• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
30.10.24 20:11
Cəmiyyət
123

“Bütün fors-major hadisələrə hazırıq”





“TƏBİB digər səhiyyə qurumları ilə yanaşı, COP29 tədbiri günlərində zəruri tibbi xidmətlərin keyfiyyətli şəkildə təmin olunması üçün üzərinə düşən öhdəlikləri lazımi səviyyədə təşkil edib”.
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, bu istiqamətdə Səhiyyə Nazirliyi və COP29 Əməliyyat şirkəti ilə koordinasiyalı olaraq çalışırlar: “COP29 Əməliyyat şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib. Bütün bu aylar ərzində mütəmadi görüşlər keçirilib, tibb və qeyri-tibb personalı üçün treninqlər təşkil olunub”.

V.Qurbanov tibb müəssisələrinin hazır vəziyyətə gətirildiyini açıqlayıb: “Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.

COP29 tədbirinin keçirildiyi müddət ərzində fövqəladə hallar baş verərsə, Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib.

COP29 tədbiri dönəmində hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərlə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb”.

V.Qurbanov əlavə edib ki, yanıq xəsarətləri üzrə ehtimalları nəzərə alaraq keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb: “Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılar ayrılıb.

Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində COP29 ilə əlaqədar Atletlər kəndində gələcək qonaqların təhlükəsizliyinin təmin edilməsi, təcili tibbi yardım xidmətlərinin təşkil olunması və tibb məntəqəsinin qurulmasına dair işlər görülüb.

Tədbir zamanı təcili tibbi yardım göstərəcək 60 briqada (həkim, orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşların siyahısı hazırlanıb, eləcə də nəzərdə tutulan 60 ədəd yeni ambulans (İVECO markalı) artıq təhkim olunub. Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış hotellərdə,həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə, əvəzedici ehtiyatambulans və briqadalar da hazır vəziyyətə gətirilib.

Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə tutulan təməl və təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 488 nəfər artıq təlimləri uğurla başa vurub. Bura həkimlər, orta tibb işçiləri və sürücülər daxildir. Dil bilgilərini təkmilləşdirmək üçün ingilis dili kurslarında isə 331 nəfər iştirak edib”.

İcraçı direktor əlavə edib ki, COP29 dövründə baş verə biləcək bütün fors-major hadisələrə hazırıq:

O qeyd edib ki, tibbi xidmətin təşkili ilə bağlı ciddi bir sıxıntı yoxdur: “Bu, mötəbər tədbir olduğuna görə bir az da ciddi yanaşılıb. Əgər fors-major hal olarsa, bütün tibbi heyət hazır vəziyyətə gətirilib”.

Vüqar Qurbanov bildirib kii, COP29 çərçivəsində tibbi xidmət sahəsində istifadə üçün ölkəyə elektriklə işləyən 5 ədəd təcili tibbi yardım elektromobil gətirilib: “Hazırda sınaq prosedurları həyata keçirilir. Test olunduqdan sonra aidiyyəti üzrə istifadə edilməsi nəzərdə tutulub”.

***

TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov isə qeyd edib ki, COP29 konfransına hazırlıq çərçivəsində “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında tibb məntəqələri təşkil edilib.

Həmin metrostansiyalarda COP29 konfransı çərçivəsində 18 həkim, 18 orta tibbi işçisi fəaliyyət göstərəcək. Həmçinin “MİDA” Yaşayış Kompleksində də yeni tibb məntəqəsi yaradılıb.

Oxşar Xəbərlər

backend
“COP29-la bağlı ingilisdilli işçilərdən ibarət növbələr qurulub”
30.10.24 20:03
Gündəm
backend
Azad edilən ərazilərə köçürülən sakinlərin tibbi müayinəsi ilə bağlı MÜHÜM XƏBƏR
31.10.23 19:49
Gündəm
backend
TƏBİB-in icraçı direktoru: Tibbi xidmət müqabilində əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır
27.06.24 21:51
Gündəm
backend
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
8.09.23 11:10
Gündəm
backend
Dönərdən zəhərlənən məktəblilərin son durumu
25.10.23 17:27
Hadisə
backend
Bakıda parkda uşağı “tok” vurdu
4.08.24 21:05
Hadisə
backend
Bəzi xəstəxanalara direktorlar təyin edildi (FOTO)
4.03.24 19:34
Gündəm
backend
Vüqar Qurbanovdan yeni təyinat
10.01.24 17:24
Gündəm
backend
Dövlət xəstəxanalarına tibb işçilərinin işə qəbulu qaydası hazırlanacaq
1.05.23 17:49
Səhiyyə
backend
Güclü külək səbəbindən 5 nəfər yaralanıb - TƏBİB
4.04.24 18:57
Hadisə
backend
Tibbi tullantılarla bağlı elektron məlumat bazası yaradılır
21.12.23 14:06
Səhiyyə
backend
Bu tibb işçilərinə vergi güzəştləri olacaq
2.11.23 12:20
Gündəm

XƏBƏR LENTİ

19:25 Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
19:23 Prezidenti onlar da təbrik etdilər
19:21 Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
19:18 “Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj
19:16 Sabahın havası onlara pis təsir edə bilər
09:05 ABŞ İran hədəflərinə zərbələr endirdi
09:04 Köçmək üçün - Ən yaxşı ölkələr
09:03 Ömrü 14 ilədək uzadan - 5 vərdiş
09:02 Çilidə 6.9 bal gücündə zəlzələ oldu
09:01 “Ya ABŞ-yə gətirilməli, ya da məhv edilməlidir”
09:00 Sülh razılaşması üçün Tehrana 12 milyard təklif edilib?
08:59 Maşın beton səddə çırpılıb çay yatağına düşdü - Ölənlər və yaralananlar var
08:58 Avropada rekord temperatur qeydə alındı
19:08 28° isti... - Sabahın havası
19:06 Bakıda ər-arvad qətlə yetirildi
19:04 Bayram günlərində metroda iş rejimi dəyişəcək
19:03 “May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” - Prezident
19:02 Azər Bağırova dövlətə xəyanətə görə - 16 il 6 ay həbs
18:58 Bu ərazilərdə qaz kəsiləcək
18:54 Sabah yağış yağacaq
18:51 Konqoda Ebola xəstəxanasına silahlı basqın - Bir həftədə üçüncüdür
18:47 Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
18:43 Prezident Si Cinpinə başsağlığı verdi
19:09 2050-ci ilə qədər dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq
19:08 Vəzifəlilər 400, hüquqi şəxslər 1000 manat cərimələnəcək
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
29.05.26 19:251
Prezidenti onlar da təbrik etdilər
29.05.26 19:231
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
29.05.26 19:211
“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj
29.05.26 19:181
Sabahın havası onlara pis təsir edə bilər
29.05.26 19:161
backend
Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
29.05.26 19:251
Prezidenti onlar da təbrik etdilər
29.05.26 19:231
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
29.05.26 19:211
“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj
29.05.26 19:181
Sabahın havası onlara pis təsir edə bilər
29.05.26 19:161
ABŞ İran hədəflərinə zərbələr endirdi
26.05.26 09:05123
backend
Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
29.05.26 19:251
Prezidenti onlar da təbrik etdilər
29.05.26 19:231
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
29.05.26 19:211
“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj
29.05.26 19:181
Sabahın havası onlara pis təsir edə bilər
29.05.26 19:161
ABŞ İran hədəflərinə zərbələr endirdi
26.05.26 09:05123

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.