• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
21.05.23 12:21
Gündəm
431

Ramiz Zeynalov :Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır

Ramiz Zeynalov :Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında təcəssüm etməsi bəşər tarixində nadir rast gəlinən hallardandır. Çox sevindiricidir ki, bizim millətin taleyinə də belə bir lider yazılıb. O öz fəaliyyəti ilə hər zaman xalqının inkişafına təkan verib. O, özünün fikirləri ilə millətin bütövləşməsinə xidmət göstərib. Ümumilli liderimiz Heydər Əliyev “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr ediəm ki, mən Azərbaycanlıyam” ifadəsi ilə əzilmiş, uduzmuş, qəddi əyilmiş bir millətə ruh verdi, yeni qələbələr üçün zəmin yartatmış oldu. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs, lider kimi təsdiq etməklə özündən sonra gələnlərə bir örnək oldu. O, idarəetmənin sənətinin ustadı və dünya qlobal siyasətinin kamil bilicisi idi. Minilliklərdən süzülüb gələn tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir.
Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, müdrikliyində və milli məfkurəyə bağlılığında idi.
Ulu öndər 1993-cü ilin oktyabrında dövlət başçısı seçildikdən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətləndi. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dəfələrlə dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edildi. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratdı. Ulu öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, liberallığı özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail oldu. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərdi, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail oldu. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etdi.
Böyük siyasi xadim Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etdi. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazandı. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyuldu. 1995-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. Ulu öndər 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmünü 1998-ci il fevralın 10-da tamamilə ləğv etdi, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərara imza atan ilk ölkə oldu. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildi.
Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursu uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəldildi. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilib.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub. Ulu öndər Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə indi də xidmət edir.
Əlbəttə ki, başqa maraqlı bir dövr Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq görərik ki, Ulu öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin, necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi, yəni, formal müstəqil deyil, həqiqi müstəqil dövlət kimi tanınır.
Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə 2020-ci ildə Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bütün bu möhtəşəm uğurlar isə məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır. Xalqımız öz xilaskarını heç zaman unutmayacaq və müstəqil Azərbaycan dövlətinin gələcək inkişafı naminə Ulu Öndər Heydər Əliyevin ideyaları ölkəmizdə əbədi yaşayacaqdır.

Daxili İşlər Nazirliyi Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov

Oxşar Xəbərlər

backend
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
11.05.23 17:38
Gündəm
backend
Rəcəb Tayyib Ərdoğan: “Bizim millətə xidmət eşqimiz heç vaxt bitməz”
9.05.23 16:28
Siyasət

XƏBƏR LENTİ

18:25 Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri - Açıqlandı
18:24 Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
18:22 Təqaüdçüləri aldadıb pullarını taladı
18:20 Leysan, dolu... - Daha bir xəbərdarlıq
18:19 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu - 6 aya azadlığa çıxacaq
22:20 Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi
22:17 Zərdabda ağır qəza - 1 ölü, 2 yaralı
22:15 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı
22:14 Paytaxtın bu ərazilərində qaz olmayacaq
22:13 Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
18:24 Güclü külək əsəcək - Xəbərdarlıq
18:23 Cəbhəyə 50 min robot göndərməyi planlaşdırırlar
18:22 Azərbaycanda iki klubun adı dəyişdirildi
18:21 Bu marşrutun hərəkət sxemi dəyişdirildi
18:20 ABŞ və İran arasında kritik 48 saat
18:17 Sədərəkdən Culfaya icra başçısı göndərildi
18:14 Boğazlarında qida qalan körpə və 74 yaşlı qadın öldü
18:12 Həmin şəxslər işlə təmin edildi
18:04 11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
18:01 Rusiya və Suriya birbaşa uçuşları bərpa edir
19:54 Bu nazirliyin yeni vəzifələri müəyyənləşdi
19:52 Bakının bu qəsəbəsində su olmayacaq
19:50 Bakıda yük avtomobili yandı
19:42 Naftalanda 6 kiloqram narkotik vasitə aşkarlandı
19:40 100 ilin temperatur rekordu qırıldı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri - Açıqlandı
7.08.26 18:25129
Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
7.08.26 18:2495
Təqaüdçüləri aldadıb pullarını taladı
7.08.26 18:22129
Leysan, dolu... - Daha bir xəbərdarlıq
7.08.26 18:2063
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu - 6 aya azadlığa çıxacaq
7.08.26 18:19143
Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi
6.08.26 22:20148
backend
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri - Açıqlandı
7.08.26 18:25129
Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
7.08.26 18:2495
Təqaüdçüləri aldadıb pullarını taladı
7.08.26 18:22129
Leysan, dolu... - Daha bir xəbərdarlıq
7.08.26 18:2063
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu - 6 aya azadlığa çıxacaq
7.08.26 18:19143
Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi
6.08.26 22:20148

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.