• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
18.03.25 21:10
Hadisə
141

QHT-lərlə bağlı başladılan cinayət işində yeni detallar üzə çıxıb



Azərbaycanda baş verən son həbslərdə əsas motivin Qərbin gah ayrı-ayrı QHT-lər, gah da hansısa media orqanları əməkdaşları vasitəsilə ölkəmizdə həyata keçirmək istədiyi çirkin planlar olduğu artıq heç kimdə şübhə doğurmur. Bir daha sübuta yetirilir ki, xarici dairələr illərdir qeyri-qanuni şəkildə ayrı-ayrı şəxsləri maliyyələşdirib, onlara qanunsuz pul vəsaitləri ötürüb. Bütün bunlar baş verən həbslər fonunda ifşa olunmaqdadır.

Qərbin bundan öncə ifşa olunan şəbəkəsinin ABŞ-nin “İnternews”, USAİD, Alman Marşal Fondu, Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi”, NESEHNUTİ, “People in Need” təşkilatları, həmçinin, “Beynəlxalq Fakt Yoxla Platforması”, “OCCRP” layihələri ilə əməkdaşlıq edərək, qarşılığında “qrant” vəsaitləri almaları, bu qrantları qeydiyyatdan yayındırmaları, maliyyə vəsaitlərini xarici banklarda açdıqları hesablar üzərindən götürmələri barədə faktlar artıq ictimaiyyətə bəllidir.

Ölkəmizdə fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı başladılan cinayət işinə dair maraqlı detallar məlum olub.

Belə ki, “LD KONSALTİNQ” MMC və Hüquq və İnkişaf ictimai birliyinin rəhbəri Hafiz Həsənov, “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd (Altay) Məmmədzadə və başqalarının ABŞ-nin Alman Marşal Fondu vasitəsilə qeyri-qanuni vəsaitlər əldə etməsi aşkarlanıb. Etibarlı mənbələrdən məlum olur ki, Hafiz Həsənovun və əlbir olduğu digərlərinin dövlət mənafeləri ziddinə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla bağlılığı, onlardan qeyri-qanuni şəkildə pul vəsaitləri əldə etməsi sübuta yetirilib. Yəni Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmamaqla qanunvericiliyə zidd və “xidmət müqaviləsi” adı altında pərdələnərək qrant vəsaitləri əldə edilib. Yuxarıda adları qeyd olunan Hafiz Həsənov, Bəşir Süleymanlı, Məmməd (Altay) Məmmədzadə, “Coders Azerbaijan” şirkətinin icraçı direktoru Riyad Ağazadə, Murad Ağazadə və digər şəxslər, eləcə də “Var və Yox” MMC-nin direktoru Sitarə İbrahimbəyli əlbir olublar. Bu şəxslərə ABŞ-nin Alman Marşal Fondunun Azərbaycanda qeyri-rəsmi fəaliyyət göstərən məsləhətçisi Mehriban Rəhimli vasitəsi ilə pul göndərilib. Həmin pul vəsaitləri üzrə qanunsuz maliyyə əməliyyatlarının aparılması həyata keçirilib.

Belə ki, Hafiz Həsənov fiziki şəxs qismində dövlət qeydiyyatından keçdikdən sonra özü və rəhbəri olduğu "LD KONSALTİNQ" MMC ilə ABŞ-nin Alman Marşal Fondu arasında 2019- 2024-cü illər ərzində bağladığı müqavilələr əsasında, Mehriban Rəhimli isə Alman Marşal Fondunun Azərbaycanda qeyri-rəsmi fəaliyyət göstərən məsləhətçisi, nümayəndəsi kimi adları yuxarıda çəkilən və hazırda müəyyənləşdirilməsi davam edən digər şəxslərlə qabaqcadan əlbir olaraq qanunsuz əməllər törədiblər. Fondla bu şəxslər arasında 2019-2024-cü illər ərzində “xidmət müqavilələri” adı altında saxta formada rəsmiləşdirilmə aparılaraq dövlət qeydiyyatına alınmayan müqavilələr tərtib edilib. Həmin müqavilələr üzrə guya ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstərilməsi görüntüsü yaradılıb, xeyli miqdarda qrant vəsaitinin əldə edilməsinə nail olunub. Üstəlik, bu vəsaitləri cinayət yolu ilə qazandıqlarını bildikləri halda həmin pul vəsaitləri ilə maliyyə əməliyyatları aparmaqla bunu leqallaşdırıblar.

