• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
10.05.23 10:20
Gündəm
93

Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım etdi







Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə instaqram hesabında paylaşım edib.


Paylaşımda deyilir:

“Heydər Əliyevin nurlu xatirəsinə

10.05.2023. Şuşa.

Əsrarəngiz və bənzərsiz Şuşa.

Ağaclar sıx çətirli, hava təmiz, şəffaf, nəfəs sanki həyatverici eliksir kimidir. Səma son dərəcə mavidir.

Daş döşənmiş dar küçələr. Yerlə-yeksan olmuş evlər, dağıntılar, amma özünəməxsus, doğma görkəmini qoruyub saxlamış dağıntılar.

Ətrafda biçilməmiş sıx otlar. Bəzi yerlərdə al lalələr baş qaldırıb.

Şuşanın sədasını necə təsvir etmək olar? Bəzən bu, tam, lal sükutdur. Quşların səsi, yarpaqların pıçıltısı şəhərin nəfəsidir.

Gəzmək, küçə və döngələr boyu dolanmaq, ağaclara toxunmaq, qədim daşlara sığal çəkərək ovcunla güllələrin izini silmək istəyirsən.

Cıdır düzündə vaxtın necə keçdiyini hiss etmirsən. Ətrafda ancaq ucsuz-bucaqsız dağlar və mavi səma görünür. Otun üzərində uzanasan və bəxtin gətirsə, qartalların səssiz uçuşunu – sanki yavaşıdılmış çəkilişdəki kimi onların nəhəng qanad çalmağını seyr edəsən.

Sehrli Şuşa şəhərində qəlbində olan hisslərini təsvir etmək üçün sözləri necə seçəsən? Fikirlər məni keçmişə aparır...

Ölkə uçurum kənarındadır, işğal olunmuş torpaqlar, xəyanətin qurbanı olmuş Şuşa.

Köçkünlər, köçkünlər, yüz minlərlə köçkün...

Çaşqınlıq, bəla və sonsuz ağrı-acılar. Bax, belə bir vaxtda - 1993-cü ilin payızında Siz – yaşlı, ağır xəstəlik keçirmiş İnsan Azərbaycana rəhbərlik etməyə başladınız. Sanki Siz və ölkə eyni zamanda xəstəliyə düçar olmuşdunuz. Sanki itkilərin, ədalətsizliyin şiddətli ağrısı Sizi yenidən xalqa, xalqı isə Sizə qaytardı.

Sonrası Uca Tanrı tərəfindən yazılmışdır. Sonra bizi ecazkar Şuşa şəhərinə uzun yol gözləyirdi.

Sonra sağalma, dirçəliş, qurub-yaratma. Qürurumuzu özümüzə qaytarma. Zəfər qazanıldı!

Uca Tanrının yazısı Sizin müdrikliyiniz, sarsılmaz, möhkəm iradəniz, Vətəninizə, bizim hər birimizə sonsuz sevginiz sayəsində gerçək oldu.

Gözlərimin önündə sevincli, işıqlı, həyəcanlı xatirələr canlanır. Bu xatirələr mənimlədir, mənimlə olacaq.

Sizin gözləriniz, təbəssümünüz, gülüşünüz və göz yaşlarınız. Danışdığınız əhvalatlar, verdiyiniz məsləhətlər, heç də asan olmayan suallara cavablarınız. Bağışlamaq, sevmək bacarığınız.

Sizin əyilməzliyiniz, iradəniz, öz xalqınıza inamınız – bütün bunlar əbədi olaraq bizimlədir.

Orada - uzaqlarda, səmalarda Siz Şuşanın səsini eşidir və hamımıza öz sevginizi, bizə, Azərbaycana inamınızı göndərirsiniz.

Heç də təsadüfi deyil ki, bu gün Cıdır düzünün səmasında məğrur qartallar qanad çalır.

Sizə sonsuz ehtiramla”.


Oxşar Xəbərlər

backend
Mehriban Əliyeva veteranları təbrik etdi
9.05.23 09:46
Gündəm

XƏBƏR LENTİ

18:23 Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
18:21 Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
18:19 Bu rayonlara dolu düşəcək - Xəbərdarlıq
18:16 Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
18:14 İlham Əliyev Milli Fəaliyyət Planını təsdiqlədi
18:26 Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
18:20 BƏƏ ilə diplomatik əlaqələri kəsdilər
18:17 1 yaşına çatmadan ölən uşaqların sayı açıqlandı
18:14 Pensiyalar sabah ödəniləcək
18:11 146 zərbə ilə öldürülən Arzunun anası Türkiyəyə getdi - Kürəkəninə ağır cəza tələb etdi
18:22 Prezident nekroloq imzaladı
18:20 Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara qeydiyyat başlayır
18:17 Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub
18:15 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
18:13 Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək
18:55 Bakı dünənki leysanda genişmiqyaslı problemlərlə üzləşmədi
18:53 Xəbəriniz olmadan adınıza rəsmiləşdirilən onlayn kreditlərlə bağlı - Xəbərdarlıq
18:51 Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə etdi
18:50 Pensiyalar bu tarixdə ödəniləcək
18:49 “Şəki yaylası”nda faciə - 2 nəfər öldü
19:35 Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
19:33 Sabah da yağış yağacaq
19:30 Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
19:27 Biri 13, digəri 12 il müddətinə həbs edildi
19:25 Nazirlik əhaliyə yenidən müraciət etdi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
11.09.26 18:23146
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
11.09.26 18:2192
Bu rayonlara dolu düşəcək - Xəbərdarlıq
11.09.26 18:19109
Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
11.09.26 18:16115
İlham Əliyev Milli Fəaliyyət Planını təsdiqlədi
11.09.26 18:14140
Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
10.09.26 18:26146
backend
Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
11.09.26 18:23146
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
11.09.26 18:2192
Bu rayonlara dolu düşəcək - Xəbərdarlıq
11.09.26 18:19109
Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
11.09.26 18:16115
İlham Əliyev Milli Fəaliyyət Planını təsdiqlədi
11.09.26 18:14140
Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
10.09.26 18:26146

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.