• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
11.06.25 19:14
Cəmiyyət
238

Xankəndidəki sahibkarın iddiası ilə bağlı - Rəsmi açıqlama



Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi Xankəndidə yerləşən “Xan Araz” restoranını icarə hüququ ilə istifadəyə götürmüş vətəndaş Salmanov Səfər Vəliyəddin oğlunun iddialarına münasibət bildirib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xüsusi nümayəndəliyin açıqlamasını təqdim edir:

“Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin təmin edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işləri, doğma yurdlarına dönən vətəndaşlarımızın məskunlaşmaları, onların sosial qayğılarının qarşılanması istiqamətində ardıcıl tədbirlər uğurla davam etdirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, orada fəaliyyət göstərən dövlət orqanlarının yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsinin təşkili istiqamətində üzərinə düşən vəzifələri icra edir.

Azərbaycan mediası bu ərazilərdə görülən işləri, dövlət orqanlarının fəaliyyətini hərtərəfli və geniş işıqlandırır, bununla da ölkə ictimaiyyətinin obyektiv məlumatlandırılması ilə bağlı üzərinə düşən vəzifəni peşəkar şəkildə icra edir.

Təəssüf ki, “Reaksiya TV” yutub kanalı kimi informasiya vasitələri yanlış məlumat əsasında, heç bir araşdırma aparmadan, qərəzli materiallar yayaraq ictimaiyyətdə dövlətimiz tərəfindən aparılan bərpa-quruculuq, eləcə də sosial-iqtisadi inkişaf layihələri barədə yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Xankəndi şəhərində yerləşən “Xan Araz” restoranını icarə hüququ ilə istifadəyə götürmüş vətəndaş Salmanov Səfər Vəliyəddin oğlunun yalan iddialarının səsləndirilməsi və həm aparıcı, həm də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu tərəfindən qərəzli şəkildə şərh edilməsi də bu qəbildəndir.

Vətəndaşın müraciətində səsləndirilmiş iddialara cavab olaraq bildiririk ki, “Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə dövlət əmlaklarının istifadəsi ilə bağlı yaradılmış Təşkilat Komissiyası”na daxil olan çoxsaylı müraciətlərin araşdırılması, qaliblərin meyarlar üzrə seçilməsi və müsabiqənin keçirilməsi prosesi müəyyən zaman tələb edir. Vətəndaş Səfər Salmanov isə həmin prosedurları keçmədən qısa zamanda qalib edilməsi tələbində olub.

Müsabiqənin qalibi olduqdan sonra 2024-cü il aprelin 25-də Əmlak Məsələləri Dövlət Xidməti yanında “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə Səfər Salmanov arasında icarə müqaviləsi bağlanan zaman Xankəndi şəhərində yerləşən qeyri-yaşayış obyektləri üzrə icarəhaqlarının qiymətləri və formalaşma meyarları mövcud olmayıb. İcarəhaqları qiymətləri 2024-cü ilin aprelində yaradılmış “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının 2024-cü il 20 avqust tarixli qərarı ilə təsdiq edilib. Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında qeyri-yaşayış obyektləri üzrə icarəhaqları bu qiymətlər əsasında və heç bir ayrı-seçkilik edilmədən tətbiq olunur.

“Xan Araz” restoranı ilə bağlı da eyni qaydalar tətbiq edilib və vətəndaşa obyekt üçün icarəhaqqının yeni qaydalar üzrə hesablanması təklif olunub. Yeni icarəhaqqı məbləği vətəndaşın iddia etdiyi kimi 68 dəfə deyil, 64% artım nəzərdə tutur. Lakin sahibkar tərəfindən müqavilənin imzalanmasından əsassız olaraq imtina edilir və obyekt faktiki olaraq qeyri-qanuni fəaliyyət göstərir.

