• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
23.02.26 19:50
Hadisə
179

Sosial şəbəkədə təhqirlərə görə 6 nəfər məsuliyyətə cəlb edilib



Baş Prokurorluq vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

“Qafqazinfo” sözügedən müraciətin mətnini təqdim edirik:

“Müasir dövrdə rəqəmsal transformasiya yalnız texnoloji yenilikləri deyil, həm də virtual mühitdə yeni davranış modellərini formalaşdırır. Son dövrlərdə ictimai xadimlər, vətəndaş cəmiyyətinin fəal üzvləri və müvafiq dövlət strukturları tərəfindən internet informasiya ehtiyatlarında cəmiyyətdə qəbul edilmiş birgə yaşayış qaydalarına və etik davranış standartlarına sadiqlik nümayiş etdirilməsinin vacibliyi geniş təbliğ edilməkdədir.

Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sistemli çağırışlara məhəl qoymayan, cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrup şəxslər hələ də mövcuddur. İnternet informasiya məkanını dəyərsiz və əxlaq normalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cür fəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvi sağlamlığına ciddi təhdid yaradır.

Xüsusilə, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur.

Bu neqativ əməllərin qarşısının alınması məqsədilə qanunvericilik bazasında konkret tənzimləmə mexanizmləri müəyyən edilmişdir.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda:

- ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi;

- əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi;

- insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi ciddi inzibati məsuliyyət yaradır.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən hüquqi tədbirləri çərçivəsində, sözügedən maddənin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub.

Göstərilənləri nəzərə alaraq Baş Prokurorluq vətəndaşlarımıza müraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdan kənar və ya nəzarətsiz bir zona deyildir. Ona görə də vətəndaşlarımızı, xüsusilə sosial şəbəkə istifadəçilərini bu kimi neqativ davranışlardan uzaq durmağa, internet resurslarından istifadə zamanı etik normalara və qanunvericiliyin tələblərinə ciddi riayət etməyə səsləyirik.

Hər bir kəs rəqəmsal mühitdə etdiyi çağırış və paylaşdığı məzmuna görə qanunla məsuliyyət daşıyır. Milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcək”.

Oxşar Xəbərlər

backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
2025-ci ildə strateji bərpa və yeni inkişaf mərhələsi
3.12.25 19:41
Gündəm
backend
Azərbaycanda da bu qadağaların tətbiq olunması zəruridir
28.01.26 18:40
Gündəm
backend
Mülkiyyətçisinin ailə üzvlərinin istifadə hüququnun mühüm xarakteristikaları - AYSU NƏBİZADƏ YAZIR
8.08.24 20:02
Hadisə
backend
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev
4.01.24 19:43
Siyasət
backend
İlham Əliyev Fərman imzaladı
12.08.25 19:30
Siyasət
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
Cəmiyyətə qarşı açıq hörmətsizliyə görə məsuliyyət müəyyənləşəcək
15.01.26 18:48
Gündəm
backend
Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq
23.02.24 20:34
Siyasət
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm
backend
Beş ildə 11 milyonluq tender udan «Azertikinti-M» kimə məxsusdur – MMC-ni Mahir Abbaszadə ilə nə kimi tellər bağlayır
9.07.24 23:35
Gündəm / Hadisə
backend
Azərbaycan QHT-ləri ABŞ Dövlət katibinə müraciət ünvanlayıb
24.07.25 22:03
Siyasət
backend
Prezidentdən media nümayəndələrinə müraciət
22.07.25 23:20
Gündəm
backend
“Aşağı siniflərdə geyimlə bağlı təhlükə daha böyükdür...”
29.01.26 19:21
Cəmiyyət
backend
Prokurorluq orqanlarının digər əməkdaşlarının sosial müdafiəsi gücləndirilib
18.01.24 21:33
Gündəm

XƏBƏR LENTİ

18:37 Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
18:35 Həmin hücuma görə Rusiyanı ittiham etdi
18:33 Nazirlik Quba OİK-lə bağlı prokurorluğa özü müraciət edib
18:31 Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə
18:28 Təbiətə 40 min manatdan çox ziyan vuruldu
18:25 Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
18:23 Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
18:20 Evində silahdan açılan atəşdən öldü
18:16 25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
18:13 KXDR-dən Cənubi Koreyaya xəbərdarlıq
18:20 Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
18:18 Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
18:15 Zelenski həmin şərtlə atəşkəsi istisna etmir
18:08 Prezident bu sazişi təsdiq etdi
18:05 Bu marşrutların hərəkət sxemi dəyişdirildi
18:26 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
18:23 Bu Anlaşma Memorandumu təsdiq edildi
18:08 Sabah bu yol bağlı olacaq
18:06 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
18:03 İran ABŞ-yə məxsus dronu vurdu
18:53 Bu ərazilərdə qaz olmayacaq
18:51 Zelenski prezident seçkiləri ilə bağlı mümkün - Tarix açıqladı
18:47 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
18:45 Sabah pensiyalar tam ödəniləcək
18:43 DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
23.10.26 18:37123
Həmin hücuma görə Rusiyanı ittiham etdi
23.10.26 18:35162
Nazirlik Quba OİK-lə bağlı prokurorluğa özü müraciət edib
23.10.26 18:33164
Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə
23.10.26 18:31163
Təbiətə 40 min manatdan çox ziyan vuruldu
23.10.26 18:28160
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
22.10.26 18:25165
backend
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
23.10.26 18:37123
Həmin hücuma görə Rusiyanı ittiham etdi
23.10.26 18:35162
Nazirlik Quba OİK-lə bağlı prokurorluğa özü müraciət edib
23.10.26 18:33164
Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə
23.10.26 18:31163
Təbiətə 40 min manatdan çox ziyan vuruldu
23.10.26 18:28160
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
22.10.26 18:25165

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.