• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
19.10.23 18:43
Hadisə
219

Müğənni Yaqut Nərimanın qətliylə bağlı şok iddia: “İstintaqa təsir edirlər”


Son günlər ölkədə səs-küyə səbəb olan iki ölüm hadisəsi baş verib. Əvvəlcə müğənni Yaqut Nəriman əri tərəfindən qətlə yetirildi, daha sonra isə tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədli intihar etdi.
Hər iki hadisə yerli telekanallarda yayımlanan sosial verilişlərdə hələ də müzakirə olunmaqda davam edir. Efirə qoşulan ekspertlər müəyyən sirləri açır, qətllə bağlı müəyyən iddialar irəli sürürlər.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əsabəli Mustafayev məhkəmə qərarından öncə təqsirləndirilən şəxslər haqda mətbuatda bu qədər müzakirə aparılmasının doğru olmadığını bildirib:
“Qanunda təqsirsizlik prezumpsiyası adlı məfhum var. Təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılmasını nəzərdə tutan hüquqi prinsipdir.
İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Qorunması haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsində də eynilə qeyd olunur ki, “Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir”. Yalnız məhkəmə hökmü ilə kimsə təqsirli sayıla bilər”.
Onun sözlərinə görə, Yaqut Nərimanın qətli haqda edilən müzakirələr təqsirləndirilən şəxsin ədalətli araşdırma hüququnun pozulmasına gətirib çıxara bilər:
“Yaqut Nərimanın qətlindən sonra mətbuatda gedən materiallara mən də baxıram və hesab edirəm ki, təqsirsizlik prezumpsiyasının pozulması halları var. Çünki istintaq hələ təzə başlayıb, qətlin törədilməsində şübhəli bilinən şəxs haqda həbs qətimkan tədbiri seçilib. Amma artıq mətbuatda şübhəli şəxsin şəxsiyyəti, həyatı barədə çox sayda müzakirələr gedir. Həmin şəxs tənqid olunur, mənfi xüsusiyyətləri açıqlanır. Bunların hamısını istintaqa təsir kimi qiymətləndirmək olar. Çünki mətbuatda olan bu məlumatları müstəntiqlər də, prokuror da oxuyur və ictimai qınağın, ictimaiyyətin təsiri altında təqsirləndirilən şəxs barədə düzgün olmayan qərarlar qəbul edə bilərlər. Bu zaman şəxs barədə ədalətli araşdırma hüququ pozula bilər. Həmin şəxsin vəkilləri bundan istifadə edə bilər. Ona görə də məhkəmə qərar çıxarana qədər bu cür müzakirələrin aparılması düzgün deyil və bu ədalətli araşdırma hüququnun pozulmasına gətirib çıxara bilər”.
Hüquqşünas, tanınmış media eksperti Ələsgər Əhmədoğlu isə hesab edir ki, ictimai əhəmiyyət kəsb edən istənilən məsələ efirdə rahatlıqla müzakirə oluna bilər:
“İctimai əhəmiyyət daşıyan istənilən məsələ efirdə müzakirə oluna bilər. Hələ bu qadın qətli, ailə-məişət zorakılığı zəmnində baş verən cinayətdirsə, bunun müxtəlif aspektləri telekanallarda müzakirə obyekti ola bilər. Amma təbii ki, bu məsələdə müzakirələr zamanı şəxsi həyata hörmət prinsipi qorunmalıdır. Eyni zamanda konkret ictimai aspektdə ümumi ifadə oluna biləcək məsələlər istisna olmaqla, özəl həyatın detalları heç bir halda müzakirə predmeti olmamalıdır. Məsələnin mahiyyəti, cinayətə aparan məqamlar müzakirə edilə bilər.
İnanmıram ki, bu məsələdə istintaqın gedişinə ciddi mane ola biləcək bir şey olsun. Faktiki olaraq cinayət hadisəsi hüquq-mühafizə orqanları tərəfindən yayılıb. Artıq hadisə baş verib və məsuliyyətə cəlb olunan da var. Belə olan halda, istintaqın obyektiv getməsi üçün hər hansı maneə yoxdur”.

Oxşar Xəbərlər

backend
Övladlığa götürmənin dövlət qeydiyyatı qaydası dəyişib
28.07.23 13:12
Gündəm
backend
Psixiatriya Xəstəxanasının sabiq baş həkimi məhkəmədə dindirildi
9.08.23 19:06
Hadisə
backend
16 milyonluq yeyintidə ittiham olunan Ramin İsayev həbs qərarından narazıdır
18.07.23 11:49
Hadisə

XƏBƏR LENTİ

18:36 XİN-də yeni təyinat
18:32 Cümşüdün ölümündə təqsirli bilinən rəisə - Hökm oxundu
18:30 Prezidentlə xanımı Vyetnama getdi
18:28 Küləklə bağlı - Xəbərdarlıq
18:24 Gəncədə maşın ağaca çırpıldı - Xəsarət alan var
19:40 Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
19:38 Almaniyada vətəndaşlığın verilməsi qaydaları sərtləşdirilə bilər
19:35 Özbəkistan vətəndaşı ölkəsinə təhvil verildi
19:33 Qızılın qiyməti kəskin ucuzlaşdı
19:30 Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
18:37 Sükan arxasında meyiti tapıldı
18:35 Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı məsələ ilk oxunuşdan keçdi
18:32 Putinlə ikitərəfli görüş keçirmək istəyir
18:30 Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
18:25 Azərbaycan millisi nəhayət ki, xal qazandı
18:11 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib
18:09 Türkiyədən Ermənistana xüsusi yük reysləri açılıb
18:06 Küləklə bağlı - Xəbərdarlıq
18:04 Yük gəmisində partlayış - 4 Azərbaycan vətəndaşı xilas edildi
15:06 Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
15:04 Bu ərazilərdə pensiyalar ödənildi
15:02 Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
14:59 Ölkədə bir şagirdə 1700 manat xərclənir
14:57 22° isti... - Sabahın havası
18:31 Teymur Musayevə yeni vəzifə verildi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
XİN-də yeni təyinat
19.11.26 18:36134
Cümşüdün ölümündə təqsirli bilinən rəisə - Hökm oxundu
19.11.26 18:32142
Prezidentlə xanımı Vyetnama getdi
19.11.26 18:30143
Küləklə bağlı - Xəbərdarlıq
19.11.26 18:2897
Gəncədə maşın ağaca çırpıldı - Xəsarət alan var
19.11.26 18:24142
backend
XİN-də yeni təyinat
19.11.26 18:36134
Cümşüdün ölümündə təqsirli bilinən rəisə - Hökm oxundu
19.11.26 18:32142
Prezidentlə xanımı Vyetnama getdi
19.11.26 18:30143
Küləklə bağlı - Xəbərdarlıq
19.11.26 18:2897
Gəncədə maşın ağaca çırpıldı - Xəsarət alan var
19.11.26 18:24142
Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
18.11.26 19:40152
backend
XİN-də yeni təyinat
19.11.26 18:36134
Cümşüdün ölümündə təqsirli bilinən rəisə - Hökm oxundu
19.11.26 18:32142
Prezidentlə xanımı Vyetnama getdi
19.11.26 18:30143
Küləklə bağlı - Xəbərdarlıq
19.11.26 18:2897
Gəncədə maşın ağaca çırpıldı - Xəsarət alan var
19.11.26 18:24142
Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
18.11.26 19:40152

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.