• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
27.10.25 18:58
Hadisə
172

“Azəristiliktəchizat”da nöqsanlar aşkarlandı


Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb.
Bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, audit obyekti kimi müəyyən edilmiş “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin əsas məqsədi Azərbaycan ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.

Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.04.2025-ci il tarixinədək olan müddət əhatə olunmuş, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 149,3 mln. manata, xaricolmalar üzrə 146,7 mln. manata bərabər olub.

Auditlə əsasən aşağıdakılar müəyyən edilib:

İstehsal edilmiş istilik enerjisinə çəkilən xərclərin tərkibində qaz (müvafiq olaraq, 27140,1 min manat və 27140,1 min manat) və enerji (müvafiq olaraq, 5794,1 min manat və 5834,4 min manat) xərclərinin xüsusi çəkisi 2023-cü ildə 57,5%, 2024-cü ildə isə 57,1% təşkil edib ki, bu da auditlə əhatə olunan dövrdə (əsasən hesabat illərinin I və IV rüblərində) dövlət büdcəsindən subsidiyalaşdırma tələbatının yaranmasını şərtləndirən və nəticə etibarı ilə istilik təchizatı xidmətlərinin tariflərinin həcmini formalaşdıran əsas amillərdən olub.

İstilik təchizatı xidmətləri haqlarının əhali istehlakçı və qeyri-əhali istehlakçı qrupları üzrə son illər ardıcıl olaraq yüksəldilməsi kimi əməliyyat fəaliyyətindən gəlirlərin artırılmasına səbəb olan tənzimləmələrin tətbiqi şəraitində dövlət büdcəsindən ayrılan subsidiya məbləğinin tədricən optimallaşdırılmasına 2025-ci ildə başlanılmayıb.
İki il ərzində dövlət büdcəsindən 89,6 mln. manat subsidiya məbləğinin və 5,5 mln. manat əsaslı xərclərin maliyyələşdirilməsi şəraitində hesabat illərinin yekunlarının müqayisəsi istilik enerjisi istehsalının 3,7 min Qkal (0,3%), istilik enerjisi alışının 8,0 min Qkal (6,1%), satışın (norma üzrə itkilər çıxıldıqdan sonra) həcminin 10,1 min Qkal (0,8%), abonent bazasının əhali istehlakçı qrupu üzrə 0,2% və qeyri-əhali istehlakçı qrupu üzrə 6,0%, gəlirlərin 3,9 mln. manat məbləğində (7,5%) artmasını, gəlirin əldə edilməsi ilə bağlı xərclərin təxminən eyni səviyyədə qalmasını və zərərin 3,5 mln. manat (75,3%) məbləğində azalmasını göstərib.

Təqdim edilmiş məlumatlara əsasən, 2024-cü ildə 1 Qkal istilik enerjisinin maya dəyəri bütün istehlakçı qrupları üzrə ümumilikdə 37,0 manata, o cümlədən əhali istehlakçı qrupu üzrə 43,0 manata, qeyri-əhali istehlakçı qrupu üzrə 37,0 manata yaxın təşkil etməklə əhali istehlakçı qrupu üzrə sonuncu artırılmış tarifi 2,0 dəfədən də çox üstələyib, qeyri-əhali istehlakçı qrupu üzrə müqavilə qiymətindən isə aşağı olub.

Təqdim edilmiş məlumatlara əsasən, müxtəlif ünvanlarda yerləşməklə ümumi mənzil sayı 6746 olan 213 binada istilik təchizatı xidmətləri alan mənzillərin sayının hər bina üzrə 10 mənzil və ya 10 mənzildən az, o cümlədən binalardakı ümumi sayı 4670-ə bərabər mənzillər üzrə istilik təchizatı xidmətləri alan mənzillərin xüsusi çəkisinin 20 və daha aşağı faiz intervallarında olması və s. bu kimi hallar mövcuddur ki, bu da uzun illər ərzində əhali istehlakçı qrupuna istilik xidmətlərinin mərkəzləşdirilmiş qaydada təchizatı sahəsində zəruri işlərin (sistemin modernləşdirilməsi ilə abonent bazasının və isidilən sahələrin genişləndirilməsi) lazımi səviyyədə həyata keçirilməməsi deməkdir.

Nəticə etibarilə qeyd etmək olar ki, əməliyyat fəaliyyəti çərçivəsində əhali istehlakçı qrupuna aid çoxmənzilli binalara tam həcmdə istilik təchizatı xidmətlərinin göstərilməsi üçün əsas infrastruktur (borular, paylayıcılar, işçi heyyəti, qaz, elektrik enerjisi və s. məsrəflər) təminatı və müvafiq elementlər üzrə xərclərin qarşılanması müqabilində satış potensialı faktiki olaraq tam həcmdə reallaşdırılmır. Mövcud vəziyyət bir tərəfdən əhali istehlakçı qrupu üzrə tarifin (satış qiymətinin) maya dəyərindən dəfələrlə aşağı səviyyədə tənzimlənməsi şəraitində abonent bazasının genişləndirilməsinin perspektivli (iqtisadi cəhətdən rentabelli) olmamasını (zərərin daha da yüksəlməsinə səbəb olmasını) şərtləndirib, digər tərəfdən dövlət əmlakının idarə edilməsinin səmərəlilik meyarları ilə uyğunsuzluqlar yaradıb.

