• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
13.02.26 19:28
Cəmiyyət
38

Şəxs haqqındakı məlumatın silinməsini hansı halda tələb edə bilər?




Ali Məhkəmə ilk dəfə beynəlxalq təcrübədə istifadə edilən unudulmaq hüququnun izahını verib.

Bu barədə “Qafqazinfo”ya Ali Məhkəmədən məlumat verilib.

Məlumata görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi unudulma hüququnu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ) çərçivəsində tanıyıb. Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum Qərarında bu hüquqla bağlı yeni mühüm mövqelər sərgiləyib.

Unudulmaq hüququ nədir?

Qeyd olunub ki, unudulmaq hüququ - rəqəmsal platformalarda əvəllər yayılmış fiziki və hüquqi şəxsin mənafeyinə mənfi təsir edən ictimaiyyətə açıq məlumatların (mətn, səs, görüntü və s.) sonradan dövlət və ictimai maraq baxımından hər hansı əhəmiyyət kəsb etməməsi və ya aktuallığını itirməsi səbəbilə silinməsini, anonimləşdirilməsini, gizlədilməsini, arxivləşdirilməsini və ya həmin məlumatlara əlçatanlığın məhdudlaşdırılması ilə bağlı digər hərəkətlərin edilməsini tələb etmək hüququnu nəzərdə tutur: “Bəzi məlumatlar (təsvir, səs, yazılı və ya şifahi çıxış mətnləri və sair) dövlət və ictimai mənafe baxımından yayıla bilər, öz aktuallığı ilə cəmiyyətin gündəmində, legitim maraq dairəsində ola bilər. Belə məlumatların yayılması qanunidir, şəxsin razılığının olub-olmaması, özü və ya başqa şəxs tərəfindən yayılmasının heç bir əhəmiyyəti yoxdur. Belə olan halda şəxs neqativ məlumatların onun mənafeyinə mənfi təsir etməsinə baxmayaraq, istədiyi vaxt onların düzəldilməsini, silinməsini tələb edə bilmir.

Ali Məhkəmənin mövqeyinə görə, bu hal sonsuza qədər davam edə bilməz və ictimaiyyətə açıq belə məlumatlar yayıldıqdan sonra müəyyən şərtlər daxilində şəxsin unudulmaq hüququ yarana bilər.



Belə ki, həmin məlumatların yayılmasının üzərindən müəyyən müddət keçdikdən sonra məlumat köhnələrsə, öz aktuallığını itirərsə, artıq dövlət və ictimaiyyət üçün maraqlı olmazsa, şəxs bu barədə tələb irəli sürə bilər. Lakin belə tələblərin təmin olunması üçün məlumat rəqəmsal platformada yayılmış olmalıdır və şəxs məlumatın hələ də onun mənafeyinə zidd olmasını sübuta yetirməlidir.

Məlumatların aktuallığının itirilməsi əvvəllər cəmiyyətin gündəmində olan informasiyanın köhnəlməsi səbəbindən iddianın qaldırıldığı zaman cəmiyyət üçün artıq hər hansı maraq və əhəmiyyət daşımamasıdır.

Belə neqativ məlumatların silinməsini tələb edən şəxslər müxtəlif münasibətlər daxilində (məsələn, iş axtararkən və ya biznes münasibətlərində) özlərinin keçmiş hərəkətləri və ya publik çıxışları ilə ömürlük üz-üzə qalmaq istəmirlər. Lakin tələb irəli sürdükləri halda, mənafelərinə olan neqativ təsiri əsaslandırmalı və sübut etməlidirlər.

Məsələn, tanınmış musiqiçi tərəfindən 2020-ci ildə mediada əri ilə münasibətlərinin xəyanət səbəbilə pozulması barədə verdiyi müsahibənin sonradan uşaqlarının mənafeyi baxımından informasiya resurslarından silinməsinin tələb edilməsi və ya fərdi sahibkarın 2010-cu ildə vergidən yayınması barədə mediada qanunauyğun şəkildə dərc olunmuş və onun işgüzar nüfuzuna mənfi təsir edən məlumatın vergi borcunun ödənildiyinə görə artıq ictimai maraq kəsb etməməsi səbəbindən sonradan informasiya resurlarından silinməsinin tələb edilməsi.

Şəxsin ölümündən sonra onun yaxınının da unudulmaq hüququ yaranır. Bu zaman həmin məlumatın iddiaçı ilə yanaşı, vəfat etmiş şəxsin sağlığında onun mənafeyinə də mənfi təsir etdiyi müəyyən olunmalıdır”.

