• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
31.07.23 18:20
Gündəm
172

İlham Əliyev azad olunmuş ərazilərlə bağlı SƏRƏNCAM imzaladı







Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə qərara alıram:
1. Hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunsun:
26 avqust – Laçın şəhəri günü
4 oktyabr – Cəbrayıl şəhəri günü
17 oktyabr – Füzuli şəhəri günü
20 oktyabr – Zəngilan şəhəri günü
25 oktyabr – Qubadlı şəhəri günü
8 noyabr – Şuşa şəhəri günü
20 noyabr – Ağdam şəhəri günü
25 noyabr – Kəlbəcər şəhəri günü.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Oxşar Xəbərlər

backend
Azad edilmiş ərazilərdə daha 43 mina aşkarlandı
24.07.23 20:45
Bölgə

XƏBƏR LENTİ

18:28 Son beş ayda bu qədər adam həbsdə evlənib
18:26 Leysan olacaq, bəzi çaylardan daşqın və sel keçəcək - Növbəti xəbərdarlıq
18:22 Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
18:17 Hörmüz boğazında gərginlik - SEPAH 3 xarici tankeri geri qaytardı
18:12 Venesueladakı dəhşətli zəlzələdə ölənlərin sayı 589-a çatdı
18:47 “İntellektual gömrük” informasiya sistemi yaradıldı
18:41 Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
18:35 Ölümündən sonra təltif edilən polkovniklər...
18:32 Həftəsonu hava dəyişəcək - Xəbərdarlıq
18:27 İnsanlar küçələrə töküldü - Karakasda elektrik və su yoxdur
21:24 Bu xəstəxananın direktoru işdən çıxarıldı
21:22 Qızıl kəskin ucuzlaşdı
21:20 Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var
21:19 I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi - Açıqlandı
21:17 Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
18:46 Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
18:44 Rusiya Odessaya zərbə endirdi, ölən və yaralanan var
18:42 Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
18:37 Prezident onları təltif etdi - Siyahı
18:34 Rusiyada “Lukoyl” məntəqələrində məhdudiyyət - Maksimum 30 litr benzin almaq olur
18:27 PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üzrə qəbul cədvəli
18:24 Konqoda Ebola virusu tüğyan edir - Yoluxanların sayı 1000-i keçdi
18:49 19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
18:46 Şəhid ailəsinə yararsız qurban əti göndərən - Vəzifəliyə töhmət verildi
18:44 Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Son beş ayda bu qədər adam həbsdə evlənib
26.06.26 18:28142
Leysan olacaq, bəzi çaylardan daşqın və sel keçəcək - Növbəti xəbərdarlıq
26.06.26 18:2694
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
26.06.26 18:2294
Hörmüz boğazında gərginlik - SEPAH 3 xarici tankeri geri qaytardı
26.06.26 18:17143
Venesueladakı dəhşətli zəlzələdə ölənlərin sayı 589-a çatdı
26.06.26 18:12142
“İntellektual gömrük” informasiya sistemi yaradıldı
25.06.26 18:47143
backend
Son beş ayda bu qədər adam həbsdə evlənib
26.06.26 18:28142
Leysan olacaq, bəzi çaylardan daşqın və sel keçəcək - Növbəti xəbərdarlıq
26.06.26 18:2694
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
26.06.26 18:2294
Hörmüz boğazında gərginlik - SEPAH 3 xarici tankeri geri qaytardı
26.06.26 18:17143
Venesueladakı dəhşətli zəlzələdə ölənlərin sayı 589-a çatdı
26.06.26 18:12142
“İntellektual gömrük” informasiya sistemi yaradıldı
25.06.26 18:47143

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.