• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
24.01.24 22:40
Dünya
124

Türkiyə və Azərbaycana qarşı mənfi ikili standart münasibətlərindən ən böyük zərəri Avropa görəcək - Muhtar Fatih Beydili



Avropanın İslam dünyası ilə birbaşa əlaqə saxlaya bildiyi ölkələr olan Türkiyə və Azərbaycanla əməkdaşlığı artırması tarixi və strateji əhəmiyyət kəsb edir, çünki Türkiyə ilə Azərbaycan Avropa və ya Qərb ilə İslam dünyası arasında əlaqəni təmin edən ən mühüm körpülərdən biridir. Avropa Şurasının üzvü olan bu iki ölkə İslam ölkələrinin həm nümunə kimi gördüyü dövlətlər, həm də Avropanın bütün dünya ilə dialoq qurmasına vasitəçi ölkələrdir. Bu baxımdan, son zamanlar Türkiyə və Azərbaycana qarşı mənfi ikili standart münasibətlərindən ən böyük zərəri Avropa görəcək.

Bunu Trend-ə açıqlamasında Türkmən Həkimlər Dərnəyinin sədri Prof.Dr. Muhtar Fatih Beydili deyib.

Onun sözlərinə görə, Avropa Şurasının əsas prinsiplərindən biri və ən mühümü odur ki, üzv ölkə heç vaxt başqa bir üzv ölkənin ərazisini işğal edə bilməz.

"Hadisələrə buradan nəzər salsaq, Avropa Şurasına üzv ölkə olan Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb və Şura bu məsələdə ikili standart siyasətindən istifadə edib, qərarlarını yerinə yetirməyib. Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyon azərbaycanlının hüquqları tapdalanıb. Krımın işğalından sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edən Avropa Qarabağı işğal edən Ermənistana qarşı 30 il susmağı üstün tutsa da, Azərbaycan Ordusu 44 günlük müharibədə bu torpaqları işğalçı Ermənistandan azad edib. Odur ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Türkiyə və Azərbaycanofobiya,həmçinin, islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti bildirişə qədər AŞPA-dakı əməkdaşlığını və mövcudluğunu bitirmək qərarına gəlib.

Bir vaxtlar Türkiyə qonşu Suriyadan gələn minlərlə suriyalı türkmən və digər ərəb qaçqınlarına Müvəqqəti Mühafizə Statusu vermiş, Avropa ölkələri isə bu qaçqınların dəniz və quru yolu ilə öz torpaqlarına çatmasından narahat olduqlarını bildirmişdi. Sonda 2016-cı ildə Türkiyə ilə hərtərəfli readmissiya sazişi imzalandı. 2015-ci ildən bəri bir milyondan çox suriyalı qaçqın Yunanıstan və Balkan ölkələri vasitəsilə Avropaya çatıb. Bu baxımdan, Ukrayna böhranı Aİ-dən qaçqın siyasətini yenidən düşünməyi tələb edir. Bu, cəmiyyətin daha humanist, daha ədalətli, daha əhatəli və daha davamlı olması üçün tədbirlər görmək imkanıdır. Qaçqın siyasətində ikili standartların qorunub saxlanılması və konkret vəziyyətə əsaslanan addımların atılması bu fürsəti əldən vermək deməkdir. Bütün bunlar sadəcə, Avropanın İkili Standartlarıdır!", - deyə o, əlavə edib.

Qeyd edək ki, AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti xəbərdarlığa qədər AŞPA-da qarşılıqlı əlaqəni və fəaliyyətini dayandırmaq qərarına gəlib.

Oxşar Xəbərlər

backend
Prezident İlham Əliyev misilsiz formada Azərbaycan xalqını bir araya gətirdi - Nil Vatson
23.01.24 21:49
Gündəm
backend
Avropa İttifaqı-Çin sammitinin vaxtı məlum oldu
11.11.23 09:56
Dünya
backend
Zəngəzura aparan yol: İğdır-Naxçıvan qaz kəməri reallaşdı
25.09.23 20:44
Gündəm
backend
Qurani-Kərimin yandırılması: Hitler və Stalinin xatırlanması zərurəti
2.08.23 17:22
Hadisə

XƏBƏR LENTİ

19:30 Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
19:27 Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
19:04 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
18:34 Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
16:45 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
18:35 Temperatur 10° enəcək - Xəbərdarlıq
18:33 Türkiyədə Soma mədənində çökmə, 2 nəfər xilas edildi
18:29 Güclü külək əsəcək - Xəbərdarlıq
18:26 Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:23 Fransada məktəbli üsyanı ölkəni cənginə aldı - Nəqliyyat dayandı
19:15 Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı
19:11 Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü Sazişi təsdiqləndi quba-xezeryani-uzre-hasilatin-pay-bolgusu-sazisi-tesdiqlendi
19:07 Peşə məktəbinin söküləcəyi iddiaları ilə bağlı - Açıqlama
19:03 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
18:59 Küləkli hava ilə bağlı - Xəbərdarlıq
18:53 Bu küçələr təmirə bağlanır - Saat 21:00-dan
18:50 Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
18:47 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü
18:44 Bakıda qadın öldürüldü - Əri saxlanıldı
18:26 Lənkəranda zəlzələ oldu
18:32 Küləklə bağlı - Xəbərdarlıq
18:30 Britaniyada da dizelin qiyməti tarixi maksimuma çatdı
18:27 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
18:25 Bakıdan Naxçıvana reyslər təxirə salındı
18:22 Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30149
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27142
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04131
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34149
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45152
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35141
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30149
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27142
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04131
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34149
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45152
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35141

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.