Ümumilikdə, 244 ədəd qazanxananın faktiki yerləşdiyi obyektlərin (daşınmaz əmlakların) “Azəristiliktəchizat” ASC-yə aid olmaması, o cümlədən bir qisminin konservasiya statusunda olması və ya bitməmiş tikili kimi qalması “Azəristiliktəchizat” ASC-nin fəaliyyətində dayanıqlılığın təmin olunması baxımından balans mənsubiyyətinin optimallaşdırılması məsələlərini aktuallaşıb.

İlkin uçot məlumatları ümumi debitor borcların məbləğinin 01.01.2023-cü il tarixinə 20758,9 min manat, 01.01.2025-ci il tarixinə 24749,4 min manat, 01.04.2025-ci il tarixinə isə 34532,6 min manat təşkil etdiyini göstərib, eyni zamanda auditlə əhatə olunan dövrdə satışdan gəlirlərin yığım səviyyəsinin hesabat illərinin əvvəlinə olan borclar nəzərə alınmadan ümumilikdə 86,0-90,0% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 71,0-78,0%) intervalında olsa da hesabat illərinin əvvəlinə olan bütün borclar nəzərə alınmaqla ümumilikdə 40,0-45,0% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 20,0-25,0%) intervalında dəyişdiyini deməyə əsas verib.

Dövlət büdcəsindən maliyyələşdirilən investisiya qoyuluşları hesabına Bakı şəhərində tikilmiş, yenidən qurulmuş və ya modernləşdirilmiş qazanxanaların müvafiq tərkib hissələrinin timsalında 1618067,4 manat dəyərində aktivlərin maliyyə (mühasibat) uçotunda müvafiq qaydada əks etdirilməsi təmin edilməyib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində 3654,3 min manat məbləğində olan hissəsinin müvafiq qaydada (əsasən, uçota) bərpa olunmasını nəzərə alıb, digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun tədbirlərin həyata keçirilməsi üçün zəruri sənəd və məlumatların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edib.

Oxşar Xəbərlər

backend
İstilik tarifləri artırıldı
30.07.25 19:07
İqtisadiyyat
backend
COP29 Azərbaycan Əməliyyat Şirkətində aparılmış auditin nəticələri - Açıqlandı
27.10.25 18:53
Gündəm
backend
Naxçıvanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı nöqsanlar
12.09.24 20:04
Hadisə
backend
Bu gündən Bakıda istilik təchizatına başlanılır
15.11.23 11:57
İqtisadiyyat
backend
Naxçıvanda qanunsuz su satışı həyata keçirilib
26.09.25 18:55
Hadisə
backend
Prezident onu sədr təyin etdi
1.05.25 21:56
Gündəm
backend
Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
25.07.24 22:33
Gündəm
backend
Su Ehtiyatları Agentliyinin tabeliyində 5 publik hüquqi şəxs yaradılıb
17.11.23 15:43
İqtisadiyyat
backend
Naxçıvan-Bakı avtobusuna bilet satışında pozuntu
9.09.25 18:57
Hadisə
backend
Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlandı
26.09.25 19:02
Hadisə
backend
İstiliyin verilmə vaxtı dəyişdirilə bilər
16.05.25 19:00
İqtisadiyyat
backend
Azərbaycan Sənaye Korporasiyası ləğv edildi
27.12.24 17:55
İqtisadiyyat
backend
“İqlim məsələləri bir nömrəli audit mövzusudur”
14.11.24 19:24
Gündəm
backend
Tarif bahalaşmasından sonra istilik sistemlərinin yoxlanışına başlanılır
4.08.25 21:10
İqtisadiyyat
backend
Doktoranturalar yaradılan elmi müəssisə və təşkilatların siyahısı dəyişdi
23.02.24 20:38
Təhsil

XƏBƏR LENTİ

18:25 Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
18:23 Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
18:20 Evində silahdan açılan atəşdən öldü
18:16 25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
18:13 KXDR-dən Cənubi Koreyaya xəbərdarlıq
18:20 Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
18:18 Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
18:15 Zelenski həmin şərtlə atəşkəsi istisna etmir
18:08 Prezident bu sazişi təsdiq etdi
18:05 Bu marşrutların hərəkət sxemi dəyişdirildi
18:26 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
18:23 Bu Anlaşma Memorandumu təsdiq edildi
18:08 Sabah bu yol bağlı olacaq
18:06 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
18:03 İran ABŞ-yə məxsus dronu vurdu
18:53 Bu ərazilərdə qaz olmayacaq
18:51 Zelenski prezident seçkiləri ilə bağlı mümkün - Tarix açıqladı
18:47 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
18:45 Sabah pensiyalar tam ödəniləcək
18:43 DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
19:15 Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb
19:11 Ödənişli yolda yük maşını aşdı - Ölən var
19:09 423 reys təxirə salındı - Moskva hava limanları hazırda
19:07 Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
19:04 Yeni marşrut xətti istifadəyə verilir
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
22.10.26 18:25159
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22.10.26 18:23160
Evində silahdan açılan atəşdən öldü
22.10.26 18:20160
25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
22.10.26 18:16160
KXDR-dən Cənubi Koreyaya xəbərdarlıq
22.10.26 18:13159
backend
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
22.10.26 18:25159
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22.10.26 18:23160
Evində silahdan açılan atəşdən öldü
22.10.26 18:20160
25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
22.10.26 18:16160
KXDR-dən Cənubi Koreyaya xəbərdarlıq
22.10.26 18:13159
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
21.10.26 18:20149
backend
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
22.10.26 18:25159
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22.10.26 18:23160
Evində silahdan açılan atəşdən öldü
22.10.26 18:20160
25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
22.10.26 18:16160
KXDR-dən Cənubi Koreyaya xəbərdarlıq
22.10.26 18:13159
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
21.10.26 18:20149

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.