• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
8.08.24 20:02
Hadisə
83

Mülkiyyətçisinin ailə üzvlərinin istifadə hüququnun mühüm xarakteristikaları - AYSU NƏBİZADƏ YAZIR




İlk növbədə mövzu predmeti özünün daim aktuallığı və mübahisəli məqamları ilə daim diqqət mərkəzindədir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvünün istifadə hüququ həm dövr baxımdan, həm tədbiq ediləsi qanunvericilik aktı baxımından müxtəlif şəkildə şərh edilməkdədir.
Hüququn yaranması məsələləri:
Münasibətlərə hansı hüquqi aktın tədbiqini müəyyənləşdirmək üçün münasibətin ailə, yoxsa mülki hüquq çərçivəsində yarandığını müəyyən etmək lazımdır. Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən hüququn yaranması üçün bu hüququn dövlət reyestrində qeydə alınması və notariat qaydasında təsdiqlənən yazılı razılaşma tələbləri mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində isə ailə üzvlərinin hüququ üçün belə şərtlər göstərilməmişdir.
Deməli, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Ailə üzvlərindən söhbət gedirsə, bu münasibətlərə ailə hüququ çərçivəsində baxılacaq. Amma ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnundan bəhs edilməsi üçün notarial qaydada təsdiqlənən yazılı razılaşma və reyestrdə qeydiyyat tələb olunur.
MM-in 228-ci maddəsində də aydınlaşdırılmalı olan məqam vardır. Əslində həmin maddədə də birbaşa olaraq ailə üzvlərinə münasibətdə razılaşma və reyestr məsələləri tələb olunmamaqda, digər şəxslərin isə mülkiyyətçinin razılığı ilə köçürülməli olması göstərilmişdir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair KM Qərarı) . Yəni mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən bərabər istifadə hüququ vardır. Həmçinin birgə yaşayan ailə üzvləri yetkinlik yaşına çatmayan uşaqlarını köçürə bilərlər. Amma digər şəxslərin köçürülməsi isə artıq yazılı razılaşma formasında mümkündür.
Misal 1. A şəxsinin oğlu B, A ilə bərabər istifadə hüququ vardır. B şəxsi C ilə nikah münasibətlərinə daxil olduqda, C şifahi razılıqla A-nın evinə köçür və orada qeydiyyata düşür. İstifadə hüququ ilə bağlı mübahisə yaranmış, nikah münasibətləri pozulduqdan sonra A C-nin qeydiyyatdan çıxarılma tələbini irəli sürmüşdür. İlk olaraq, C-nin həmin evə köçməsi ilə bağlı Məcəllə mülkiyyətçinin razılığı ifadəsinə yer versə də, razılığın formasını müəyyən etməmişdir. Amma Plenum qərarı yazılı razılaşma ilə köçürülməli olduğunu bildirmişdir. Digər tərəfdən tərəflər arasında istifadə hüququ ilə bağlı mübahisə yaranmış, C qeydiyyata düşdüyünə əsaslanmaqla istifadə hüququnun olduğunu bildirmişdir. Amma qeydiyyata düşmək istifadə hüququnu yaratmır. C-nin istifadə hüququ üçün yazılı razılaşma və bu hüququn reyestrdə qeydə alınması olmalı idi. Əgər ev A-nın yox, B-nin mülkiyyətində olsa idi, o zaman istifadə hüququnun yaranması üçün yazılı razılaşma və reyestrdə qeydə alınma tələbi olmayacaqdı. Çünki C-nin istifadə hüququ ailə münasibətlərinə əsasən yaranmış olacaqdı.
