• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
18.09.24 17:45
Siyasət
78

“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır”





“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır”.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: “İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistandır, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur”.

H.Hacıyevin sözlərinə görə, Azərbaycana və Ermənistana yanaşma eyni miqyasda deyil: “İşğal dövründə də heç kim Ermənistanı işğala son qoymağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam etməkdədir”.

H.Hacıyev əlavə edib ki, sülh müqaviləsinə nail olmaq üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilməli və erməni xalqı da öz mövqeyini bildirməlidir:

“Erməni xalqı Qarabağın Ermənistana birləşdirilməsi kimi utopik iddialarına son qoyduğunu, Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusional əsasda ifadə etməlidir.

Bundan sonra proses irəliyə doğru daha da sürətli şəkildə gedə bilər. Sülh müqaviləsinin mətni üzrə Ermənistanın təklifləri bu yaxınlarda Azərbaycan tərəfinə təqdim olunub və həmin təkliflərin göndərilməsi 70 gündən çox vaxt alıb. Bu, çox böyük bir vaxtdır. Ermənistan əgər sülh müqaviləsinin irəli aparılmasında ciddidirsə və bu məsələdə maraqlıdırsa, 70 gün ərzində cavab göndərilməsi özlüyündə sual doğurur”.

Prezidentin köməkçisi vurğulayıb ki, sülh müqaviləsinin əksər hissələri üzrə müəyyən razılıqlar var, amma hələ də görülməli işlər var: "Bu ilk növbədə Ermənistan Konstitusiyası ilə bağlı olan məsələlərdir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Azərbaycana qarşı ərazi iddialarının olması Azərbaycanı narahat edən bir məsələdir. Sülh müqavilələri, adətən, təkcə hansısa hökumətlə yox, eyni zamanda xalqla da imzalanır. Gözləntimiz ondan ibarətdir ki, sülh müqaviləsinə nail olmaq üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilsin və erməni xalqı da öz mövqeyini bildirsin".

H.Hacıyev, həmçinin bildirib ki, Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər:

“Belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır. Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar bigə mövqe nümayiş etdirməsini təklif edib. Amma Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. Azərbaycan tərəfindən bu etimad yaradan bir məsələ deyil”.

Oxşar Xəbərlər

backend
Hikmət Hacıyev: “Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir”
27.09.23 08:05
Siyasət
backend
Azərbaycan və İran ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasının vacibliyini vurğulayıblar
16.03.24 20:03
Siyasət
backend
Hikmət Hacıyev Qazaxıstan səfiri ilə görüşdü
5.10.23 19:55
Siyasət
backend
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlandı
25.04.24 19:47
Cəmiyyət
backend
Vətəndaş Qəbulu Mərkəzində aprel ayında qəbul cədvəli AÇIQLANIB
27.03.24 21:10
Gündəm
backend
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində fevralda vətəndaşların qəbulu CƏDVƏLİ
26.01.24 19:58
Cəmiyyət
backend
"Silahı yerə qoyan hərbçilər azaddırlar" - Prezidentin köməkçisi
22.09.23 18:55
Gündəm
backend
ABŞ Ermənistana 11,5 milyonluq humanitar yardım ayırdı
26.09.23 18:56
Dünya
backend
PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
25.08.23 18:48
Gündəm
backend
"BMT TŞ-nin Qarabağla bağlı iclasına ehtiyac yoxdur" - Hikmət Hacıyev
20.09.23 18:53
Siyasət
backend
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü
29.01.24 19:58
Siyasət

XƏBƏR LENTİ

20:36 4 ayda neçə nəfər ölüb?
20:34 Quzularını qurda tapşırsa, heç belə olmazdı - 700 minlik yeyinti...
20:32 “Qarabağ” “Zirə” ilə qarşılaşacaq
20:31 Abşeron Xəstəxanasında niyə KT cihazı yoxdur?
20:30 Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
20:26 İran və ABŞ arasında birbaşa danışıqlar başlayır
20:23 60 yaşlı kişi kanalda batdı
20:19 Livanın cənubunda hərbi əməliyyatlar davam edir
20:16 “Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:12 Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:33 Təhsil Tələbə Krediti Fondu - 5 illik fəaliyyət
20:31 İngiltərə Xorvatiyaya qarşı
20:14 16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
20:12 “O, müharibəni dayandırmaq istəmir”
20:10 Beynəlxalq olimpiadadan 4 bürünc medalla qayıtdılar
20:06 Köçəryanın toxunulmazlığı ləğv edildi - Cinayət işi açılacaq
20:02 Putinlə bağlı suala cavab vermək istəmədi
19:59 550 nəfəri buna görə işdən çıxaracaqlar
19:28 44 yaşlı usta emalatxanada öldü
19:26 Rasim İldırım və Zaur Mirzə-Zadə həbs edildi
19:25 Tovuzda göldə batan var
19:24 Rayonlarda pensiyalar bu tarixdə veriləcək
19:23 Prezident Rob Jettenlə telefonla danışdı
18:53 Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - Detallar
18:52 Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
4 ayda neçə nəfər ölüb?
18.06.26 20:36140
Quzularını qurda tapşırsa, heç belə olmazdı - 700 minlik yeyinti...
18.06.26 20:34141
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
18.06.26 20:3279
Abşeron Xəstəxanasında niyə KT cihazı yoxdur?
18.06.26 20:31141
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
18.06.26 20:3071
İran və ABŞ arasında birbaşa danışıqlar başlayır
18.06.26 20:26141
backend
4 ayda neçə nəfər ölüb?
18.06.26 20:36140
Quzularını qurda tapşırsa, heç belə olmazdı - 700 minlik yeyinti...
18.06.26 20:34141
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
18.06.26 20:3279
Abşeron Xəstəxanasında niyə KT cihazı yoxdur?
18.06.26 20:31141
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
18.06.26 20:3071
İran və ABŞ arasında birbaşa danışıqlar başlayır
18.06.26 20:26141
backend
4 ayda neçə nəfər ölüb?
18.06.26 20:36140
Quzularını qurda tapşırsa, heç belə olmazdı - 700 minlik yeyinti...
18.06.26 20:34141
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
18.06.26 20:3279
Abşeron Xəstəxanasında niyə KT cihazı yoxdur?
18.06.26 20:31141
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
18.06.26 20:3071
İran və ABŞ arasında birbaşa danışıqlar başlayır
18.06.26 20:26141

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.