• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
29.01.26 19:21
Cəmiyyət
142

“Aşağı siniflərdə geyimlə bağlı təhlükə daha böyükdür...”





“İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar”.

Bu məsəl heç də təsadüf nəticəsində ortaya çıxmayıb. Çünki geyim tərzi əksər hallarda insanın xarakteri, dünya görüşü ilə bağlı bir çox məqamları ilk baxışda üzə çıxarır.

Geyim üslubu isə heç də birdən-birə formalaşmır, insanın uşaq yaşlarından mənəvi-psixoloji vəziyyətinə uyğun təkamül prosesi keçir. Uşağın mənəvi-psixoloji inkişafında isə iki mühit – ailə və məktəb əsas rol oynayır.

Məktəblərdə vahid geyim kodeksinin önəmi

Uzun illərdir Azərbaycanda məktəblərdə vahid geyim formaları tətbiq olunur. Bu qərarın verilməsi isə iki əsas faktorla - sosial bərabərlik və uşaqların dərslərinə fokuslanması ilə birbaşa bağlı idi. Çünki şagirdlər məktəbdə yoldaşlarının paltarlarına deyil, təlim-tərbiyəyə diqqət yetirməlidirlər. O cümlədən, məktəbə hazırlaşan şagird “hansı paltarı geyinib gedəcəm” sualının cavabını deyil, ev tapşırıqlarını düşünməlidir.

Ancaq təəssüflər olsun ki, son dövrlərdə məktəblərdə geyim kodeksinin ciddi şəkildə pozulması halları müşahidə olunur. İstər oğlanlarda, istərsə də qızlarda...

Təsir mexanizmi necə işləyir?

Bu gün əsasən yuxarı siniflərdə oxuyan oğlanların xarici görünüşünə nəzər saldıqda sözügedən mənzərə daha aydın görünür: Eyni saç, eyni saqqal, eyni geyimlər... Sanki hamısı eyni stilistin “əl işi”dir.

Ancaq bunu edən stilistlər deyil, daha çox sosial şəbəkələrdə gördükləri, “qəhrəman”laşdırdıqları obrazlardır. Təəssüf ki, onlar üçün qəhrəmana çevrilənlər çox vaxt alimlər, bayrağımızı göylərə ucaldan idmançılar yox, kriminal aləmin ünsürləri olur.

Bunun nəticəsidir ki, yuxarı siniflərdə təhsil alan məktəbli oğlanların çoxu az qala gözlərini örtən “çolka”ları, qısa şalvarları ilə önə çıxmağa, diqqət çəkməyə çalışırlar. Sanki hansının şalvarı daha qısa, “çolka”sı daha uzundur deyə yarışa çıxıblar. Bunun üzərinə əllərindəki təsbehlə damaqlarındakı siqareti də əlavə edəndə çoxumuzun gündəlik rast gəldiyi obraz meydana gəlir.

Üstəlik, onlar məktəbli formalarını da öz üslublarına uyğunlaşdırır, şalvarı qısaldıb köynəyi daraldırlar. Gözlərini belə örtən saç düzümlərinə baxanda isə ağıla bir sual gəlir: onlar müəllimi, löhvəni, yaxud heç olmasa, qarşılarındakı kitabı görə bilirlərmi?

Məktəbli qızlarda da vəziyyət ürəkaçan deyil...

Məktəbli qızlarda da geyim kodeksinin pozulması baxımından vəziyyət oğlanlardan heç də geri qalmır. Təəssüflər olsun ki, oğlanlardan fərqli olaraq, qızlarda bu vəziyyət daha çox aşağı siniflərdə üzə çıxır. Xüsusilə də, niqablı, hicablı ibtidai sinif şagirdlərinin sayı gün keçdikcə daha da artır. Onların mütləq əksəriyyəti isə təhsili başa vurmadan məktəbdən ayrılırlar.

Təbii ki, bu məsələdə oğlanlar və qızlar arasında bir önəmli fərq də var. Oğlanlar daha çox sosial şəbəkələrdə, küçədə gördüklərini yamsılamağa çalışırsa, qızlar ailələrinin məcburiyyəti ilə niqab, hicab taxırlar.

Ağır nəticələr, acı təcrübə

Hər iki hal məktəblərdə geyim kodeksinin kobud şəkildə pozulmasıdır. Bu vəziyyət həm də şagirdlərin təhsil hüququnun pozulmasına, tədrisdən yayınmasına gətirib çıxarır.

