• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
19.04.24 20:42
Gündəm
131

Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər hansı əməllərlə ifadə olunur?


Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər dedikdə, bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxs tərəfindən digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsi, iqtisadi asılılıq yaratması, belə asılılığı saxlaması və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətlər başa düşülür.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı maarifləndirici məlumatda qeyd olunub.

Məişət zəminində fiziki və psixi zorakılıq kimi bu kateqoriyadan olan zorakılıq aktları da qəsdən törədilir və bu hərəkətlərə yol verən şəxslərin məqsədi öz qurbanlarına qarşı iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər tətbiq etməklə onların maliyyə resurslarına çıxışını, bundan istifadəni yaxud ev, ailə təsərrüfatında maliyyə məsələlərinə, habelə birgə əmlaka nəzarətini məhdudlaşdırmaqdan ibarət olur.

Məişət zorakılığında qeyri-qanuni iqtisadi məhdudiyyətlərə aşağıdakıları aid etmək olar:

1. Şəxsin maliyyə resurslarına, o cümlədən gəlirlərinə, bank hesablarına və aktivlərinə nəzarətin həyata keçirilməsi. Bu, qurbanın razılığı olmadan pulun tutulması, vəsaitə çıxışın məhdudlaşdırılması və ya maliyyə qərarlarına nəzarəti əhatə edə bilər. Bundan başqa, şəxsin dövlət tərəfindən verilən müavinətlər, müxtəlif növ yardımlar yaxud digər sosial dəstək xidmətlərdən istifadə, onları əldə etmə və ya yararlanmasına mane olmağı da qeyd olunanlara misal göstərmək olar.

2. Şəxsin qida, yaşayış yeri və tibbi yardım kimi əsas ehtiyaclarla bağlı maddi asılı olduğu vəziyyət və şərait yaratmaq. Bu, qurbanın təhqiramiz münasibətdən çıxmasını və ya kömək istəməsini çətinləşdirə bilər.

3. Şəxsin əmək fəaliyyəti, iş və karyera imkanlarına müdaxilə etməklə maddi cəhətdən asılı vəziyyətə salmaq və ya bu vəziyyətdə saxlamaq. Bu əsasən, qurbanın işləməsinə və ya karyera qurmasına mane olmaq, müxtəlif üsullarla iş yerini tərk etməyə məcbur etmək və digər əməllərdə ifadə olunur. Həmçinin, şəxsdə yetərsizlik, çarəsizlik və s. bənzər hisslər yaratmaqla onların maddi gəlir əldə etməsinə manə olmağı da qeyd olunanlara misal göstərmək olar.

Ətraflı
4. Şəxsin maddi cəhətdən müstəqil olmasına mane olmaq və ya qarşısını almaq. Bu əsasən, ailə və təsərrüfat xərclərini şəxsin gəlirləri hesabına qarşılamaq, onun adına kreditlər götürmək, müxtəlif yollarla qənaət etməklə və digər üsullarla maddi vəziyyətinin sabitliyinin qarşısını almaqda ifadə olunur.

5. Şəxsin məlumatı və razılığı olmadan onun adına borc götürmək, qurbanı sui-istifadə edənin xeyrinə borc götürməyə məcbur etmək, onun maliyyə məlumatlarından qanunsuz məqsədlərlə istifadə etmək, məqsədli olaraq maddi zərərə səbəb olacaq fəaliyyətlə məşğul olmaq, bu cür fəaliyyətə cəlb etmək və s.

6. Şəxsin daşınmaz əmlak, nəqliyyat vasitələri, qiymətli əşyalar və ya miras daxil olmaqla, birgə əmlakdan istifadəsinin qarşısını almaq və ya qadağan etmək.

7. Şəxsin maddi vəziyyətini nəzarətdə saxlamaq, bu barədə mütəmadi məlumat əldə etmək üçün uşaqlardan istifadə etmək. Bu əsasən, uşaqla bağlı xərclərdən və ehtiyaclardan təsir vasitəsi kimi istifadə etmək və digər formada özünü göstərir.

8. Şəxsin hərəkətlərinə nəzarəti həyata keçirmək yaxud gücləndirmək məqsədilə maddi ziyan vurmaq, əmlakı girov qoymaq, satmaq və s. hüquqi nəticələrlə hədələmək.

Oxşar Xəbərlər

backend
Baş Prokurorluq məişət zorakılığı ilə bağlı müraciət edib
9.04.24 17:34
Gündəm
backend
Məişət zəminində psixi zorakılıq hansı əməllərlə ifadə olunur?
16.04.24 19:33
Cəmiyyət
backend
Anasını bıçaqlayan şəxs saxlanılıb
23.10.23 09:56
Hadisə
backend
Rusiyaya qarşı sanksiyalar genişləndirilib
13.04.24 20:21
Dünya
backend
Azərbaycanda bələdiyyə sədri cərimələndi
13.06.23 13:27
Hadisə
backend
Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirilir
7.12.23 13:18
Gündəm
backend
Kaliforniyada atışma nəticəsində 5 nəfər ölüb
24.08.23 08:45
Dünya
backend
Dövlət sərhədini pozan ermənilərin məhkəməsi başlayır
3.07.23 10:23
Hadisə
backend
Goranboyda əməliyyat - 19 nəfər saxlanıldı
30.10.23 11:22
Bölgə

XƏBƏR LENTİ

19:50 Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
19:48 Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
19:46 600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
19:42 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
19:38 Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
18:38 35° isti olacaq
18:36 42 yaşlı qadın müəmmalı şəkildə öldü
18:33 Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
18:29 Sabah Ay tutulacaq
18:26 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
23:42 Bu marşrutun hərəkət sxemi dəyişdirildi
23:41 Bu yol 2 gün bağlı olacaq
23:40 Rusiya İzmail limanına zərbə endirib
23:38 Sabah bu ərazilər işıqsız qalacaq - Xəbərdarlıq
23:37 Yevlaxda balıqçı itkin düşüb
13:53 Sabah hava necə olacaq?
13:52 Bakı Metropolitenində iş saatı uzadılacaq
13:50 Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
13:49 9 yaşlı qıza ögey anası zorakılıq edir?
13:46 Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
18:52 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri fəaliyyətini dayandırıb?
18:48 Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
18:45 Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
18:42 Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:39 DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
28.08.26 19:50137
Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
28.08.26 19:48138
600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
28.08.26 19:46134
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
28.08.26 19:42107
Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
28.08.26 19:38136
35° isti olacaq
27.08.26 18:38125
backend
Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
28.08.26 19:50137
Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
28.08.26 19:48138
600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
28.08.26 19:46134
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
28.08.26 19:42107
Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
28.08.26 19:38136
35° isti olacaq
27.08.26 18:38125

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.