• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
15.05.23 11:23
---
219

Orucəli Rzayev : Şərəfli ömür yolu.








Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir.
Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir.
Azərbaycan cəmiyyəti, eləcə də Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz ulu öndərin adı ilə bağlı idi.
Azərbaycan xalqının nicat yerinə çevrilmiş Heydər Əliyevin siyasi kursu bu gün də inamla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyev milli intibaha və yüksəlişə hesablanmış fəal maarifçilik missiyası həyata keçirir. Ölkə başçısının rəhbərliyi altında illərdə həyata keçirilən ardıcıl tədbirlər təkcə sosial-iqtisadi inkişafa deyil, həm də elmi-intellektual tərəqqiyə, təhsildə dövrün tələbi ilə uzlaşan elm və təhsil islahatlarının həyata keçirilməsinə, insan kapitalının möhkəmləndirilməsinə, elmtutumlu texnologiyaların inkişafına yönəlmişdir. Cənab İlham Əliyev Azərbaycan xalqının gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında hər zaman bildirməklə yanaşı, fəal milli maarifçilik xətti yeridir. Respublikamız inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi istiqamətinə yönəldir. Ölkə iqtisadiyyatının yüksək inkişaf tempi, ictimai-siyasi sabitliyin davamlı xarakter daşıması, təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha çevik islahatlar aparmağa imkan yaradır. Eyni zamanda, cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının daim müasirləşdirilməsini, iri dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirir. Azərbaycan Prezidenti İlham Əliyevin milli təhsil sisteminin inkişafı və problemlərinin həlli istiqamətində həyata keçirdiyi davamlı siyasətin qayəsində də məhz bu ali məqsəd dayanmışdır.
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı bu gün də ölkəmizin ictimai-siyasi, elmi həyatında mühüm rol oynayan bir elm ocağıdır. Müəllimlər İnstitutunun Zaqatala filialının son illər nüfuzunun artmasında, elmi potensialının güclənməsində, müdrik rəhbər kimi Orucəli Rzayevin müstəsna xidmətləri vardır.
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri kimi Orucəli Rzayev bütün həyatını Azərbaycanımızın inkişafına, elmi potensialının güclənməsinə sərf etmişdir.
Orucəli müəllim vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyət, yüksək texniki biliyi və təhsili olan, yüksək tibbi, iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir. !
Sadəlik, təvazökarlıq, mülayimlik, əməkdaşlara qarşı həssas və qayğıkeş münasibət Orucəli Rzayevin xarakter ştrixləridir. Eyni zamanda işdə son dərəcə tələbkarlıq, öz vəzifə borcunu vicdanla, şərəflə, ləyaqətlə yerinə yetirməyənlərə güzəşt edilməməsi də Orucəli müəllimin iş prinsipidir. Məhz bu xüsusiyyətlər direktoru hər zaman qalibiyyətlərə aparıb. Elə bu gün Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının idarəçiliyində qazandığı böyük uğurların kökündə də məhz bu xüsusiyyətlər dayanır.
Orucəli müəllimi bütün tələbə və müəllim kollektivi ona görə çox sevir ki, o, onlara, hamıya təmənnasız kömək edən böyük ürək sahibidir.
Media mənsubu olaraq hər zaman Orucəli müəllimin böyük əməllərini, elmi fəaliyyətini böyük qürur hissi ilə izləyirik. Məsuliyyətlə demək istərdik ki, Orucəli müəllimin fəaliyyəti ümummilli liderin tövsiyyələrinə, cənab prezidentin tələblərinə uyğun qurulub. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının bu günkü uğurlarının kökündə də bu amil dayanır.

Oxşar Xəbərlər

backend
Rəşad Musayev : Canlı əfsanəyə çevrilən fenomen şəxsiyyət
10.05.23 11:52
Bölgə
backend
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
11.05.23 17:38
Gündəm
backend
Ramiz Zeynalov :Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır
21.05.23 12:21
Gündəm
backend
İlham Əliyev Beynəlxalq Konqresin iştirakçılarına müraciət ünvanlayıb
20.05.23 16:33
Siyasət

XƏBƏR LENTİ

18:35 Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18:25 Azərbaycan Kubokunun püşkü atıldı
18:13 Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18:05 Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18:02 Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18:49 Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
18:46 13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı
18:43 DSK-lar yenidən formalaşdırılır - Yenilənib
18:37 Gürcüstan İran ilə hava əlaqəsini kəsdi
18:33 Lerikdə zəlzələ olub
19:28 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
19:23 Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
19:20 “Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
19:16 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
19:14 Ailəsini ölümlə təhdid etdilər deyə 6 qol buraxdı
18:17 Rayonlarda leysan olacaq
18:16 “Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
18:14 Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
18:13 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
18:11 Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
18:50 Sabahdan Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq
18:49 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı
18:46 Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:43 DTX-nin saxladığı “Çevik” həbs edildi
18:39 Bakıda yeniyetmənin müəmmalı ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18.09.26 18:35134
Azərbaycan Kubokunun püşkü atıldı
18.09.26 18:25127
Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18.09.26 18:13137
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18.09.26 18:05116
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18.09.26 18:0285
backend
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18.09.26 18:35134
Azərbaycan Kubokunun püşkü atıldı
18.09.26 18:25127
Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18.09.26 18:13137
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18.09.26 18:05116
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18.09.26 18:0285
Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
17.09.26 18:49151
backend
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18.09.26 18:35134
Azərbaycan Kubokunun püşkü atıldı
18.09.26 18:25127
Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18.09.26 18:13137
Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18.09.26 18:05116
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18.09.26 18:0285
Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
17.09.26 18:49151

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.