• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
27.10.25 18:53
Gündəm
115

COP29 Azərbaycan Əməliyyat Şirkətində aparılmış auditin nəticələri - Açıqlandı




Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən COP29 tədbirinin hazırlıq və keçirilmə mərhələləri üzrə gəlir və xərclərin auditi aparılıb.

“Qafqazinfo” xəbər verir ki, Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, audit COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən COP29 beynəlxalq tədbiri üzrə hazırlanan maliyyə hesabatlarında gəlirlər və xərclərə dair məlumatların düzgünlüyü ilə bağlı əminliyin yaradılması məqsədilə həyata keçirilib.

Audit zamanı IFPP-nin (INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsi) beynəlxalq prinsip və standartlarına əsaslanaraq hazırlanmış metodologiyalardan istifadə edilib. Audit maliyyə sənədlərinin yoxlanılmasına, gəlir və xərclər üzrə hesabatların dəqiqliyinin təsdiq edilməsinə, maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı hüquqi çərçivəyə riayət olunmasının müəyyənləşdirilməsinə və daxili nəzarət sisteminin işləkliyinin qiymətləndirilməsinə yönəlib.

Audit nəticəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən 31 may 2025-ci il tarixinə hazırlanan COP29 beynəlxalq tədbiri üzrə maliyyə hesabatlarına müsbət rəy verilib.

Tədbirlə bağlı daxilolmaların 92,5%-i dövlət büdcəsindən, 7,5% isə digər mənbələrdən olub. Daxil olan vəsait COP29 üzrə əsas məsul qurum olan COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməliyyat və digər xərcləri (tikinti işləri, məsləhətçi xidmətləri, qonaqlama, nəqliyyat, avadanlıq və texniki dəstək, marketinq və təşviqat, bütün növ outsors müqavilələri) və beynəlxalq öhdəliklərdən irəli gələn xərclər istiqamətlərində istifadə edilib.

Əməliyyat xərclərinin əsas hissəsi konfransın keçirilmə yerləri (65,4%) və məzmun dəyərinin formalaşması ilə bağlı xərclərə (10,2%) sərf edilib. Bundan əlavə, istifadə edilən maliyyə vəsaiti müqabilində uzunmüddətli aktivlər (maşın və avadanlıqlar) əldə edilən və tədbir bitdikdən sonra müvafiq qaydada bir sıra dövlət qurumlarının istifadəsinə təhvil verilib.

Outsors edilən müqavilələr üzrə tərəf müqabilləri əsasən Almaniya, İsrail, ABŞ və BƏƏ-də fəaliyyət göstərən qeyri-rezidentlər olub.
Keçirilən auditlə aşağıdakılar təsbit edilib:

- Bəzi hallarda müəyyən xərc istiqamətləri üzrə ilkin təsdiq edilmiş büdcə artırılaraq icra edilsə də, bu, ümumi məbləği keçməyib. Audit prosedurları ilə artımın əsaslandırılması əsasən qənaətbəxş hesab edilib;

- İcra vəziyyətinin qiymətləndirilməsi məqsədilə seçmə qaydada nəzərdən keçirilən müqavilələrin icrasında bəzi nöqsanlar müəyyən edilib. Müqavilə üzrə avans ödənişləri həyata keçirilərkən qanunvericilik ilə müəyyən edilmiş maksimal hədd tələbi gözlənilməyib. Bundan əlavə, mal alışı müqavilələri ilə müəyyən edilən təchizat tarixləri üzrə tələblər pozularaq bir sıra hallarda gecikmələr müşahidə edilib;

- Satınalma qanunvericiliyinin pozulması üzrə əhəmiyyətli hallar müşahidə edilməyib. Bəzi növ xidmətlər və malların alışı üzrə yerli bazarda rəqabətli təkliflərin olmaması səbəbindən birbaşa müqavilələr bağlanıb;

- Maliyyə sənədləri əsasən şamil edilən hüquqi çərçivəyə uyğun şəkildə olub, lakin bəzi təqdimat təhrifləri müəyyənləşdirilib;

- COP 29 tədbirinin keçirilməsi ilə bağlı əldə edilmiş aktivlərin və yaranmış öhdəliklərin inventarizasiyası aparılıb. İnventarizasiya çərçivəsində uzunmüddətli aktivlərin təkrar istismara yararlılığı qiymətləndirilib, onların təhvil-təslim prosedurlarının sənəd müşayiətinin dolğunluğu yoxlanılıb, həmçinin öhdəliklər üzrə kontragentlərin uçot məlumatları ilə üzləşdirmənin aparılması zərurəti müəyyənləşdirilib.