Çünki məktəblilər nə əqli, nə də psixoloji cəhətdən hələ yetkinlik yaşına çatmayıblar. Buna görə də xarici təsirlərə daha asan məruz qalır, özlərini başqalarına bənzətməyə çalışırlar. Xüsusilə də mənfi tendensiyalar onlara daha cəlbedici görünür.

Sinifdə, məktəbdə “çolka”lı, qısa şalvarlı yoldaşlarını görən digər oğlanlar da bunun trend, moda olduğunu düşünür, oxşar tərzdə geyinməyə çalışırlar. Aşağı sinif şagirdlərinin yuxarı siniflərdə oxuyanlara, yuxarı siniflərin də küçədə, sosial şəbəkələrdə gördükləri obrazlara bənzəmək istəyi bugünkü mənzərənin yaranmasına gətirib çıxarır.

Aşağı siniflərdə isə təhlükə daha böyükdür...

Çünki onlar dünyanı, sosial həyatı hələ yeni kəşf edirlər.

Bir anlıq təsəvvür edək: məktəbli formasına tam riayət edərək dərsə gələn qızlar bəzi sinif yoldaşlarının hicab, niqab taxdığını, yəni tam fərqli görkəmdə olduğunu görürlər. İstər-istəməz suallar yaranır: həmin sinif yoldaşları niyə fərqlidir? Nə üçün onlardan tamamilə fərqli formada geyinib?

Bu sualların cavabını isə həmin şagirddən soruşurlar. Ailədə məruz qaldığı radikal dini təsirlərlə böyüyən həmin niqablı, hicablı qız da valideynlərindən öyrəndiyini sinif yoldaşlarına aşılayır. Beləcə onlarda da bu cür təhlükəli cərəyanlara maraq yaranır.

Son nəticədə bu cür oğlanlar dərsləri ilə maraqlanmaq, diqqətlərini tədrislərinə, gələcəklərinə yönəltmək yerinə kriminal aləmə, qızlar isə radikalizmə meyil edirlər.

Hər iki tendensiya daha təhlükəli nəticələr də doğurur.

Bunu ötən illərin təcrübəsi aydın şəkildə göstərir. Bu cür oğlanlar öz seçdikləri “qəhrəman”ların yolunu gedib, bir çox hallarda narkotikə qurşandılar, cinayətkara çevrildilər. Sonrakı dayanacaqları isə həbsxana oldu.

Qızlardan bəziləri isə radikal-ekstremist cərəyanlara qoşulub, Suriyaya, İraqa yollandılar. Onların çoxunun ölüb-qaldığından xəbər belə yoxdur. Çox az hissəsi isə Azərbaycan dövlətinin səyləri nəticəsində illərlə davam edən işgəncədən, zülmdən sonra Vətənə qayıda bildilər. Orada yaşadıqları dəhşətləri isə yəqin ki, ömür boyu unutmayacaqlar...

Valideyn məsuliyyəti

Ona görə də qeyd olunan faciəvi nəticələrin sonradan üzə çıxmaması üçün preventiv tədbirlər məhz ailədən, məktəbdən başlamalıdır. İlk növbədə valideynlər övladlarına hər zaman diqqət ayırmalı, onların düşüncələri ilə tanış olmalıdır. Əgər onları maraqlandıran sual varsa, bunun cavabını sualı ortaya çıxaranlar deyil, valideynlər verməlidir.

Çünki oğul narkoman, cinayətkar olursa, bunun ilk günahkarı ata, qız isə radikallara qoşulub qurban olursa, səbəbkarı ana olur. Sonradan ömür boyu peşman olacaqları halın baş verməsini istəmirlərsə, valideynlər uşaqlarının məktəbə ayaq basdığı ilk gündən məsuliyyətlərini dərk etməlidirlər.

Məktəb rəhbərliyinin, müəllimlərin vəzifə borcu

Məktəb rəhbərliyinin, müəllimlərin işi sadəcə 45 dəqiqə dərs keçib getməkdən, jurnal yazıb, sənəd doldurmaqdan ibarət deyil. Onların birinci, ən önəmli vəzifəsi layiqli, cəmiyyətə faydalı insan yetişdirməkdir.

Tədris, tərbiyə prosesi də ilk növbədə geyimdən başlayır. “Təhsil haqqında” qanuna, eyni zamanda, Nazirlər Kabinetinin təsdiqlədiyi “Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”nə əsasən, geyim forması məktəblərin ali orqanı, yəni Pedaqoji Şura tərəfindən müzakirə olunur və müəyyən edilir. Buna nəzarət etmək də məktəb rəhbərliyinin, müəllimlərin vəzifəsi, vətəndaşlıq borcudur.

