• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
20.10.23 10:13
Cəmiyyət
193

Azərbaycanda uşaq hüquqları aylığı elan olundu


Azərbaycanda uşaq hüquqları aylığı elan olunub.

Trend xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müraciətində bildirilib.

O qeyd edib ki, cəmiyyətin həssas təbəqəsi olan uşaqların müdafiəsi ölkəmizdə daim diqqət mərkəzindədir:

“Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Gələcəyimiz olan uşaqları fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətimiz üçün faydalı şəxsiyyət kimi yetişdirmək naminə səylərimizin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Uşaq hüquqlarının beynəlxalq müdafiəsi istiqamətində mühüm aspektləri özündə birləşdirən, 1989-cu il noyabrın 20-də BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya iştirakçı dövlətlərin hər bir uşaq üçün təmin etməli olduğu universal standartları müəyyən edir. Konvensiya dünyada ən geniş şəkildə ratifikasiya olunan beynəlxalq müqavilə olmaqla uşaqların hüquqlarını qorumaq üçün qəbul edilən əsas sənəd kimi bir çox dövlətlərin bu sahədə milli qanunvericilik bazasının formalaşmasına təkan vermişdir. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə həmin Konvensiyanın iki əlavə protokoluna qoşulmuş, 1998-ci il 19 may tarixində ölkəmizdə sözügedən Konvensiyanın əsas prinsiplərini özündə əks etdirən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və ölkədə uşaq hüquqlarının təmini məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən yeni tarixi bir dövr başlanıb. Uzun illərdir işğaldan əziyyət çəkən və nəticə olaraq fundamental hüquqları pozulmuş keçmiş məcburi köçkünlərimiz fəxarətlə öz doğma torpaqlarına, əsrlər boyu xalqımızın yaşadığı ərazilərə geri qayıdır. Böyük qürur hissi ilə qeyd etməliyik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında uzun həsrətdən sonra uşaqlar ümumtəhsil məktəblərində təhsil alır, onların sevinc dolu səsləri eşidilir.

Bununla belə, təəssüflə qeyd olunmalıdır ki, işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi yenidənqurma və qayıdış prosesini ləngidir, ən çox təsirə məruz qalan uşaqlar da daxil olmaqla, mülki əhalinin təhlükəsizliyinə ciddi əngəl törədir. Mövcud maneələrə baxmayaraq, bütün məcburi köçkün həyatı yaşamağa məcbur olmuş övladlarımızın yaxın gələcəkdə doğma yurdlarına dönərək təhsillərini uğurla davam etdirəcəklərinə və böyük nailiyyətlər qazanacağına inanırıq.


Ölkədə uşaqların hüquq və maraqlarının qorunması məqsədilə qanunvericiliyin və institusional mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də müntəzəm olaraq tədbirlər həyata keçirilir.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli Konstitusiya Qanununa əsasən, Müvəkkilə “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi səlahiyyətinin verilməsi bu istiqamətdə atılan addımlardandır.

Uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il olduğu kimi, 2023-cü ildə də “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilir.

Uşaqların, xüsusilə çətin həyat şəraitində olan uşaqların vəziyyətinin öyrənilməsi, təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə, hüquq mühafizə, idman, mədəniyyət, istirahət, media və digər sahələrdə, habelə ailədə və cəmiyyətdə uşaqlar və onlarla müntəzəm təmasda olan şəxslər arasında uşaq hüquqları sahəsində məlumatlılığın artırılması önəmli hesab olunan məsələlərdir.

Dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media və digər qurumlar tərəfindən uşaq hüquqlarının üstün mühafizəsi prinsipi əsas tutulmaqla bu istiqamətdə həyata keçirilən tədbirlər əhəmiyyətli rol oynayır. Müvafiq qurumların uşaqların müdafiəsi sahəsində səmərəli və əlaqəli şəkildə fəaliyyət göstərməsi uşaqların hüquq və maraqlarının daha etibarlı təmin olunmasına xidmət edir.

