• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
8.09.26 18:53
Hadisə
162

Xəbəriniz olmadan adınıza rəsmiləşdirilən onlayn kreditlərlə bağlı - Xəbərdarlıq



Ali Məhkəmə vətəndaşın xəbəri olmadan rəsmiləşdirilən onlayn kreditlərlə bağlı hüquqi izah verib.

Məhkəmədən “Qafqazinfo”ya verilən məlumata görə, izahda onlayn kreditdən istifadə zamanı nələrə diqqət edilməli olduğu vurğulanıb, vətəndaşlara tövsiyələr verilib.

Bildirilib ki, son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılıb. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, eyni zamanda yeni hüquqi risklər də meydana çıxarıb: “Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir. Mərkəzi Bankın təsdiq etdiyi qaydalara əsasən, banklar onlayn xidmət göstərərkən gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilərlər.

Son dövrlərdə məhkəmələrdə rast gəlinən mübahisələr göstərir ki, bəzi hallarda üçüncü şəxslər vətəndaşların fərdi məlumatlarını əldə edərək onların adından onlayn kredit rəsmiləşdirir və kredit vəsaitini öz hesablarına köçürürlər.

Təcrübədən görünür ki, bəzən vətəndaşlar özləri mobil telefonlarına göndərilən birdəfəlik təsdiq kodlarını (OTP), bank tətbiqinə giriş məlumatlarını və ya üz tanınması prosesini digər şəxslərlə paylaşırlar. Bu isə onlara qarşı dələduzluq hallarının baş verməsinə şərait yaradır.

Bir çox şəxs hesab edir ki, dələduzluğun qurbanı olduğu üçün kredit borcuna görə heç bir hüquqi məsuliyyət daşımır. Lakin hüquqi baxımdan məsələ bir qədər fərqlidir. Belə ki, vətəndaşlar özləri də fərdi məlumatlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Məsələn, hər bir şəxs FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini, SMS təsdiq kodlarını, bank tətbiqinə giriş məlumatlarını, biometrik məlumatlarını (üz tanınması, barmaq izi və s.) başqalarına təqdim etməməli və onların təhlükəsizliyini təmin etməlidir”.



İzahda vətəndaşlara aşağıdakı tövsiyələr verilib:

- FIN kodunuzu, şəxsiyyət vəsiqənizi və ya onun surətini naməlum şəxslərə verməyin;

- Biometrik məlumatlarınızın təhlükəsizliyini təmin edin;

- SMS təsdiq kodlarını heç kimlə paylaşmayın;

- Telefonunuza gələn bank bildirişlərini daim izləyin;

- Mobil nömrənizi dəyişdikdə bunu banka dərhal bildirin;

- Şübhəli zəng və mesajlara etibar etməyin;

- Bank hesablarınızı mütəmadi yoxlayın;

- Xəbəriniz olmadan adınıza kredit rəsmiləşdirildiyi halda dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət edin.

Vurğulanıb ki, onlayn kredit xidmətləri müasir bankçılığın ayrılmaz hissəsidir. Bu xidmətlər həm banklardan yüksək təhlükəsizlik standartları tələb edir, həm də vətəndaşların fərdi məlumatlarının qorunmasına diqqətli yanaşmasını zəruri edir: “Məhkəmə təcrübəsi göstərir ki, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə bankın davranışını, qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan bütün sübutları birlikdə qiymətləndirir”.

Oxşar Xəbərlər

backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
b
11.10.24 20:51
Gündəm
backend
İlham Əliyev Fərman imzaladı
12.08.25 19:30
Siyasət
backend
Bank lisenziyalarının alınması qaydası dəyişir
5.06.23 13:57
İqtisadiyyat
backend
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
25.08.26 13:46
Hadisə
backend
Elmir Ramazanov QANUNDAN DA ÜSTÜN İMİŞ... - BU DA FAKT!!!
28.08.24 21:19
Hadisə
backend
Səhiyyə Nazirliyi 90 çarpayılıq Şuşa Xəstəxanasının tikintisinə ayırdığı vəsaiti nə qədər şişirdib
15.07.24 21:52
Gündəm / Hadisə
backend
“Məhkəmə Ekspertizası” informasiya sistemi yaradıldı
4.11.25 21:18
Gündəm
backend
Baş nazir bu qaydanı təsdiq etdi
26.12.25 19:34
Siyasət
backend
Ali Məhkəmənin Plenumunun iclası keçirildi
24.01.25 19:05
Gündəm
backend
Azərbaycan banklarının nizamnamə kapitalının həcminə görə renkinqi
30.01.24 20:17
İqtisadiyyat
backend
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev
4.01.24 19:43
Siyasət
backend
Xüsusi notarius Daxil Kərimovun hakimlik iddiası və digər əməlləri
27.05.24 11:59
Siyasət
backend
Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
23.05.24 19:48
Siyasət

XƏBƏR LENTİ

18:51 Şirkət sürücüsü iş başında öldü
18:47 Dünya opera ulduzları bu tamaşaya görə Bakıya gəlir
18:33 Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
18:30 Hörmüzdə qaz tankeri vurulub
18:15 Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
18:11 Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
18:09 Dağlıq ərazilərə qar yağacaq
18:02 Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər
17:58 Cəbrayılda 26 yaşlı çoban minaya düşdü
19:28 Sabahın havası - Yağış, duman, külək...
19:25 Pensiyalar bu tarixdə ödəniləcək
19:23 Ov mövsümü başlayır
19:20 Əliyev Putinə zəng etdi
19:12 84 yaşlı kişi güllə yarasından öldü
19:49 Sabah da yağış yağacaq
19:41 Bu ərazilərdə səhərə qədər su olmayacaq
19:38 Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
19:35 Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
19:32 Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
18:39 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
18:36 Daşkəsən sakini bıçaqlandı - Qayınatası tutuldu
18:34 Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
18:30 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
18:28 Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
19:30 Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Şirkət sürücüsü iş başında öldü
9.10.26 18:51271
Dünya opera ulduzları bu tamaşaya görə Bakıya gəlir
9.10.26 18:47272
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
9.10.26 18:33280
Hörmüzdə qaz tankeri vurulub
9.10.26 18:30270
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
8.10.26 18:15281
Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
8.10.26 18:11275
backend
Şirkət sürücüsü iş başında öldü
9.10.26 18:51271
Dünya opera ulduzları bu tamaşaya görə Bakıya gəlir
9.10.26 18:47272
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
9.10.26 18:33280
Hörmüzdə qaz tankeri vurulub
9.10.26 18:30270
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
8.10.26 18:15281
Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
8.10.26 18:11275

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.