Hüququn xitamı məsələləri:
Bu hüquq yaranarkən ailə üzvləri və digər şəxslər baxımdan yaranma əsasları fərqli olduğunu bildirdik. Təbii ki, məsələyə mövcud istifadə hüququ baxımdan qiymət verilməlidir. Mövcud olmayan hüququn da xitamı mümkün deyildir. Yəni ilk növbədə belə bir hüququn mövcud olub-olmaması araşdırılmalıdır.
Həmçinin xitam zamanı da ailə üzvləri və digər şəxslər arasında fərqləndirilmə aparılacaq.
a. Ailə üzvlərində yaşayış sahəsindən istifadə hüququna xitam məsələrində münasibətin yaranma tarixini bilmək vacibdir. 2009-cu il oktyabrın 1-nə qədər yaranan münasibətlərə dair mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin tarixdən sonra yaranan münasibətlərə dair mübahisələrə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tədbiq ediləcəkdir.
Misal 2. A şəxsi B ilə nikah münasibətlərinə 2013-cü ildə xitam vermiş və B-nin özünün yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. B isə Mülki Məcəllənin 228-ci maddəsinə əsaslanmaqla iddiaya etiraz etmiş, nikah münasibətlərinə xitam verilsə də, istifadə hüququnun saxlandığını bildirmişdir. Tərəflər arasında nikahın 2010-cu ildə bağlandığını nəzərə alaraq, mübahisəyə tədbiq ediləcək qanunvericilik aktını müəyyən edin. Bəs B-nin hər hansı şəkildə istifadə hüququ saxlanıla bilərmi?
Münasibət 2009-cu il oktyabrın 1-dən sonra yarandığına görə mübahisəyə Mənzil Məcəlləsi tədbiq ediləcək. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Deməli, A və B arasında münasibətlər ailə hüququ çərçivəsində yarandığından, istifadə hüququ da münasibətə xitam verildikdə pozulacaq. Amma A və B arasında razılaşma varsa, münasibətə artıq nikah pozulduqdan sonra ailə yox, mülki hüquq çərçivəsində baxılacaqdır.
Həmçinin yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Əgər münasibətlər 2009-cu il 1 oktyabrdan əvvəl yaranıbsa, Mülki Məcəlləyə əsasən istifadə hüququ saxlanılacaq. Xitam məsələsində isə MM-in 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Kompensasiya ödənilmədən xitam verilmə halı da mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair KM Qərarı)
Digər şəxslərə münasibətdə xitam verilmə isə birdəfəlik Mülki Məcəllə ilə tənzimləcəkdir. Belə ki, 228.2-ci maddəsinə əsasən, razılaşma olmalı, yaxud kompensasiya verilməsi yolu ilə məhkəmə qərarı ilə xitam veriləcəkdir.

