• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
19.06.26 18:46
Gündəm
138

Azərbaycan QHT-ləri Ermənistanda ekoloji monitorinqlər keçirmək istəyir



“Environmental Protection First” Koalisiyası Ermənistanda “Liderlər təbiət naminə” devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına müraciət ünvanlayıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, müraciət mətnini koalisiyanın həmtəsisçisi Amin Məmmədov oxuyub.

Müraciətdə deyilir:

“Biz - Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin ətraf mühitə, transsərhəd çaylara təsirlərinin ictimai monitorinqini həyata keçirən Azərbaycanın vətəndaş cəmiyyəti fəallarından ibarət “Environmental Protection First” Koalisiyası olaraq, 2026-cı ilin oktyabrında İrəvanda keçiriləcək COP17 sədrliyinə və bu tədbirdən öncə Ermənistanın təşəbbüsü ilə planlaşdırılan “Liderlər təbiət naminə” devizi altında Liderlər Sammiti iştirakçılarına müraciət edirik.

Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivə Proqramı ölkələrin biomüxtəlifliyə dair hədəflərə nail olunmasındakı irəliləyişləri və Ətraf Mühit - İqtisadi Hesabatlıq Sisteminin tətbiqini mühüm vəzifə kimi müəyyən edən mühüm beynəlxalq sənəddir. COP17 bu Proqramın icrası üzrə qlobal qiymətləndirmə baxımından vacib mərhələ olacaq. Bu səbəbdən biomüxtəlifliyin qorunması konkret addımlarla müşayiət olunmalıdır.

Ermənistanda beynəlxalq ekoloji normalara məhəl qoyulmadan aparılan dağ-mədən sənayesi fəaliyyəti Cənubi Qafqaz regionunda biomüxtəliflik, ətraf mühit, su ehtiyatları və ekosistemlər üçün ciddi ekoloji risklər daşıyır. Ötən 3 il ərzində biz dəfələrlə bu mövzuda Ermənistan hakimiyyətinə ictimai çağırışlar etmiş, problemlərin həllinə nail olmaq istəyən Ermənistanın ekoloji təşkilatları ilə həmrəylik ifadə etmişik.

Ermənistandan öz başlanğıcını götürən və Azərbaycan ərazisinə axan transsərhəd çayların bir neçəsinin yuxarı axınında, mənbəyə yaxın nöqtələrdə dağ-mədən sənayesi fəaliyyətinin davam etdirilməsi bu çayların aşağı axınında aparılan müşahidə və monitorinqlərin nəticələrinə əsasən zərərli maddələrin səviyyəsinin normadan yüksək olmasına səbəb olub.

“Environmental Protection First” Koalisiyası olaraq, mövcud ekoloji vəziyyətin şəffaf və hərtərəfli qiymətləndirilməsi məqsədilə Ermənistan ərazilərində beynəlxalq eskpertlərin iştirakı ilə birgə monitorinqlərin aparılmasını vacib hesab edirik. Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədləri ictimaiyyətə açıqlanması təmin olunmalıdır.

Azərbaycan BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının tərəfidir. Bu baxımdan transsərhəd sular üzrə birgə monitorinqlərin aparılmasını, məlumat mübadiləsini, erkən xəbərdarlıq mexanizmlərinin yaradılmasını və ictimaiyyətin məlumatlandırılmasını son dərəcədə əhəmiyyətli hesab edirik. Ermənistan Azərbaycana axan transsərhəd çayların yuxarı axınında yerləşən ölkə kimi hazırda bu Konvensiyanın da tərəfi deyil, halbuki, bu transsərhəd çaylar Kür-Araz hövzəsinin və yekunda Xəzər dənizinin biomüxtəlifliyi üçün ciddi ekoloji nəticələr yaradır.

Ermənistanın da tərəf çıxdığı Espoo Konvensiyası BMT-nin transsərhəd kontekstdə ətraf mühitə olan təsirlərin qiymətləndirilməsi ilə əlaqədar beynəlxalq sazişlərindən biridir. Bu konvensiyaya tərəf çıxan dövlətlər öz ərazilərində qonşu ölkə ilə sərhədə yaxın yerlərdə həyata keçirdikləri iqtisadi fəaliyyətlər, o cümlədən mədən sənayesi fəaliyyəti ilə bağlı mütləq şəkildə qonşu ölkənin ictimaiyyətinə və hökumətinə məlumat verməli, bu fəaliyyətlər üzrə ƏMTQ hesabatlarını hazırlayıb təqdim etməlidirlər. Bu, Ermənistanın öhdəliyidir.

