• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
11.06.25 19:37
Gündəm
255

“Qərbi Azərbaycana qayıdış” brifinqi keçirildi



Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri bağlı ictimai hesabat xarakterli brifinq keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İctimai Birliyi məlumat yayıb.

Ümumxalq arzusu və Qərbi Azərbaycana gedən yollar

İcraçı direktor Aygün Əliyeva bildirib ki, artıq 3 ildir ki, “Qərbi Azərbaycana qayıdış” mövzusu Agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən biridir:

“Bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib. Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar.

Ümumilikdə, bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib. “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə QHT-lərin indiki miqyasda fəallığı heç vaxt olmayıb. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları haqlı olaraq, bu mövzuya Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın yeni hədəfi kimi yanaşır, bu ümumxalq arzusunu reallığa çevirmək üçün imkanlarını səfərbər edir”.

Brifinqdə məlumat verilib ki, Agentliyin 2025-ci il qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. İl ərzində bu mövzuda beynəlxalq təşkilatlar, Avropa və Türk dünyası regionlarında onlarla konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək.

Qərbi Azərbaycan nisgili və həsrətinin tərənnümü

Agentliyin departament direktoru Elnur Bağırlı qeyd edib ki, builki yeni layihələrdə Qərbi Azərbaycan hekayələrinin daha təsirli vasitələrlə - musiqi, bədii əsərlər, ekran həlləri, sənətkarlıq nümunələri əsasında izahına üstünlük verilməsi müşahidə edilir: “Monitorinq nəticələrimiz də göstərir ki, bu üsullarda təbliğat daha çox diqqət cəlb edir. Yaxın günlərdə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində “Zəngəzur mahnısı” ictimaiyyətə təqdim olunacaq, radiolarda səslənəcək. Bu musiqi əsərini Azərbaycanın tanınmış sənətkarları ifa ediblər. Aşıqların konsert proqramları da Qərbi Azərbaycan nisgilini çatdıracaq. "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı”, "Ozan Dünyası" Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir”, Azərbaycan Aşıqlar Birliyinin “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihələri bu qəbildəndir. Bundan başqa, "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edəcək”.

Toplantıda qeyd olunub ki, QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film də hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək.

Hər daşı tarix olan doğma yurd yeri

“Elmi Araşdırmalar” İctimai Birliyinin “İrəvan: hər daşı tarix”, “Dünya Gənc Türk Yazarlar” İctimai Birliyinin “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” və digər layihələr Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmin hüquq müstəvisində və digər aspektlərdən qiymətləndirilməsinə töhfə verəcək.

Brifinq çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusunda Agentliyin dəstəyi ilə ərsəyə gətirilmiş layihələrin nəticələrinə dair sərgi də təşkil olunub. Qeyd edilib ki, bu mühüm xətt üzrə son illər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab nəşr edib. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin “İrəvan: tariximiz, torpağımız, taleyimiz”, “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabları bu qəbildəndir.

Qayıdış hüququ

Sərgidə təqdim olunan materiallarda Qərbi Azərbaycan mövzusu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi təqdim olunub.

Sonda Qərbi Azərbaycan mətbəxinə dair qənnadı nümunələri iştirakçılara təqdim olunub.

Oxşar Xəbərlər

backend
“İlham Əliyevin müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması xüsusi əhəmiyyət kəsb edir”
9.01.25 19:25
Siyasət
backend
“Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”
30.09.24 20:21
Gündəm
backend
BMT-nin tədbirində Qərbi azərbaycanlıların geri qayıtmaq hüququndan danışılıb
11.03.24 19:46
Gündəm
backend
Qərbi Azərbaycan İcması bəyanat yaydı
23.09.24 19:48
Gündəm
backend
“Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin forumu keçiriləcək”
22.01.25 19:07
Gündəm
backend
“Zəngəzur mahnısı” bu gündən radiolarda səslənəcək
11.06.25 19:32
Mədəniyyət
backend
Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfirinə cavab verib
6.01.24 19:59
Gündəm
backend
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb
2.10.23 10:06
Siyasət
backend
Qərbi Azərbaycan İcması: "Belçikanın XİN başçısının İrəvandakı fikirləri qərəzlidir"
23.08.23 08:47
Siyasət
backend
“Ermənistan üzərinə düşəni etməlidir”
17.03.25 15:11
Siyasət
backend
“Azərbaycan xalqının mədəni irsi məhv edilib” - UNESCO-ya açıq məktub
17.12.24 19:15
Gündəm
backend
Milli Məclisdə təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı qəbul olunub
26.12.23 12:43
Siyasət
backend
Rəsmi Bakıdan Paşinyana - Cavab
26.05.25 19:43
Siyasət
backend
Sabah AFFA-nın yeni prezidenti seçiləcək
1.04.24 15:58
İdman
backend
“Artıq ölkəmizin tarixində yeni dövr başlayıb”
2.10.24 16:58
Siyasət

XƏBƏR LENTİ

19:30 Sabah güclü külək olacaq - Xəbərdarlıq
19:29 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
19:28 9 marşrutun hərəkəti dəyişdirildi
19:27 32 yaşlı kişi həyətində ölü tapıldı
19:26 İki həftəyə 2 milyarda yaxın qazandılar
19:00 Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
18:56 KTN də Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı
18:55 İş adamının qətlinin sifarişçisi tutulub - Azərbaycana gətirildi
18:45 İmişlidə yanğın törədən şəxs saxlanıldı
18:43 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı
18:24 Sabah 37° isti olacaq
18:21 Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılmışdı
18:18 Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı
18:10 Yeni Klinikaya mətbuat katibi təyin olundu
18:07 Meyiti qəbiristanlığın yaxınlığında tapıldı meyiti-qebiristanligin-yaxinliginda-tapildi
20:32 Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
20:29 Gəncədə iki nəfəri maşın vurdu
20:27 Ağdərədə əmək yarmarkası keçirildi agderede-emek-yarmarkasi-kecirildi
20:22 İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
20:18 CAR-da mədən çökdü - 14 işçi həlak oldu
22:43 Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi
22:42 Yaşı 18-dən az olan işçilərin güzəşt və təminatları
22:41 Şahbuzda maşın aşdı, 76 yaşlı qadın öldü
22:36 Bu ərazilərdə qaz olmayacaq
22:35 XİN Kolumbiyaya başsağlığı verdi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabah güclü külək olacaq - Xəbərdarlıq
14.08.26 19:3063
Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
14.08.26 19:29138
9 marşrutun hərəkəti dəyişdirildi
14.08.26 19:2882
32 yaşlı kişi həyətində ölü tapıldı
14.08.26 19:27138
İki həftəyə 2 milyarda yaxın qazandılar
14.08.26 19:26138
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
13.08.26 19:00115
backend
Sabah güclü külək olacaq - Xəbərdarlıq
14.08.26 19:3063
Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
14.08.26 19:29138
9 marşrutun hərəkəti dəyişdirildi
14.08.26 19:2882
32 yaşlı kişi həyətində ölü tapıldı
14.08.26 19:27138
İki həftəyə 2 milyarda yaxın qazandılar
14.08.26 19:26138
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
13.08.26 19:00115

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.