Kompensasiya ödənilərkən, mənzilin bazar qiyməti nəzərə alınmaqla, yaxud mənzilin yerləşdiyi ərazidə olan kirayə haqqlarının orta qiyməti müəyyən edilərək hesablanır. Lakin qeyd etmək lazımdır ki, istifadə hüququ mülkiyyət hüququna bərabər anlayış deyildir ki, bu təcrübə formalaşsın. Bu, mülkiyyət hüququnun tərkibinə daxil olan səlahiyyətlərdən sadəcə biridir. Bu baxımdan hesab edirəm ki, kompensasiya ödənilərkən sadəcə şəxsin yaşayış sahəsi ilə təmin oluna bilməsi üçün zəruri olan məbləğ müəyyən edilməlidir.
Bu mübahisələrdə digər diqqətə çatdırılmalı məsələ odur ki, qeydiyyatda olmaq istifadə hüququnun olmasını ifadə etmir. Məhkəmə hər bir halda, bu qəbildən olan işlərə baxarkən istifadə hüququnun olub-olmamasını yoxlayır və mövcud olmayan bir hüququn da xitamından söhbət gedə bilməz.
Aysu NƏBİZADƏ
Hüquqşünas

Oxşar Xəbərlər

backend
Vəfat edən əlilliyi olan şəxsin ailə üzvləri üçün mənzil növbəsi proseduru elektronlaşdırılır
8.01.24 21:28
Cəmiyyət
backend
Laçına növbəti köç yola düşdü
30.10.23 11:25
Cəmiyyət
backend
Daha bir rayonda mindən çox ailə güzəştli şərtlərlə mənzil əldə edəcək
8.03.24 18:49
Cəmiyyət
backend
Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər hansı əməllərlə ifadə olunur?
19.04.24 20:42
Gündəm
backend
Gəncədə qanunsuz tikinti işləri dayandırılıb
4.07.24 22:00
Bölgə
backend
Ərzağa olan tələbat günü-gündən artır - Nazir müavini
17.04.24 15:00
İqtisadiyyat
backend
Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq - Qanuna dəyişiklik
13.03.24 16:24
Cəmiyyət
backend
“Mina qurbanları xüsusi həssas kateqoriya kimi tanınmalıdır”
28.06.24 21:10
Hadisə
backend
İtaliya tərəfindən yürüdülən siyasət Fransaya nümunə olmalıdır - XİN
4.04.24 19:26
Siyasət

XƏBƏR LENTİ

20:19 48 aptekdə yoxlama - Nöqsanlar tapıldı
20:18 Ramiz Əzizbəylinin xanımı vəfat etdi
20:17 Hillari Klinton bu gün ifadə verəcək
20:16 İran və ABŞ-dən təkliflərə “yaşıl işıq”
20:14 Meksikada iğtişaşlara görə yarış ləğv edildi
19:46 “Bu, ədalətimizin son nöqtəsi idi”
19:42 “Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil”
19:39 “Bizim iradəmizə qarşı çıxanın başı əziləcək”
19:34 Ərdoğandan Xocalı soyqırımı ilə bağlı paylaşım
19:28 Küləklə bağlı - Xəbərdarlıq
20:25 Sosial ödənişlərin verilməsi bu tarixdə yekunlaşacaq
20:24 Qadın sürücünün qorxulu anları - Evinədək təqib edib əri ilə dalaşdı
20:22 Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
20:20 Nazir rəisin vəzifəsini dəyişdirdi
20:19 Temperatur 8° enəcək, qar yağacaq - Xəbərdarlıq
20:02 8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19:55 Küləklə bağlı - Xəbərdarlıq
19:50 Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
19:46 Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
19:41 İlk özü idarə olunan uçan taksini sınaqdan keçirdilər
21:47 Gediş kartının balansını belə artırın
21:46 Nazirlikdən qanunsuz yoxlamalarla bağlı - Xəbərdarlıq
21:44 Millimizə İspaniya klubundan oyunçu çağırıldı
21:43 Bu rayonlara qar yağır
21:40 İranda bəzi universitetlər distant təhsilə keçdilər
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
48 aptekdə yoxlama - Nöqsanlar tapıldı
26.02.26 20:193
Ramiz Əzizbəylinin xanımı vəfat etdi
26.02.26 20:183
Hillari Klinton bu gün ifadə verəcək
26.02.26 20:173
İran və ABŞ-dən təkliflərə “yaşıl işıq”
26.02.26 20:163
Meksikada iğtişaşlara görə yarış ləğv edildi
26.02.26 20:143
“Bu, ədalətimizin son nöqtəsi idi”
26.02.26 19:463
backend
48 aptekdə yoxlama - Nöqsanlar tapıldı
26.02.26 20:193
Ramiz Əzizbəylinin xanımı vəfat etdi
26.02.26 20:183
Hillari Klinton bu gün ifadə verəcək
26.02.26 20:173
İran və ABŞ-dən təkliflərə “yaşıl işıq”
26.02.26 20:163
Meksikada iğtişaşlara görə yarış ləğv edildi
26.02.26 20:143
“Bu, ədalətimizin son nöqtəsi idi”
26.02.26 19:463
backend
48 aptekdə yoxlama - Nöqsanlar tapıldı
26.02.26 20:193
Ramiz Əzizbəylinin xanımı vəfat etdi
26.02.26 20:183
Hillari Klinton bu gün ifadə verəcək
26.02.26 20:173
İran və ABŞ-dən təkliflərə “yaşıl işıq”
26.02.26 20:163
Meksikada iğtişaşlara görə yarış ləğv edildi
26.02.26 20:143
“Bu, ədalətimizin son nöqtəsi idi”
26.02.26 19:463

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.