Hələ 2014-cü ildə Espoo Konvensiyasının tərəfi olan ölkələrin iclasında Ermənistan Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini bərpa ediləcəyi təqdirdə, qonşu ölkələrə transsərhəd kontekstdə ƏMTQ hesabatları təqdim etməyə dair öhdəlik götürüb. Ermənistan köhnə nüvə reaktorunun dəyişdirilməsi ilə bu stansiyanın fəaliyyətini bərpa etmək barədə tərəfdaşları ilə danışıqlar aparsa da, ətraf mühitə təsir, radioaktiv çirklənmənin qarşısını alma tədbirləri haqqında ictimai hesabatlılıq nümayiş etdirməyib. Radioaktiv çirklənmə biomüxtəlifliyin qorunması üçün ən böyük təhlükələrdən biridir.

Hesab edirik ki, tarixi Vaşinqton Zirvəsindən sonra formalaşmış Azərbaycan və Ermənistan arasında sülh gündəliyi bu sahədə vətəndaş cəmiyyəti təsisatlarının da sıx əməkdaşlığı üçün imkan yaradıb. “Environmental Protection First” Koalisiyası olaraq, Azərbaycan və Ermənistan arasında sülh gündəliyini alqışlayıq, hesab edirik ki, məhz ekoloji ədalət Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.

Biz BMT-nin Bioloji Müxtəliflik Haqqında Konvensiyası üzrə Tərəflərin 17-ci Konfransı (COP17) sədrliyini və Liderlər Sammiti iştirakçılarını transsərhəd çayların mühafizəsi, dağ-mədən sənayesi fəaliyyətlərinin düzgün idarə olunması, şəffaf monitorinq mexanizmlərinin yaradılması və monitorinqlərin aparılması, məlumatlara çıxışın əlçatan olması istiqamətində Ermənistanı konkret, ölçüləbilən qərarların qəbuluna sövq etməyə çağırırıq”.

Oxşar Xəbərlər

backend
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
22.11.24 19:58
Gündəm
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm
backend
Dünya azərbaycanlılarının COP29-la bağlı bəyanatı
7.11.24 19:06
Gündəm
backend
Azərbaycan QHT-ləri ABŞ Dövlət katibinə müraciət ünvanlayıb
24.07.25 22:03
Siyasət
backend
“Qərbi Azərbaycana qayıdış” brifinqi keçirildi
11.06.25 19:37
Gündəm
backend
Prezidentdən sammit iştirakçılarına müraciət
5.11.24 19:24
Siyasət
backend
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev
4.01.24 19:43
Siyasət
backend
“Azərbaycan xalqının mədəni irsi məhv edilib” - UNESCO-ya açıq məktub
17.12.24 19:15
Gündəm
backend
30 ölkədən 107 QHT Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib
8.03.24 18:45
Gündəm
backend
QHT-lərlə bağlı başladılan cinayət işində yeni detallar üzə çıxıb
18.03.25 21:10
Hadisə
backend
Ramiz Zeynalov :Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır
21.05.23 12:21
Gündəm
backend
2025-ci ildə strateji bərpa və yeni inkişaf mərhələsi
3.12.25 19:41
Gündəm
backend
Dini liderlər İlham Əliyevə təşəkkür etdi
6.11.24 19:55
Gündəm
backend
Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
23.05.24 19:48
Siyasət
backend
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
27.05.24 20:30
Gündəm

XƏBƏR LENTİ

19:30 Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
19:27 Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
19:04 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
18:34 Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
16:45 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
18:35 Temperatur 10° enəcək - Xəbərdarlıq
18:33 Türkiyədə Soma mədənində çökmə, 2 nəfər xilas edildi
18:29 Güclü külək əsəcək - Xəbərdarlıq
18:26 Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:23 Fransada məktəbli üsyanı ölkəni cənginə aldı - Nəqliyyat dayandı
19:15 Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı
19:11 Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü Sazişi təsdiqləndi quba-xezeryani-uzre-hasilatin-pay-bolgusu-sazisi-tesdiqlendi
19:07 Peşə məktəbinin söküləcəyi iddiaları ilə bağlı - Açıqlama
19:03 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
18:59 Küləkli hava ilə bağlı - Xəbərdarlıq
18:53 Bu küçələr təmirə bağlanır - Saat 21:00-dan
18:50 Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
18:47 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü
18:44 Bakıda qadın öldürüldü - Əri saxlanıldı
18:26 Lənkəranda zəlzələ oldu
18:32 Küləklə bağlı - Xəbərdarlıq
18:30 Britaniyada da dizelin qiyməti tarixi maksimuma çatdı
18:27 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
18:25 Bakıdan Naxçıvana reyslər təxirə salındı
18:22 Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30145
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27140
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04127
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34145
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45149
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30145
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27140
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04127
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34145
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45149
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35135
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30145
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27140
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04127
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34145
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45149
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35135

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.