• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
20.05.23 16:33
Siyasət
216

İlham Əliyev Beynəlxalq Konqresin iştirakçılarına müraciət ünvanlayıb







Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli Konqres iştirakçıları!
Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən paytaxtımıza gəlmiş alimləri “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, gələcək fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.
Builki Konqresin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Ulu Öndər ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi və dünya standartları səviyyəsində qurulması işini daim diqqətdə saxlamışdır.
Azərbaycan səhiyyəsinin ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən sahələrindən biri kimi kardiologiya elminin mühüm nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaratmışdır. Nüfuzlu kardioloji mərkəzlərdə gerçəkləşdirilən ən çətin əməliyyatların hazırda yeni nəsil həkimlərimizin fəaliyyəti sayəsində uğurla keçirilməsi qürur hissi doğurur.
Ənənəvi “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus rolu vardır. Bu sahə ilə bağlı geniş fikir mübadiləsinin aparılacağı tədbirinizdə dünyanın mötəbər tibb qurumlarını təmsil edən görkəmli kardioloq alim və cərrahların iştirakı Konqresinizin qazandığı yüksək etimadın göstəricisidir. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual məsələlərinin həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.
Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu Konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, yüksəkixtisaslı kadr hazırlığına, kardiologiyanın, ürək-damar cərrahiyyəsinin və ümumilikdə tibb elminin inkişafına töhfələr verəcəkdir".

Oxşar Xəbərlər

backend
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
11.05.23 17:38
Gündəm

XƏBƏR LENTİ

15:06 Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
15:04 Bu ərazilərdə pensiyalar ödənildi
15:02 Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
14:59 Ölkədə bir şagirdə 1700 manat xərclənir
14:57 22° isti... - Sabahın havası
18:31 Teymur Musayevə yeni vəzifə verildi
18:29 Küləklə bağlı - Xəbərdarlıq
18:27 Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
18:25 Xəstəxana qəzalı vəziyyətdə imiş - Nazirlik məlumat yaydı
18:22 Bu məhsullar bahalaşıb - Siyahı
15:54 Sabah 16° isti olacaq
15:52 Bəzi ərazilərdə qaz və işıq pulunda güzəşt təklif edilib
15:50 Avtomobilin vurduğu piyada 2 gün sonra öldü
15:47 Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı
15:44 Qırmızıbazarda traktor minaya düşdü - Xəsarət alan var
19:12 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
19:04 Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
19:02 Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
18:59 Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
18:37 İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
18:18 Leysan, dolu, qar - Sabahın havası
18:15 Məzuniyyətə çıxmaq məcburi olacaq
18:11 Finlandiyada azərbaycanlı dənizçiyə hökm oxunub
18:09 Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
18:07 Güclü külək əsir
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
13.11.26 15:06154
Bu ərazilərdə pensiyalar ödənildi
13.11.26 15:04140
Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
13.11.26 15:02139
Ölkədə bir şagirdə 1700 manat xərclənir
13.11.26 14:59144
22° isti... - Sabahın havası
13.11.26 14:57144
Teymur Musayevə yeni vəzifə verildi
12.11.26 18:31152
backend
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
13.11.26 15:06154
Bu ərazilərdə pensiyalar ödənildi
13.11.26 15:04140
Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
13.11.26 15:02139
Ölkədə bir şagirdə 1700 manat xərclənir
13.11.26 14:59144
22° isti... - Sabahın havası
13.11.26 14:57144
Teymur Musayevə yeni vəzifə verildi
12.11.26 18:31152

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.