yeni mərhələ başladı. Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı daha da gücləndirən, qüdrətləndirən cənab İlham Əliyev xalqa Zəfər sevincini yaşatdı.

YAP üzvu, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rüfət Əsgərovun atası Mürvət Əsgərov bildirib ki, bu gün Azərbaycan uğurları ilə hər kəsi heyrətləndirir. Ümummilli Lider Heydər Əliyevin əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvələri fəth edir. Bu gün tarixi Zəfərimizlə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə qürur duyuruq. Bu qüruru bizlərə yaşatdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

YAP üzvu, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında ölkəmizin, həmçinin Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından xilas oldu, yeni inkişaf yoluna çıxdı. 2003-cü ildən başlayaraq bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Qarabağa və Şərqi Zəngəzura qovuşdurdu.

YAP Veteranlar Şurasının üzvü, “91-lər”in üzvü Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının 1992-ci ilin 21 noyabr tarixində xalqın istəyi, zamanın tələbi ilə yarandığını xüsusi vurğulayaraq onu da bildirib ki, “Yeni Azərbaycan uğrunda!” devizi ilə fəaliyyətə başlayan partiya bu gün “Biz birlikdə güclüyük!” deyir. Tahir Məmmədov vurğulayıb ki, bu ilin mühüm hadisəsi olan 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi Heydər Əliyev siyasətinə etimadın, Yeni Azərbaycan Partiyasına inamın təqdimatıdır.

Çıxışlardan sonra YAP Xətai rayon təşkilatının həyatında fəal iştiraklarına görə bir qrup üzvə Fəxri fərmanlar, partiyaya yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olunub.

Oxşar Xəbərlər

backend
Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirildi
12.02.24 14:55
Gündəm
backend
Rəşad Musayev : Canlı əfsanəyə çevrilən fenomen şəxsiyyət
10.05.23 11:52
Bölgə
backend
Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
10.05.23 09:50
Gündəm
backend
Prezident antiterror tədbirlərindən DANIŞDI
3.11.23 12:21
Gündəm

XƏBƏR LENTİ

18:35 Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18:25 Azərbaycan Kubokunun püşkü atıldı
18:13 Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18:05 Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18:02 Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18:49 Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
18:46 13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı
18:43 DSK-lar yenidən formalaşdırılır - Yenilənib
18:37 Gürcüstan İran ilə hava əlaqəsini kəsdi
18:33 Lerikdə zəlzələ olub
19:28 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
19:23 Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
19:20 “Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
19:16 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
19:14 Ailəsini ölümlə təhdid etdilər deyə 6 qol buraxdı
18:17 Rayonlarda leysan olacaq
18:16 “Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
18:14 Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
18:13 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
18:11 Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
18:50 Sabahdan Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq
18:49 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı
18:46 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:43 DTX-nin saxladığı “Çevik” həbs edildi
18:39 Bakıda yeniyetmənin müəmmalı ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18.09.26 18:35136
Azərbaycan Kubokunun püşkü atıldı
18.09.26 18:25131
Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18.09.26 18:13139
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18.09.26 18:05118
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18.09.26 18:0287
Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
17.09.26 18:49153
backend
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18.09.26 18:35136
Azərbaycan Kubokunun püşkü atıldı
18.09.26 18:25131
Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18.09.26 18:13139
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18.09.26 18:05118
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18.09.26 18:0287
Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
17.09.26 18:49153

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.