Bu günün işini sabaha qoymaq olmaz...

Bütün qeyd olunanlar bir daha göstərir ki, məktəbdə geyim məsələsi sadəcə zahiri görünüşlə bağlı texniki detal deyil, tərbiyə və təhlükəsizlik məsələsidir. Məktəbli geyimi şagirdin kimliyini, aidiyyət hissini formalaşdırır, onu yad və təhlükəli təsirlərdən qoruyan ilk vizual sərhəd rolunu oynayır. Bu sərhəd pozulduqda isə boşluq yaranır və həmin boşluq çox vaxt ya kriminal “qəhrəmanlar”, ya da radikal ideologiyalar tərəfindən doldurulur.

Məhz buna görə də məktəblər şagirdlərin geyim kodeksinə formal yox, prinsipial və ardıcıl şəkildə nəzarət etməlidirlər.

Qaydalar kağız üzərində qalmamalı, hər gün, hər sinifdə, hər şagird üçün eyni ciddiliklə tətbiq olunmalıdır.

Çünki geyim kodeksinə nəzarət kiminsə azadlığını məhdudlaşdırmaq deyil, əksinə Azərbaycan Konstitusiyasında təsbit olunan dünyəviliyin qorunmasıdır.

Müəllimlər, məktəb rəhbərliyi isə unutmamalıdır: uşaqları vaxtında təhlükəli seçimlərdən qorumaq onların vəzifə, insanlıq, vətəndaşlıq borcudur.

Bizim.Media-nın baş redaktoru Anar Tahirov

Oxşar Xəbərlər

backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
I siniflərə qəbul üçün bu məktəblərə prioritetsiz qəbul aparılacaq - SİYAHI
27.07.23 16:38
Cəmiyyət
backend
İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?
25.08.25 21:48
Gündəm
backend
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev
4.01.24 19:43
Siyasət
backend
Azərbaycanda da bu qadağaların tətbiq olunması zəruridir
28.01.26 18:40
Gündəm
backend
Mülkiyyətçisinin ailə üzvlərinin istifadə hüququnun mühüm xarakteristikaları - AYSU NƏBİZADƏ YAZIR
8.08.24 20:02
Hadisə
backend
Azərbaycanda uşaq hüquqları aylığı elan olundu
20.10.23 10:13
Cəmiyyət
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm
backend
Azərbaycanda yeni müavinət növləri təsis edilir
30.05.23 18:23
Gündəm
backend
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
15.05.25 19:03
Gündəm
backend
“Fransa bu sərvətdən faydalanaraq xəzinəsini xeyli zənginləşdirib”
27.09.24 20:19
Dünya
backend
“İsrail qalıb bir tərəfdə, İranda Azərbaycanı hədəfə çevirməyə çalışırlar”
20.06.25 19:59
Dünya
backend
Prezidentin müsahibəsi dünya mətbuatının gündəmində
19.12.24 19:20
Siyasət
backend
Fransa terrorçuları sərhədimizə yığmaq üçün plan qurdu- Bakıdan kritik qərar
4.10.23 19:55
Siyasət
backend
Tikintidə çoxdan gözlənilən YENİLİK - İnsan taleyi ilə oynayanların sonu çatdı
15.06.23 09:19
Gündəm

XƏBƏR LENTİ

18:35 Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18:25 Azərbaycan Kubokunun püşkü atıldı
18:13 Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18:05 Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18:02 Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18:49 Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
18:46 13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı
18:43 DSK-lar yenidən formalaşdırılır - Yenilənib
18:37 Gürcüstan İran ilə hava əlaqəsini kəsdi
18:33 Lerikdə zəlzələ olub
19:28 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
19:23 Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
19:20 “Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
19:16 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
19:14 Ailəsini ölümlə təhdid etdilər deyə 6 qol buraxdı
18:17 Rayonlarda leysan olacaq
18:16 “Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
18:14 Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
18:13 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
18:11 Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
18:50 Sabahdan Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq
18:49 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı
18:46 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:43 DTX-nin saxladığı “Çevik” həbs edildi
18:39 Bakıda yeniyetmənin müəmmalı ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18.09.26 18:35139
Azərbaycan Kubokunun püşkü atıldı
18.09.26 18:25136
Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18.09.26 18:13144
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18.09.26 18:05124
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18.09.26 18:0294
Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
17.09.26 18:49156
backend
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18.09.26 18:35139
Azərbaycan Kubokunun püşkü atıldı
18.09.26 18:25136
Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18.09.26 18:13144
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18.09.26 18:05124
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18.09.26 18:0294
Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
17.09.26 18:49156

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.