• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
2.05.24 12:07
Siyasət
154

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib - Spiker


Müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq və irəliləmək yolunda dürüst fikir mübadiləsinə başlamaq mümkündür.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zamanı deyib.

S.Qafarova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib.

"Təsadüfi deyil ki, Azərbaycan bu təşəbbüsün həyata keçirilməsində böyük uğur qazanıb. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qrupların evidir. Bu gün cəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur. Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir. 6-cı Forum çərçivəsində keçirilən bugünkü konfrans parlamentlərin mədəniyyətlərarası dialoqa yanaşmasının əhəmiyyətini göstərir. Biz xalqımızın nümayəndələri və parlament üzvləri olaraq, mümkün olan ən yaxşı həllərin tapılmasında iştirak etmək üçün əhəmiyyətli imkanlara sahibik. Və bu gün burada toplanaraq, mövcud müzakirələrə töhfə verməyə çalışırıq”, - deyə o əlavə edib.

Spiker qeyd edib ki, bugünkü konfransın mövzusu mədəniyyətlərarası dialoqun təşviqi üçün xüsusi əhəmiyyət kəsb edir.

“Çünki mədəni irs insanların kimliyini, tarixini, ənənələrini və dəyərlərini təmsil edir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi düzgün institusional və qanunvericilik yanaşmasını və bütün maraqlı tərəflərin bu prosesə fəal cəlb edilməsini tələb edir. Bu mənada, parlamentlərimiz təkcə milli deyil, beynəlxalq səviyyədə də mühüm rol oynayır. O, qarşılıqlı dialoq və səylərin birləşdirilməsinin, ən yaxşı təcrübələrin mübadiləsinin ümumi hədəflərə çatmağa və işimizi daha da zənginləşdirməyə kömək edəcək”, - deyə spiker vurğulayıb.

Milli Məclisin sədri çıxışında həmçinin bildirib ki, yalnız başqasının mədəni irsinə hörmət etməklə öz dəyərlərimizi təbliğ edə və dünyanı inkişaf etdirmək üçün konstruktiv mədəniyyətlərarası dialoqda iştirak edə bilərik. Spiker təəssüflə bildirib ki, mədəni irsin qorunması həll edilməli olan problemlərdən biri olaraq qalır. Bu baxımdan münaqişələr və müharibələr hələ də əsas təhlükədir.

Onun fikrincə, bu sahəni tənzimləyən beynəlxalq konvensiyalara hələ də lazımi qaydada əməl olunmur. Spiker diqqətə çatdırıb ki, 30 il ərzində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı işğal olunmuş ərazilərdə ölkəmizin mədəni irsi üçün fəlakətli nəticələrə səbəb olub. Mədəni irsimizin yüzlərlə obyekti qəsdən məhv edilib, talan olunub, qanunsuz yollarla mənimsənilib və daşınıb. Bu hərəkətlər Ermənistan tərəfindən işğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır.

Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri də həmin ərazilərdə mədəni irsin bərpası və qorunmasıdır. Spiker qeyd edib ki, Azərbaycanın mədəni irsi burada əsrlər boyu yaşamış bütün etnik və dini qrupların irsini təmsil edir. Ölkəmizdə müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar yan-yanadırlar. Bu cür mədəni müxtəliflik cəmiyyətimizin güclü tərəfidir və bu dəyərlərə hörmət dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bütün tarixi və dini abidələrin dövlətin himayəsində olduğunu bildirən Milli Məclisin sədri qeyd edib ki, onların yüzlərlə nümunəsi dövlət maliyyəsi ilə bərpa edilib və qorunub saxlanılıb. Mədəni irsin qorunması sahəsində mövcud olan qanunvericilik bazası haqqında da danışan Milli Məclisin sədri bildirib ki, bu istiqamətdə qanunvericilik işi ölkəmizdə sözügedən məsələyə hərtərəfli yanaşmanın vacib bir tərəfidir.