Bildirilib ki, unudulmaq hüququ yalnız fiziki şəxslərə məxsus olmamaqla, həm də hüquqi şəxslərə aid qeyri-əmlak hüququ sayılır: “Məsələn, hüquqi şəxsin istehsal etdiyi malın qüsurlu olmasına dair mətbuatda 5 il əvvəl yayılmış məlumatın silinməsinin tələb edilməsi.

İddia tələbləri bu məlumatların yerləşdirildiyi operatorlara, o cümlədən onlayn rəqəmsal platformalara, media subyektlərinə qarşı qaldırılmalıdır”.

Oxşar Xəbərlər

backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
Bu halda üzr istənilməsinin tələbi yolverilməzdir
30.01.26 19:17
Cəmiyyət
backend
Mülkiyyətçisinin ailə üzvlərinin istifadə hüququnun mühüm xarakteristikaları - AYSU NƏBİZADƏ YAZIR
8.08.24 20:02
Hadisə
backend
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25.12.25 19:23
Cəmiyyət
backend
Bank lisenziyalarının alınması qaydası dəyişir
5.06.23 13:57
İqtisadiyyat
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm
backend
Müğənni Yaqut Nərimanın qətliylə bağlı şok iddia: “İstintaqa təsir edirlər”
19.10.23 18:43
Hadisə
backend
Azərbaycanda uşaq hüquqları aylığı elan olundu
20.10.23 10:13
Cəmiyyət
backend
İlham Əliyev Fərman imzaladı
12.08.25 19:30
Siyasət
backend
b
11.10.24 20:51
Gündəm
backend
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
3.06.25 20:56
Gündəm
backend
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev
4.01.24 19:43
Siyasət
backend
Şəxsiyyət vəsiqələrimizin forması dəyişir
2.07.25 19:19
Gündəm
backend
Doktorantura yaradılan ali məktəblərin yeni siyahısı təsdiqlənib
31.05.24 18:50
Cəmiyyət

XƏBƏR LENTİ

18:23 Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
18:21 Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
18:19 Bu rayonlara dolu düşəcək - Xəbərdarlıq
18:16 Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
18:14 İlham Əliyev Milli Fəaliyyət Planını təsdiqlədi
18:26 Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
18:20 BƏƏ ilə diplomatik əlaqələri kəsdilər
18:17 1 yaşına çatmadan ölən uşaqların sayı açıqlandı
18:14 Pensiyalar sabah ödəniləcək
18:11 146 zərbə ilə öldürülən Arzunun anası Türkiyəyə getdi - Kürəkəninə ağır cəza tələb etdi
18:22 Prezident nekroloq imzaladı
18:20 Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara qeydiyyat başlayır
18:17 Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub
18:15 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
18:13 Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək
18:55 Bakı dünənki leysanda genişmiqyaslı problemlərlə üzləşmədi
18:53 Xəbəriniz olmadan adınıza rəsmiləşdirilən onlayn kreditlərlə bağlı - Xəbərdarlıq
18:51 Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə etdi
18:50 Pensiyalar bu tarixdə ödəniləcək
18:49 “Şəki yaylası”nda faciə - 2 nəfər öldü
19:35 Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
19:33 Sabah da yağış yağacaq
19:30 Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
19:27 Biri 13, digəri 12 il müddətinə həbs edildi
19:25 Nazirlik əhaliyə yenidən müraciət etdi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
11.09.26 18:233
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
11.09.26 18:213
Bu rayonlara dolu düşəcək - Xəbərdarlıq
11.09.26 18:193
Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
11.09.26 18:164
İlham Əliyev Milli Fəaliyyət Planını təsdiqlədi
11.09.26 18:143
backend
Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
11.09.26 18:233
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
11.09.26 18:213
Bu rayonlara dolu düşəcək - Xəbərdarlıq
11.09.26 18:193
Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
11.09.26 18:164
İlham Əliyev Milli Fəaliyyət Planını təsdiqlədi
11.09.26 18:143
Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
10.09.26 18:26140
backend
Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
11.09.26 18:233
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
11.09.26 18:213
Bu rayonlara dolu düşəcək - Xəbərdarlıq
11.09.26 18:193
Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
11.09.26 18:164
İlham Əliyev Milli Fəaliyyət Planını təsdiqlədi
11.09.26 18:143
Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
10.09.26 18:26140

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.