• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
9.09.26 18:22
Siyasət
171

Prezident nekroloq imzaladı



Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, mətndə deyilir:

“Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Aleksandr Yakovleviç Şarovski 2026-cı il sentyabrın 9-da ömrünün 79-cu ilində vəfat etmişdir.

Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili və ədəbiyyatı fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan Aleksandr Şarovski ömrünü teatr sənətinə həsr edərək, 1976-cı ildən etibarən yarım əsrlik bir dövr ərzində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor, rejissor assistenti və quruluşçu rejissor, 1993-cü ildən isə baş rejissor vəzifələrində çalışmışdır.

Azərbaycan səhnə sənətinin əldə etdiyi nailiyyətlərdə Aleksandr Şarovskinin teatrın klassik ənənələrindən və müasir inkişaf təmayüllərindən məharətlə faydalanmış sənətkar kimi böyük xidmətləri vardır. O, teatr səhnəsində özünün təbiiliyi ilə seçilən obrazlar canlandırmışdır. Rejissor kimi zəngin yaradıcılıq axtarışları sayəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi çox sayda tamaşa parlaq səhnə həlli ilə seçilmiş və teatr mühitində rəğbətlə qarşılanmışdır. Bu tamaşalar ölkəmizin hüdudlarından kənarda da mötəbər teatrlarda uğurla nümayiş etdirilmiş və Azərbaycan mədəniyyətinin təbliği işinə töhfə vermişdir.

Aleksandr Şarovski eyni zamanda geniş ictimai fəaliyyəti ilə tanınırdı. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü və Avropa yəhudilərinin Bakı dini icmasının rəhbəri olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ölkəmizdə multikultural dəyərlərin qorunub saxlanılması üçün var qüvvəsini əsirgəməmişdir.

Aleksandr Şarovskinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, “Əməkdar artist” (1987) və “Xalq artisti” (1998) fəxri adlarını almış, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” (2008), “Şərəf” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.

Tanınmış sənətkar və ictimai xadim, səmimi insan Aleksandr Yakovleviç Şarovskinin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Qəbri nurla dolsun!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Ramin Məmmədov

Polad Bülbüloğlu

Anar Rzayev

Hacı İsmayılov

Şəfiqə Məmmədova

Lyudmila Duxovnaya”.

Oxşar Xəbərlər

backend
Prezidentlə xanımına və Heydər Əliyev Fonduna təşəkkür etdi
3.09.26 18:47
Siyasət
backend
Rusiyada Azərbaycan teatrının tamaşaları ləğv olundu
15.07.25 19:33
Mədəniyyət
backend
Nazirlik Xalq artistinin ölümü ilə bağlı məlumat yaydı
9.10.25 19:10
Cəmiyyət
backend
Doktorantura yaradılan ali məktəblərin yeni siyahısı təsdiqlənib
31.05.24 18:50
Cəmiyyət
backend
Ümummilli lider Heydər Əliyevin anım günüdür
12.12.24 12:32
Gündəm
backend
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
27.05.24 20:30
Gündəm
backend
Tələbə olmaq istəyənlər üçün sənəd qəbulu başladı
20.02.25 19:11
Təhsil
backend
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi
27.03.26 19:03
Mədəniyyət
backend
Təhsil Tələbə Krediti Fondu - 5 illik fəaliyyət
17.06.26 20:33
Gündəm
backend
Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
10.05.23 09:50
Gündəm
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
I siniflərə qəbul üçün bu məktəblərə prioritetsiz qəbul aparılacaq - SİYAHI
27.07.23 16:38
Cəmiyyət
backend
Baş nazirdən bu institutlarla bağlı - Qərar
8.10.25 20:29
Gündəm
backend
Vətəndaş Qəbulu Mərkəzində aprel ayında qəbul cədvəli AÇIQLANIB
27.03.24 21:10
Gündəm

XƏBƏR LENTİ

18:51 Şirkət sürücüsü iş başında öldü
18:47 Dünya opera ulduzları bu tamaşaya görə Bakıya gəlir
18:33 Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
18:30 Hörmüzdə qaz tankeri vurulub
18:15 Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
18:11 Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
18:09 Dağlıq ərazilərə qar yağacaq
18:02 Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər
17:58 Cəbrayılda 26 yaşlı çoban minaya düşdü
19:28 Sabahın havası - Yağış, duman, külək...
19:25 Pensiyalar bu tarixdə ödəniləcək
19:23 Ov mövsümü başlayır
19:20 Əliyev Putinə zəng etdi
19:12 84 yaşlı kişi güllə yarasından öldü
19:49 Sabah da yağış yağacaq
19:41 Bu ərazilərdə səhərə qədər su olmayacaq
19:38 Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
19:35 Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
19:32 Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
18:39 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
18:36 Daşkəsən sakini bıçaqlandı - Qayınatası tutuldu
18:34 Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
18:30 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
18:28 Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
19:30 Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Şirkət sürücüsü iş başında öldü
9.10.26 18:51271
Dünya opera ulduzları bu tamaşaya görə Bakıya gəlir
9.10.26 18:47272
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
9.10.26 18:33280
Hörmüzdə qaz tankeri vurulub
9.10.26 18:30270
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
8.10.26 18:15281
Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
8.10.26 18:11275
backend
Şirkət sürücüsü iş başında öldü
9.10.26 18:51271
Dünya opera ulduzları bu tamaşaya görə Bakıya gəlir
9.10.26 18:47272
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
9.10.26 18:33280
Hörmüzdə qaz tankeri vurulub
9.10.26 18:30270
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
8.10.26 18:15281
Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
8.10.26 18:11275

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.