Bundan başqa, vətəndaş tərəfindən şəhərsalma və memarlıq normaları gözlənilmədən, müvafiq qurumlarla rəsmi razılıq əldə edilmədən qeyri qanuni tikinti - manqalxana inşasına cəhd edilib, ona qanunvericiliyin tələbləri izah edilməklə müvafiq qurumların iştirakı ilə tikinti işləri dayandırılıb. Həmçinin, vətəndaş tərəfindən guya obyektə 200 min manat dəyərində investisiya qoyulması faktı da öz təsdiqini tapmayıb. İlk növbədə o, müvafiq sənədləri təqdim edə bilməyib, digər tərəfdən isə obyekt ona təhvil verilərkən aparılmış foto və video çəkilişlərlə faktiki vəziyyət müqayisə edilib, iddia edilən investisiya məbləğinin dəfələrlə şişirdilməsi məlum olub.

Təəssüf doğuran digər hal isə tez-tez “Reaksiya TV”nin efirində qonaq olan ADP sədri Sərdar Cəlaloğlunun reallıqla heç bir araya sığmayan, hətta savadsız və bəsit mülahizələrlə çıxış etməsidir. Görünür, o, vaxtilə torpaqlarımızın itirilməsinə səbəb olan AXC-Müsavat hakimiyyətinin xəyanətkar siyasətini, o dövrdəki özbaşınalığı, anarxiyanı, silahlı dəstələrin hökmranlığını, işğalçılarla yanacaq alverini, rüşvət və korrupsiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyini, insanların çörəklə sınağa çəkildiyini və bu kimi digər çoxsaylı halları unudub və ya kimsənin xatırlamadığını düşünür. Yəqin ki, S.Cəlaloğlu işğaldan azad olunmuş ərazilərin bərpasının Dövlət Proqramı əsasında həyata keçirildiyini bilmir və buna görə də orada özbaşınalığı təşviq edir. Onun dövlətin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən və güzəştlərdən xəbəri belə yoxdur.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediliblər. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri və s. tərəfindən ödənilən sosial sığorta haqlarının 2023-cü il yanvarın 1-dən 10 il müddətində 100% həcmində dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur. Həmin tarixdən işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı göstərilir.

Dövlətin təşviq mexanizmləri və aparılan işlər nəticəsində ərazi üzrə ümumilikdə 474 obyektin icarəyə verilməsi təmin edilib, bunlardan 299-u fəaliyyətə başlayıb. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 45.5 milyon manata yaxın investisiya qoyuluşu həyata keçirilib. Fəaliyyətə başlamış obyektlər üzrə 1900-ə yaxın şəxs işlə təmin olunub. Digər obyektlər fəaliyyətə başladığında iş yerlərinin sayı 5 mindən çox olacaq. Ərazidə dövlət və özəl qurumlarda çalışan, eləcə də öz yurdlarına köç etmiş 13 mindən artıq şəxsin məskunlaşması təmin edilib.

Göründüyü kimi dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün yuxarıda qeyd edilən, eləcə də digər effektiv təşviq mexanizmi tətbiq olunur. Bütün bunların müqabilində sahibkarlardan ölkə qanunvericiliyinə ciddi əməl etməklə fəaliyyət göstərmələri tələb olunur. Rəqabət mühitini pozan tələblərin, özləri üçün əlahiddə imtiyaz və digər sahibkarlara ayrı-seçkilik yaradacaq şərtlərin irəli sürülməsi qəbuledilməzdir. Təəssüf ki, bütün yaradılan əlverişli şəraitin müqabilində bəzi sahibkarlar tərəfindən bu cür əsassız tələblər irəli sürülür, tələblərə nail olunmadıqda isə şər və böhtan xarakterli məlumatların tirajlanmasına cəhdlər göstərilir.

Qarşı tərəfin rəyini öyrənmədən, birtərəfli qaydada, qanunvericiliyin və “Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə zidd olaraq “Reaksiya TV”nin efirində səsləndirilən fikirləri savadsız və qərəzli iddialar, bütünlükdə verilişi isə ictimaiyyətin çaşdırılması məqsədi güdən məzhəkə adlamdırmamaq mümkün deyil”.

