• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
20.09.24 19:37
Dünya
148

“Ağ Ev bu təşvişini istəsə də, gizlədə bilmir”





İkili standartlar və siyasi riyakarlıq ABŞ Dövlət Departamentinin əsas xüsusiyyətlərindən birinə çevrilir.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, beynəlxalq müstəvidə proseslərə ikili yanaşma, ədalət prinsiplərindən uzaqlaşma son illər özünü daha qabarıq göstərir. ABŞ üzərinə götürdüyü öhdəliklərə nəinki əməl etmir, hətta BMT Nizamnaməsinin və digər beynəlxalq hüququn normalarının, eləcə də beynəlxalq təhlükəsizlik mexanizmlərinin gözdən salınması üçün əlindən gələni əsirgəmir.

Bu sırada ABŞ Dövlət Departamenti xüsusilə seçilib. Nəzarət etdiyi qurumlarla dövlətlərin daxili işlərinə qarışır, qarışıqlıq yaradır, sabitliyə qarşı çıxır, ölkələr arasında fərq qoyur, proseslərə ikili yanaşma sərgiləyir.

Dövlət Departamenti azərbaycanlı jurnalistin regionda Ermənistanın hərbləşdirilməsi siyasətinin, ATƏT-in keçmiş Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsinin və ABŞ və Avropa İttifaqının artan hərbi dəstəyinin Azərbaycanla Ermənistan arasında davam edən sülh sazişi danışıqlarına təsiri, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi ilə bağlı sorğusuna cavabını da bu qəbildən saymaq olar. Bu cavabı qərəzin və rəzilliyin pik həddi saymaq olar.

ABŞ otuz ilə yaxın ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması ilə məşğul olsa da, əslində, erməni lobbisinin maraqlarından çıxış edib. Münaqişənin dondurulmasına çalışıb və proseslərin belə qalmasında maraqlı olduğunu ortaya qoyub. Bu proses Qarabağ işğaldan azad olduqdan sonra da davam edib. Ermənistanı silahlandırması da bu qəbildəndir. İndi də azərbaycanlı jurnalistin sorğusuna cavab olaraq bildirilib ki, “ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir”.

ABŞ-nin Ermənistana yardımları artırmasına gəldikdə, qeyd edilib ki, bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyata inteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir. Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın və Ermənistanın regionda təhlükəsizliyi və tərəqqini təmin edəcəyinə inanır, davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir: “Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir”.

Xatırladaq ki, Azərbaycan mediasında bundan əvvəl dərc olunan məlumatlarda ABŞ-nin Ermənistana silah verməsi foto və konkret marşrutlarla sübuta yetirilib. Amerikalı hərbçilər artıq Ermənistanda da yerləşiblər. Nə adla? Yəqin ki, sülhü təmin etmək üçün deyil.

ABŞ tərəfinin açıqlaması ziddiyyətlidir. Departamentin cavabından belə çıxır ki, ermənilərə xüsusi üstünlük verilir. Onlar kimlə istəyirlər dostluq edə bilərlər. Həm onlarla, həm də ruslarla əməkdaşlıq edə, silah tədarükü belə həyata keçirə bilərlər. Bəs başqası belə edəndə niyə ona qarşı çıxır, təzyiqlərlə hədələyirlər? Ortada Gürcüstan nümunəsi var. Uzun müddətdir Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur edilir. Amma Ermənistanın Rusiyaya qarşı Qərbin özünün sanksiyalarını pozmasına da, hərbi əməkdaşlığa da göz yumulur.

ABŞ-nin bu yanaşması bu ölkənin proseslərə qərəzli və ikili yanaşmanın təzahürü kimi qiymətləndirilməlidir.

Bir daha təsdiq olunur ki, ABŞ regionda gərginliyin qalmasında maraqlıdır. Rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına çalışmaqdansa, revanşizmə, qərəzə və riyakarlığa üstünlük verir. Məsələn, avqustun əvvəllərində ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin İrəvanın "Zvartnots" hava limanına enişi heç bir halda Cənubi Qafqazla bağlı xoş niyyətdən xəbər vermir. Bu barədə ilk məlumatı yayan "Caliber.az" analitik-informasiya portalının yazdığına görə, təyyarələrdə Ermənistana hərbi yük və ABŞ ordusunun şəxsi heyəti göndərilib. Sosial şəbəkələrdə bunun görüntüləri də yayılıb.

Qeyd edək ki, hərbi yük əsasən snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, xüsusi təyinatlılar üçün zirehli gödəkcələr, hücum mini-dronları, kiçikölçülü minalar və ABŞ ordusunda istifadə olunan digər döyüş sursatlarından ibarətdir. Ermənistana göndərilmiş şəxsi heyət isə əksəriyyəti ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşıdır. Onlar Ermənistan ordusunun hərbi geyimi ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdiriliblər.