Hafiz Həsənovun “xidmət müqaviləsi” adı altında əldə etdiyi qrant vəsaitlərini onu maliyyələşdirən təşkilatların mənafe və tapşırıqlarına uyğun şəkildə gizli, eləcə də açıq formada ayrı-ayrı həssas qrupların, sosial təbəqələrin hüquq müdafiəsi adı altında ictimai-siyasi sabitliyin pozulması məqsədləri üçün xərcləməsi də üzə çıxıb. Mehriban Rəhimlinin isə qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə həmin vəsaiti ABŞ-nin Alman Marşal Fondu tərəfindən ölkə ərazisində qeyri-ənənəvi icmaların yaradılması və dəstəklənməsi, daxili və xarici siyasətə müdaxilə edə biləcək qüvvələrin formalaşdırılması və maliyyələşdirilməsi, Azərbaycan xalqına məxsus mənəvi dəyərlərin zəiflədilməsi və digər bu kimi istiqamətlərə sərf etməsi müəyyən edilib. Eyni zamanda Leyli Qafarova tərəfindən yaradılan "Salam Cinema" MMC-nin “Bir zamanlar Şanxayda" və digər adlar altında çəkdiyi kiçik həcmli kinolarda milli dəyərlərin alçaldılması, paytaxtda qanunsuzluğun hökm sürməsi, eləcə də cəmiyyətdə formalaşmış mənəvi dəyərləri aşağılayan fikirlər təlqin edilib. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində başlanan cinayət işi ilə bağlı ibtidai istintaq aparılır, araşdırmalar davam edir və qanunsuz müqavilələr üzrə qrant vəsaiti alaraq Azərbaycan dövləti, cəmiyyəti əleyhinə fəaliyyət göstərən şəxslərin, habelə buna şərait yaratmış vətəndaş cəmiyyəti qurumlarının, o cümlədən bank əməkdaşlarının ifşa olunması, cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunacağı heç bir şübhə doğurmur. Təbii ki, istintaq maddi maraqlarını dövlət maraqlarından üstün tutan bir sıra QHT-lər, onların rəhbərləri, həmçinin xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərindəki qanun pozuntularını, cinayət əməllərini tam üzə çıxaracaq. Çünki başda qanun və ölkəmizin təhlükəsizliyi, həmçinin dövlətimizin mənafeyi xaricdən ixrac olunan təhlükəli planları pozmağı, siyasi sabitliyi möhkəm qorumağı tələb edir.

Oxşar Xəbərlər

backend
Hərbi xidmətdən yayınmaya görə 56 cinayət işi - 448 nəfər yararlı çıxıb
14.10.24 20:35
Cəmiyyət
backend
Vətəndaşları jurnalist adı ilə şantaj edənlər həbs edildi
17.09.24 20:34
Hadisə
backend
XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur"
21.09.23 07:04
Siyasət
backend
Kanada mətbuatı Vardanyanı ifşa etdi
7.06.24 20:09
Dünya
backend
Yağış intensivləşəcək, külək əsəcək - XƏBƏRDARLIQ
8.03.24 18:40
Hadisə
backend
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır
23.04.24 12:54
Hadisə
backend
Suraxanıda saxlanılan şəxsdən narkotik vasitə aşkarlanıb
13.02.24 15:19
Hadisə
backend
36 milyon manat Azərbaycana qaytarıldı
9.12.24 18:25
Gündəm

XƏBƏR LENTİ

20:57 Dilənçiliklə məşğul olanlar cərimələnəcək
20:56 Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
20:54 22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
20:53 Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
20:51 Çin ABŞ və İrana müraciət etdi
20:50 19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
20:47 “Rusiya atəşkəsi pozub”
20:45 Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
20:40 Zelenski İlham Əliyevə zəng etdi
20:08 Mayın ortalarına qədər sülh sazişi imzalaya bilər
20:32 Milli Məclis 5 sənədi ratifikasiya edəcək
20:31 TƏBİB-dəki bu vəzifə ona həvalə olundu
20:29 Bu ölkədə qadın ordu komandanı oldu - İlk dəfə
20:28 İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
20:26 Azərbaycan gimnastları dünya kubokunda “qızıl” qazandılar
20:24 “Atəşkəs hər an pozula bilər”
20:21 Prezidentin yeni Mətbuat katibi kimdir?
20:18 ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb
20:15 Danışıqların uğursuzluğunun səbəbini açıqladı
20:13 Bəhreyn İraqa nota verdi
18:58 Sığınacaq dağılsa, 400 itin taleyi necə olacaq? - Rəsmi açıqlama
18:55 Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir
18:53 “Fənərbaxça”nın futbolçusunun villası qarət edildi
18:52 “Vətəndaşın tələbləri əsassızdır” - Komitə
18:52 Taksi xidmətindən istifadə edərkən nələrə diqqət yetirməlisiniz?
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
6.05.26 20:57119
Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
6.05.26 20:56120
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
6.05.26 20:54119
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
6.05.26 20:53119
Çin ABŞ və İrana müraciət etdi
6.05.26 20:51119
19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
6.05.26 20:50118
backend
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
6.05.26 20:57119
Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
6.05.26 20:56120
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
6.05.26 20:54119
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
6.05.26 20:53119
Çin ABŞ və İrana müraciət etdi
6.05.26 20:51119
19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
6.05.26 20:50118
backend
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
6.05.26 20:57119
Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
6.05.26 20:56120
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
6.05.26 20:54119
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
6.05.26 20:53119
Çin ABŞ və İrana müraciət etdi
6.05.26 20:51119
19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
6.05.26 20:50118

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.