Oxşar Xəbərlər

backend
Prezident Əlaqələndirmə Qərargahının tərkibində dəyişiklik etdi
16.12.24 17:49
Gündəm
backend
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlandı
25.04.24 19:47
Cəmiyyət
backend
Vətəndaş Qəbulu Mərkəzində aprel ayında qəbul cədvəli AÇIQLANIB
27.03.24 21:10
Gündəm
backend
İlham Əliyev azad olunmuş ərazilərlə bağlı SƏRƏNCAM imzaladı
31.07.23 18:20
Gündəm
backend
Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
29.05.24 20:20
Cəmiyyət
backend
Bu gün Laçın şəhəri günüdür
26.08.23 16:58
Gündəm
backend
Azad edilmiş ərazilərdə bu yollar yenidən qurulacaq
31.01.24 20:23
Gündəm
backend
Prezident Xankəndidə yüngül sənaye müəssisəsinin yaradılmasından danışdı
23.08.24 17:06
İqtisadiyyat
backend
Ombudsman Xocalıda daha bir kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirib
23.02.24 20:40
Gündəm
backend
Azərbaycanda uşaq hüquqları aylığı elan olundu
20.10.23 10:13
Cəmiyyət
backend
Azad edilmiş bu ərazilərə də maşınımızla gedə biləcəyik - Siyahı
14.05.25 19:04
Gündəm
backend
Lənkəran şəhər 1№-li notariat ofisinin xüsusi notariusu Səfər İsmayılov: İlham Əliyev alternativsiz namizədimizdir
24.12.23 11:21
---
backend
Sabah Xankəndidə Zəfər paradı keçiriləcək
7.11.23 11:23
Gündəm
backend
Ağdamlılar doğma yurda bu tarixdə köçəcək
19.10.23 13:09
Cəmiyyət
backend
Laçının daha 40 sakini doğma yurduna qayıdır
14.11.23 11:50
Cəmiyyət

XƏBƏR LENTİ

20:57 Dilənçiliklə məşğul olanlar cərimələnəcək
20:56 Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
20:54 22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
20:53 Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
20:51 Çin ABŞ və İrana müraciət etdi
20:50 19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
20:47 “Rusiya atəşkəsi pozub”
20:45 Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
20:40 Zelenski İlham Əliyevə zəng etdi
20:08 Mayın ortalarına qədər sülh sazişi imzalaya bilər
20:32 Milli Məclis 5 sənədi ratifikasiya edəcək
20:31 TƏBİB-dəki bu vəzifə ona həvalə olundu
20:29 Bu ölkədə qadın ordu komandanı oldu - İlk dəfə
20:28 İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
20:26 Azərbaycan gimnastları dünya kubokunda “qızıl” qazandılar
20:24 “Atəşkəs hər an pozula bilər”
20:21 Prezidentin yeni Mətbuat katibi kimdir?
20:18 ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb
20:15 Danışıqların uğursuzluğunun səbəbini açıqladı
20:13 Bəhreyn İraqa nota verdi
18:58 Sığınacaq dağılsa, 400 itin taleyi necə olacaq? - Rəsmi açıqlama
18:55 Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir
18:53 “Fənərbaxça”nın futbolçusunun villası qarət edildi
18:52 “Vətəndaşın tələbləri əsassızdır” - Komitə
18:52 Taksi xidmətindən istifadə edərkən nələrə diqqət yetirməlisiniz?
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
6.05.26 20:57119
Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
6.05.26 20:56120
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
6.05.26 20:54119
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
6.05.26 20:53119
Çin ABŞ və İrana müraciət etdi
6.05.26 20:51119
19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
6.05.26 20:50118
backend
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
6.05.26 20:57119
Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
6.05.26 20:56120
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
6.05.26 20:54119
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
6.05.26 20:53119
Çin ABŞ və İrana müraciət etdi
6.05.26 20:51119
19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
6.05.26 20:50118
backend
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
6.05.26 20:57119
Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
6.05.26 20:56120
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
6.05.26 20:54119
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
6.05.26 20:53119
Çin ABŞ və İrana müraciət etdi
6.05.26 20:51119
19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
6.05.26 20:50118

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.