İkili yanaşmanın əsas səbəbi, şübhəsiz ki, erməni lobbisindan qaynaqlanır. Məhz lobbi hər vəchlə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına qarşı çıxır, revanşist qüvvələri yeni hərbi qarşıdurmaya cəlb etməyə çalışır. Halbuki bu gün regionda yeni reallıq yaranıb. Bu reallıq Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasını nəzərdə tutur.

Proseslərin inkişafı göstərir ki, ikitərəfli təmaslar, xüsusilə Azərbaycanın səyləri nəticəsində bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Amma bu, Vaşinqtonu narahat edir. ABŞ-nin bu narahatlığı isə aydın görünür. Ağ Ev bu təşvişini istəsə də, gizlədə bilmir.

ABŞ-nin hədəfi bəllidir: Ermənistanı silahlandırmaqla onu Rusiyaya qarşı yönəltmək. Silahla təchizatın gücləndirilməsi Ermənistanda Ukrayna ssenarisinin həyata keçirilməsinə yönəlib. Bir sözlə, Ermənistan hərbi poliqona çevrilməkdədir.

Oxşar Xəbərlər

backend
“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır”
18.09.24 17:45
Siyasət
backend
Türkiyə və Azərbaycana qarşı mənfi ikili standart münasibətlərindən ən böyük zərəri Avropa görəcək - Muhtar Fatih Beydili
24.01.24 22:40
Dünya
backend
Bakı Təşəbbüs Qrupu beynəlxalq qurumlara rəsmi məktub ünvanladı
6.09.24 19:42
Gündəm
backend
Lukaşenko onlarla bağlı fərman imzaladı
9.09.24 20:39
Dünya
backend
Sahibə Qafarova Ermənistana çağırış etdi
22.02.24 10:54
Siyasət
backend
Qərbi Azərbaycan İcması: "Belçikanın XİN başçısının İrəvandakı fikirləri qərəzlidir"
23.08.23 08:47
Siyasət

XƏBƏR LENTİ

19:15 Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb
19:11 Ödənişli yolda yük maşını aşdı - Ölən var
19:09 423 reys təxirə salındı - Moskva hava limanları hazırda
19:07 Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
19:04 Yeni marşrut xətti istifadəyə verilir
19:04 Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
19:01 Pezeşkian Ermənistana gedir
18:59 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
18:57 8 marşrutun hərəkət istiqaməti dəyişdirilir
18:55 Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
18:52 Dağıstanın yeni rəhbəri o oldu
19:35 İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
19:31 Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü bilgehde-suretle-hereket-eden-avtomobil-asdi
19:27 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
19:22 Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
18:58 İran ABŞ ilə dəhşətli müharibəyə hazırlaşır - KİV
21:00 XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
20:51 Tacikistanda zəlzələ oldu
20:45 Rusiyada yapon jurnalist həbs olundu - Casusluqda ittiham olunur
20:36 Millimiz Qazaxıstana yollandı
18:37 Arvadını öldürən şəxs mirasdan məhrum edildi
18:12 Pensiya artımları ilə bağlı - Açıqlama
18:10 Qonşusunu təhdid edən şəxs həbs olundu
18:07 Tələbə otaq yoldaşını bıçaqladı
18:05 Mərkəzinin baş həkimi işdən çıxarıldı nardaran-saglamliq-merkezinin-bas-hekimi-isden-cixarildi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb
16.10.26 19:15147
Ödənişli yolda yük maşını aşdı - Ölən var
16.10.26 19:1129
423 reys təxirə salındı - Moskva hava limanları hazırda
16.10.26 19:095
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
16.10.26 19:076
Yeni marşrut xətti istifadəyə verilir
16.10.26 19:046
backend
Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb
16.10.26 19:15147
Ödənişli yolda yük maşını aşdı - Ölən var
16.10.26 19:1129
423 reys təxirə salındı - Moskva hava limanları hazırda
16.10.26 19:095
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
16.10.26 19:076
Yeni marşrut xətti istifadəyə verilir
16.10.26 19:046
Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
15.10.26 19:04143
backend
Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb
16.10.26 19:15147
Ödənişli yolda yük maşını aşdı - Ölən var
16.10.26 19:1129
423 reys təxirə salındı - Moskva hava limanları hazırda
16.10.26 19:095
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
16.10.26 19:076
Yeni marşrut xətti istifadəyə verilir
16.10.26 19:046
Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
15.10.26 19:04143

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.