Qeyd edilənləri nəzərə alaraq, bütün aidiyyəti qurumları “Uşaq Hüquqları Aylığı”na qoşulmağa dəvət edərək, təşəbbüsümüzə dəstək verməyə, aylıq çərçivəsində uşaqların iştirakını təmin etməklə uşaq hüquqlarının müxtəlif aspektləri üzrə araşdırmaların aparılmasına, maarifləndirmə, təşviqat və digər tədbirlərin keçirilməsinə çağırıram” .

Oxşar Xəbərlər

backend
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1.06.23 08:39
Maraqlı
backend
Azərbaycanda 391 uşaq övladlığa götürülüb
1.06.23 13:50
Gündəm
backend
Kiyev: Ukraynalı uşaqların Rusiyaya qaçırılmasının növbəti halları qeydə alınıb
25.08.23 08:50
Dünya
backend
KXDR parlamenti yeni nazirləri və Mərkəzi Bankın sədrini təyin edib
28.09.23 07:54
Dünya

XƏBƏR LENTİ

23:42 Bu marşrutun hərəkət sxemi dəyişdirildi
23:41 Bu yol 2 gün bağlı olacaq
23:40 Rusiya İzmail limanına zərbə endirib
23:38 Sabah bu ərazilər işıqsız qalacaq - Xəbərdarlıq
23:37 Yevlaxda balıqçı itkin düşüb
13:53 Sabah hava necə olacaq?
13:52 Bakı Metropolitenində iş saatı uzadılacaq
13:50 Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
13:49 9 yaşlı qıza ögey anası zorakılıq edir?
13:46 Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
18:52 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri fəaliyyətini dayandırıb?
18:48 Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
18:45 Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
18:42 Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:39 DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu
18:34 Prezident Türkmənistanla bu sənədləri təsdiqlədi
18:33 İlham Əliyev Şavkat Mirziyoyevə minnətdarlığını bildirdi
18:31 “Sabah”ın oyununa 15 min bilet satıldı
18:29 “Bu dəfə ağır nəticənin qarşısını digər sürücünün ehtiyatlı davranışı aldı”
18:28 Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
19:22 Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
19:21 Daha 34 ölkəyə vizasız gedə biləcəyik
19:19 Başına ot presi düşən kişi öldü
19:13 Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?
19:11 Almaniyada isti hava ilə əlaqəli ölümlərin sayı açıqlandı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Bu marşrutun hərəkət sxemi dəyişdirildi
26.08.26 23:4283
Bu yol 2 gün bağlı olacaq
26.08.26 23:4120
Rusiya İzmail limanına zərbə endirib
26.08.26 23:409
Sabah bu ərazilər işıqsız qalacaq - Xəbərdarlıq
26.08.26 23:3810
Yevlaxda balıqçı itkin düşüb
26.08.26 23:379
backend
Bu marşrutun hərəkət sxemi dəyişdirildi
26.08.26 23:4283
Bu yol 2 gün bağlı olacaq
26.08.26 23:4120
Rusiya İzmail limanına zərbə endirib
26.08.26 23:409
Sabah bu ərazilər işıqsız qalacaq - Xəbərdarlıq
26.08.26 23:3810
Yevlaxda balıqçı itkin düşüb
26.08.26 23:379
Sabah hava necə olacaq?
25.08.26 13:53125
backend
Bu marşrutun hərəkət sxemi dəyişdirildi
26.08.26 23:4283
Bu yol 2 gün bağlı olacaq
26.08.26 23:4120
Rusiya İzmail limanına zərbə endirib
26.08.26 23:409
Sabah bu ərazilər işıqsız qalacaq - Xəbərdarlıq
26.08.26 23:3810
Yevlaxda balıqçı itkin düşüb
26.08.26 23:379
Sabah hava necə olacaq?
25.08.26 13:53125

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.