• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
20.10.23 19:09
Siyasət
120

İlham Əliyev Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb


Prezident İlham Əliyev Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları,

Hörmətli xanımlar və cənablar,

Sizi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram. Müxtəlif qitələri təmsil edən 14 ölkə, habelə ədalət uğrunda mübarizə aparan ərazilərin təmsilçilərinin Bakıya toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi və onun aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır.

Bildiyiniz kimi, dörd il öncə, 25 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatı ölkələrinin yekdil dəstəyi ilə Hərəkata sədrliyi qəbul etdi. Bəşəri dəyərlərin təbliğinə xidmət edən Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul edərkən mən prioritetlərimi və fəaliyyətimi tarixi Bandunq prinsipləri üzərində quracağımı bəyan etdim. Bandunq Konfransı zamanı müzakirə edilən məsələlərdən biri də kolonializmə qarşı mübarizə olmuşdur. Həmin Konfrans iştirakçıları qeyd etmişdilər ki, “Xalqların xarici köləliyə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının inkar olunmasıdır, BMT-nin Nizamnaməsinə ziddir və beynəlxalq sülh və əməkdaşlığın təşviqinə maneə törədir. Kolonializm bütün təzahürləri ilə tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir”.

Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyllərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır.

Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur.

XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilmişdir. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqı tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir.

Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilmiş, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.

26 mart 2021-ci ildə tarixçilərdən ibarət “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya” tərəfindən Fransa Prezidentinə təqdim edilmiş “Fransa, Ruanda və Tutsinin soyqırımı (1990-1994)” adlı sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanmışdır.

Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Ancaq Əlcəzair ərazisində 5 milyondan artıq mina basdırılmışdır. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir.

Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə rast gəlmək mümkündür.

Əsrlər keçsə də, təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit və Atlantik okeanlarda dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır.

Fransız Qvianasında sosial vəziyyət getdikcə pisləşir, əhalinin təxminən yarısı yoxsulluq astanasındadır, işsizlik səviyyəsi hər il artır. Burada təbii sərvətlər talan edilir və torpaqların 90%-i Fransa dövlətinin mülkiyyətindədir.

Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir. Yerli əhali gizli və qanunsuz məskunlaşma yolu ilə assimilyasiya edilir. Vaxtilə xlordekon pestisidinin istifadəsi təbii ekosistemləri və əhalini zəhərləyib, yerli sakinlər bu gün də onun onkoloji fəsadlarını yaşayırlar.

Fransa Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımaqdan imtina edir. Qoşulmama Hərəkatı öz sənədlərində Qəmər Adaları İttifaqının Mayot adası üzərindəki danılmaz suverenliyini daima təsdiqləyir.

Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirilir və bu minvalla Yeni Kaledoniya xalqının müstəqil olmaq hüququ əlindən alınır.

Etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa Korsika dilini qadağan edir. BMT bunu ayrı-seçkilik və beynəlxalq hüququn pozulması kimi qiymətləndirmişdir. Riyakar və ikili standartlı siyasət yürüdən Fransa eyni zamanda, regionumuzda milli azlıqların müdafiəçisi kimi özünü təqdim etməyə çalışır.

Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu gün burada təmsil olunan insanların bəziləri müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır. Daxildə bu cür narahatedici və təhlükəli meylilərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir. Sizin 2023-cü ilin 6 iyulunda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısı zamanı, daha sonra 22 sentyabrda Nyu Yorkda BMT Baş Assambleyasının qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir.

Neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca vacibdir. Bu xüsusda, BMT Baş Assambleyasının 4-cü Komitəsinin (siyasi və dekolonizasiya məsələləri) fəaliyyəti daha da canlandırılmalıdır.

Bugünkü konfrans kolonializm, onun fəsadları və neokoloniazlimlə mübarizə ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi üçün əlverişli fürsətdir.

İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər olunmasına, bəşəriyyətin rifahı və gələcək nəsillərə “kolonializmdən azad dünya” miras qoymaq məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm”.

Oxşar Xəbərlər

backend
Prezident Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan tədbirin iştirakçılarına müraciət ünvanlayıb
4.07.23 10:46
Siyasət
backend
İlham Əliyev Beynəlxalq Konqresin iştirakçılarına müraciət ünvanlayıb
20.05.23 16:33
Siyasət
backend
Prezident iki həmkarını təbrik etdi
17.08.23 19:35
Siyasət

XƏBƏR LENTİ

20:25 Sosial ödənişlərin verilməsi bu tarixdə yekunlaşacaq
20:24 Qadın sürücünün qorxulu anları - Evinədək təqib edib əri ilə dalaşdı
20:22 Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
20:20 Nazir rəisin vəzifəsini dəyişdirdi
20:19 Temperatur 8° enəcək, qar yağacaq - Xəbərdarlıq
20:02 8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19:55 Küləklə bağlı - Xəbərdarlıq
19:50 Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
19:46 Nazirliyin e-xidmətlərinə ötən ay 626 min müraciət edilib
19:41 İlk özü idarə olunan uçan taksini sınaqdan keçirdilər
21:47 Gediş kartının balansını belə artırın
21:46 Nazirlikdən qanunsuz yoxlamalarla bağlı - Xəbərdarlıq
21:44 Millimizə İspaniya klubundan oyunçu çağırıldı
21:43 Bu rayonlara qar yağır
21:40 İranda bəzi universitetlər distant təhsilə keçdilər
21:37 Bu ərazidə qaz olmayacaq
21:33 Əsəbiləşib hakimi söydü - Yanlış anlayan arvadı bıçaqladı
21:29 ABŞ daha bir tankeri saxladı
21:25 Yevlaxda kafedə yanğın - 1 nəfər xəsarət aldı
21:22 17 yaşlı oğlan tonqalda yanıq xəsarəti aldı
20:06 İncəsənət əsərlərinə görə ƏDV alınmayacaq
20:05 Qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək
20:04 FHN-də 2 nazir müavininin işdən çıxarılması - Təsdiqləndi
20:03 Prezident bu konvensiya üzrə səlahiyyətli orqanları müəyyən etdi
20:01 Naxçıvanda yüksəkvəzifəli məmur işdən çıxarıldı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sosial ödənişlərin verilməsi bu tarixdə yekunlaşacaq
25.02.26 20:25113
Qadın sürücünün qorxulu anları - Evinədək təqib edib əri ilə dalaşdı
25.02.26 20:24114
Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
25.02.26 20:22114
Nazir rəisin vəzifəsini dəyişdirdi
25.02.26 20:20114
Temperatur 8° enəcək, qar yağacaq - Xəbərdarlıq
25.02.26 20:19113
8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
25.02.26 20:0291
backend
Sosial ödənişlərin verilməsi bu tarixdə yekunlaşacaq
25.02.26 20:25113
Qadın sürücünün qorxulu anları - Evinədək təqib edib əri ilə dalaşdı
25.02.26 20:24114
Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
25.02.26 20:22114
Nazir rəisin vəzifəsini dəyişdirdi
25.02.26 20:20114
Temperatur 8° enəcək, qar yağacaq - Xəbərdarlıq
25.02.26 20:19113
8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
25.02.26 20:0291
backend
Sosial ödənişlərin verilməsi bu tarixdə yekunlaşacaq
25.02.26 20:25113
Qadın sürücünün qorxulu anları - Evinədək təqib edib əri ilə dalaşdı
25.02.26 20:24114
Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib
25.02.26 20:22114
Nazir rəisin vəzifəsini dəyişdirdi
25.02.26 20:20114
Temperatur 8° enəcək, qar yağacaq - Xəbərdarlıq
25.02.26 20:19113
8 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
25.02.26 20:0291

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.