Parlamentimizin qəbul etdiyi çoxsaylı qanunlar, o cümlədən "Mədəniyyət haqqında" Qanun, "Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında" Qanun, digər qanun və dəyişikliklər bu məsələ ilə bağlı effektiv hüquqi bazanın yaradılması üçün çox vacib olmuşdur. Spiker qeyd edib ki, parlamentimiz mədəni irsin qorunmasının müxtəlif aspektləri üzrə mütəmadi olaraq ictimai dinləmələr keçirir.

Bu cür dinləmələr bizə bütün maraqlı tərəflərlə məsləhətləşməyə və gələcək qanunvericilik proseslərində onların fikirlərini nəzərə almağa imkan verir. Bundan əlavə, parlamentimizin ixtisaslaşmış komitəsinin - Mədəniyyət komitəsinin Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlığı bu sahədə qanunların hazırlanması, qəbul edilməsi və icrası prosesində parlamentin və hökumətin səmərəli əməkdaşlığından xəbər verir.

Spiker Sahibə Qafarova onu da deyib ki, Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır.Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu işə verdiyi böyük töhfələr bəşəriyyətin mədəni irsinin qorunmasına və mədəniyyətlərarası dialoqun təşviqi işinə əvəzsiz dəstəkdir. Milli Məclisin sədri çıxışının sonunda bugünkü tədbirin əhəmiyyətini bir daha vurğulayaraq, müzakirələrin mühüm nəticələr verəcəyinə və birgə səylərə əhəmiyyətli töhfə olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Oxşar Xəbərlər

backend
Mədəni irsin qorunması türk dövlətlərinin birliyindən keçir - TÜRKPA-nın baş katibi
2.05.24 11:57
Gündəm
backend
Mədəni irsin qorumasında parlamentlərin üzərinə böyük vəzifə düşür - Baş katib
2.05.24 11:48
Siyasət
backend
Millətlər və xalqlar arasında dialoqu təşviq etməliyik - Efendus Henderson
1.05.24 14:26
Dünya
backend
BMT rəsmisi Azərbaycana təşəkkür etdi
1.05.24 14:36
Siyasət
backend
Bakıda COP29 çərçivəsinə dini liderlərin sammiti keçiriləcək
10.02.24 19:37
Cəmiyyət
backend
Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
25.03.24 19:43
Siyasət

XƏBƏR LENTİ

18:34 Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
18:30 Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
18:27 Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
18:16 Güclü külək əsəcək - Xəbərdarlıq
18:13 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
18:55 Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
18:44 Sabah hava necə olacaq?
18:40 Bakıda duman var
18:38 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
18:14 Trampdan İsraillə bağlı şok qərar
22:03 3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir
22:01 ABŞ-də yürüş edən gənclər qar fırtınasına düşüb öldü
21:58 Türkiyədə zəlzələ oldu
21:57 Gəncədə korrupsiya əməliyyatı - Həbs olunan var
21:54 Bu ərazilərdə işıq olmayacaq
18:01 Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
17:58 Oktyabrın son günü yağış yağacaq
17:53 Sirkədən zəhərlənən qadın öldü
17:51 Prezident onları təltif etdi - Adlar
17:48 Təyyarəsi 20 saatdan çox havada qaldı
18:21 Vilayət Eyvazov rəislərin qarşısında konkret tələblər qoydu
18:18 Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
18:16 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşdi
18:14 “Çox sayda insanın həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi”
18:11 Məktəblinin sürdüyü motosiklet evə çırpıldı - Hadisə yerində öldü
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
4.11.26 18:34140
Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
4.11.26 18:30139
Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
4.11.26 18:27139
Güclü külək əsəcək - Xəbərdarlıq
4.11.26 18:16116
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
4.11.26 18:13139
backend
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
4.11.26 18:34140
Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
4.11.26 18:30139
Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
4.11.26 18:27139
Güclü külək əsəcək - Xəbərdarlıq
4.11.26 18:16116
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
4.11.26 18:13139
Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
3.11.26 18:55132
backend
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
4.11.26 18:34140
Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
4.11.26 18:30139
Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
4.11.26 18:27139
Güclü külək əsəcək - Xəbərdarlıq
4.11.26 18:16116
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
4.11.26 18:13139
Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
3.11.26 18:55132

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.