• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
30.03.26 20:38
Gündəm
136

“BMT-nin trans-Atlantik qul ticarətinə dair qətnaməsini tam dəstəkləyirik”



Bakı Təşəbbüs Qrupu (BTQ) BMT Baş Assambleyasının qəbul etdiyi transatlantik qul ticarətini "bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət" kimi tanıyan qətnaməni tam dəstəklədiyini bəyan edir.

“Qafqazinfo” xəbər verir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməyi özünün əsas missiyalarından biri hesab edən BTQ qəbul olunmuş bu qətnaməni Afrika mənşəli xalqlara qarşı yüz illərdir davam edən müstəmləkəçi ayrı-seçkiliyin və tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir.

Məlumata görə, trans-Atlantik qul ticarəti müstəmləkəçilik sisteminin ən amansız ifadəsi olmaqla milyonlarla insanı zorla kölə halına saımış, eyni zamanda bu xalqları iqtisadi, mədəni və sosial inkişafdan məhrum etmişdir. Həmin ağır mirasın nəticələri bu gün də davam etməkdədir.

BTQ reparasiya məsələsini maliyyə kompensasiyası olmaqla yanaşı, daha geniş ədalət anlayışının ayrılmaz hissəsi kimi dəyərləndirir, rəsmi üzrxahlıq, müstəmləkə dövründə talan edilmiş mədəni irs nümunələrinin geri qaytarılması, təhsil və ianə fondlarının yaradılması və bu cür cinayətlərin bir daha təkrarlanmamasına zəmanət verən beynəlxalq mexanizmlərin formalaşdırılması məsələsini dəfələrlə qaldırıb:

“Təşkilatımız Afrika mənşəli xalqların üzləşdiyi ədalətsizlikləri beynəlxalq platformalarda ardıcıl olaraq gündəmə gətirmiş və bu xüsusda 2024-cü ilin dekabrında və 2025-ci ilin aprelində BMT-nin Baş Qərargahında “Afrika əsilli xalqların hüquqları üzrə işçi qrupunun 35-ci sessiyası”nda və “Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası”nda fəal iştirak etmişdir. BTQ həmin sessiyalarda neokolonializmin aradan qaldırılması və müstəmləkəçiliyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi məsələlərini bir daha gündəmə gətirib.

Həmçinin, müstəmləkə altında hələ də yaşayan afrika mənşəli xalqlarla bağlı çoxsaylı hesabatlar dərc edilmiş, görülən işlər barədə hesabat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilib. BMT Baş Katibinin hesabatında Bakı Təşəbbüs Qrupuna istinad edilməsi isə təşkilatın beynəlxalq etimada malik tərəfdaş kimi tanındığını və müstəmləkəçiliyə məruz qalan xalqların səsini dünyaya çatdırmaqda mühüm platforma rolunu oynadığını təsdiq edir”.

Bakı Təşəbbüs Qrupu BMT-yə üzv dövlətlərdən bu qətnamədən irəli gələn müddəaları praktiki addımlarla həyata keçirməyə, reparasiya üzrə dialoqu dərinləşdirməyə və tarixi ədalətin bərqərar edilməsi istiqamətində konkret öhdəliklər götürməyə çağırır.

Oxşar Xəbərlər

backend
“Fransa bu sərvətdən faydalanaraq xəzinəsini xeyli zənginləşdirib”
27.09.24 20:19
Dünya
backend
İlham Əliyev Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
20.10.23 19:09
Siyasət
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm
backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
Bonayre adasına həsr olunmuş konfransda Bəyanat qəbul edildi
22.08.24 22:34
Dünya
backend
Bakı Bəyanatı qəbul edildi
4.06.25 18:44
Siyasət
backend
Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
23.05.24 19:48
Siyasət
backend
“Biz də təbii olaraq Azərbaycanı dəstəkləyirik”
3.10.24 19:30
Gündəm
backend
Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlandı
26.09.25 19:02
Hadisə
backend
2025-ci ildə strateji bərpa və yeni inkişaf mərhələsi
3.12.25 19:41
Gündəm
backend
Baş nazir bu qaydaları təsdiqlədi
30.09.24 20:06
Gündəm
backend
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev
4.01.24 19:43
Siyasət
backend
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib - Spiker
2.05.24 12:07
Siyasət
backend
“Fransanın atdığı bu son addımlar beynəlxalq hüququn prinsiplərinə tam ziddir”
19.08.25 18:27
Siyasət

XƏBƏR LENTİ

19:25 Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
19:23 Prezidenti onlar da təbrik etdilər
19:21 Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
19:18 “Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj
19:16 Sabahın havası onlara pis təsir edə bilər
09:05 ABŞ İran hədəflərinə zərbələr endirdi
09:04 Köçmək üçün - Ən yaxşı ölkələr
09:03 Ömrü 14 ilədək uzadan - 5 vərdiş
09:02 Çilidə 6.9 bal gücündə zəlzələ oldu
09:01 “Ya ABŞ-yə gətirilməli, ya da məhv edilməlidir”
09:00 Sülh razılaşması üçün Tehrana 12 milyard təklif edilib?
08:59 Maşın beton səddə çırpılıb çay yatağına düşdü - Ölənlər və yaralananlar var
08:58 Avropada rekord temperatur qeydə alındı
19:08 28° isti... - Sabahın havası
19:06 Bakıda ər-arvad qətlə yetirildi
19:04 Bayram günlərində metroda iş rejimi dəyişəcək
19:03 “May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” - Prezident
19:02 Azər Bağırova dövlətə xəyanətə görə - 16 il 6 ay həbs
18:58 Bu ərazilərdə qaz kəsiləcək
18:54 Sabah yağış yağacaq
18:51 Konqoda Ebola xəstəxanasına silahlı basqın - Bir həftədə üçüncüdür
18:47 Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
18:43 Prezident Si Cinpinə başsağlığı verdi
19:09 2050-ci ilə qədər dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq
19:08 Vəzifəlilər 400, hüquqi şəxslər 1000 manat cərimələnəcək
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
29.05.26 19:258
Prezidenti onlar da təbrik etdilər
29.05.26 19:237
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
29.05.26 19:216
“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj
29.05.26 19:187
Sabahın havası onlara pis təsir edə bilər
29.05.26 19:166
ABŞ İran hədəflərinə zərbələr endirdi
26.05.26 09:05123
backend
Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
29.05.26 19:258
Prezidenti onlar da təbrik etdilər
29.05.26 19:237
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
29.05.26 19:216
“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj
29.05.26 19:187
Sabahın havası onlara pis təsir edə bilər
29.05.26 19:166
ABŞ İran hədəflərinə zərbələr endirdi
26.05.26 09:05123

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.