Auditor hesabatında audit nəticəsində maliyyə idarəçiliyi ilə bağlı müsbət tərəflər müəyyən edilməklə yanaşı, təkmilləşdirilməsi vacib olan məqamlar da qeydə alınıb.

Hesablama Palatasının Kollegiyası audit dövründə hesablanan vergilərin dövlət büdcəsinə ödənilməsinin və artıq xərclənmiş ezamiyyə xərclərinin büdcəyə bərpasının nəzərə alınması, uzunmüddətli aktivlərin təhvil verilməsi istiqamətində zəruri işlərin tamamlanması, gəlirlər üzrə debitor borcların bağlanılması və COP29 ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün tələb olunan məbləğ çıxılmaqla sərbəst qalan vəsaitin dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı qərar qəbul edib.

Oxşar Xəbərlər

backend
“İqlim məsələləri bir nömrəli audit mövzusudur”
14.11.24 19:24
Gündəm
backend
COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib
19.07.24 20:10
Gündəm
backend
COP29 Məlumat Mərkəzləri fəaliyyətə başladı
8.11.24 15:41
Gündəm
backend
COP29 qonaqları üçün xüsusi taksilər olacaq
6.11.24 19:46
Gündəm
backend
COP29 xüsusi marşrutları ilə bu qədər iştirakçı daşınıb
13.11.24 17:54
Gündəm
backend
“Toylara qadağa ilə bağlı qurumlar hər hansı göstəriş verməyib”
31.07.24 20:20
Gündəm
backend
Naxçıvanda qanunsuz su satışı həyata keçirilib
26.09.25 18:55
Hadisə
backend
“Azəristiliktəchizat”da nöqsanlar aşkarlandı
27.10.25 18:58
Hadisə
backend
COP29 konfrans məkanında inklüziv iştirak üçün asan infrastruktur qurulur
17.10.24 20:40
Gündəm
backend
Naxçıvanda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı nöqsanlar
12.09.24 20:04
Hadisə
backend
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masa
6.11.24 19:25
Gündəm
backend
COP29 xüsusi viza portalı istifadəyə verildi
5.09.24 20:57
Gündəm
backend
Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
25.07.24 22:33
Gündəm
backend
“Bütün fors-major hadisələrə hazırıq”
30.10.24 20:11
Cəmiyyət
backend
Muxtar Babayev COP29-un prezidenti təyin edildi
4.01.24 19:32
Cəmiyyət

XƏBƏR LENTİ

19:50 Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
19:48 Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
19:46 600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
19:42 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
19:38 Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
18:38 35° isti olacaq
18:36 42 yaşlı qadın müəmmalı şəkildə öldü
18:33 Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
18:29 Sabah Ay tutulacaq
18:26 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
23:42 Bu marşrutun hərəkət sxemi dəyişdirildi
23:41 Bu yol 2 gün bağlı olacaq
23:40 Rusiya İzmail limanına zərbə endirib
23:38 Sabah bu ərazilər işıqsız qalacaq - Xəbərdarlıq
23:37 Yevlaxda balıqçı itkin düşüb
13:53 Sabah hava necə olacaq?
13:52 Bakı Metropolitenində iş saatı uzadılacaq
13:50 Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
13:49 9 yaşlı qıza ögey anası zorakılıq edir?
13:46 Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
18:52 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri fəaliyyətini dayandırıb?
18:48 Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
18:45 Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
18:42 Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:39 DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
28.08.26 19:50133
Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
28.08.26 19:48134
600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
28.08.26 19:46133
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
28.08.26 19:42103
Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
28.08.26 19:38133
backend
Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
28.08.26 19:50133
Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
28.08.26 19:48134
600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
28.08.26 19:46133
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
28.08.26 19:42103
Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
28.08.26 19:38133
35° isti olacaq
27.08.26 18:38123
backend
Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
28.08.26 19:50133
Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
28.08.26 19:48134
600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
28.08.26 19:46133
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
28.08.26 19:42103
Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
28.08.26 19:38133
35° isti olacaq
27.08.26 18:38123

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.