• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
31.01.24 20:29
Siyasət
117

İlham Əliyev böyük millətimizin prezidentliyə namizədidir - Dünya azərbaycanlıları


ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyada yaşayan soydaşlarımız 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı mövqelərini açıqlayıblar.
Amerika Azərbaycanlıları Koordinasiya Şurasında birləşən diaspor təşkilatlarının bəyanatında bildirilib ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizi sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi: “Hörmətli Ali Baş Komandan, apardığınız müdrik siyasətin məntiqi nəticəsi kimi bu gün Azərbaycan dövləti tam olaraq ərazi bütövlüyünü bərpa etdi. Biz, Amerika azərbaycanlıları qarşıdan gələn növbədənkənar Prezident seçkilərində “Qalib Xalqın Qalib Lideri” şüarı altında Sizin yenidən qalib gələcəyinizə inanır, ölkə başçısı kimi fəaliyyətinizi uğurla davam etdirməyinizi arzulayırıq”.

Kanadanın York Universitetinin professoru Yulduz Rəhimov qeyd edib ki, Kanadada yaşayan Azərbaycan icması növbədənkənar Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini qətiyyətlə dəstəkləyir: “İlham Əliyevin yüksək liderlik keyfiyyətləri, dövlət və xalq qarşısında misilsiz xidmətləri sayəsində ilk dəfə olaraq Prezident seçkiləri ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasında keçiriləcək. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, İlham Əliyevin isə layiqincə davam etdirdiyi siyasi kursun nəticəsi olarag güclü Azərbaycan dövləti təkbaşına beynəlxalq təşkilatların illərlə həll yolunu tapa bilmədiyi Qarabağ nümaqişəsini “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə reallığa çevirdi”.
Avstraliyanın Melburn şəhərində fəaliyyət göstərən Viktoriya Azərbaycan Mədəniyyət Assosiyasiyasının Prezident İlham Əliyevə müraciətində də onun namizədliyinə tam dəstək ifadə olunub. Müraciəti mərkəzin katibi Nira Elgart imzalayıb: “Vətənimizi yüksək səviyyəyə qaldıran, bizim də uzaq Avstraliyada alnı-açıq, üzü-ağ, qürur hissi ilə gəzməyimizin əsas səbəbkarı Sizsiniz, cənab Prezident! Azərbaycanımızı daha da inkişaf etməsini görmək məqsədilə səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarını 7 fevral 2024-cü il növbədənkənar prezident seckilərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləməyə dəvət edirik”.

“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru Seymur Nəsirov da Misirdəki Azərbaycan diasporunun İlham Əliyevə tam dəstəyini ifadə edib: “Dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı, millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütövlüyümüzü təmin edən Liderimizin təbliğatında fəal olmağa dəvət edirik. Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.
Kanadanın Edmonton şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Cəmiyyətinin təsisçisi Fərhad Eyyubov qeyd edib ki, İlham Əliyevin arxasında onu sevən və dəstəkləyən on milyonlarla soydaşımız dayanıb: “Bu tarixi günlərdə Sizin – Müzəffər Ali Baş Komandanımızın yanınızda olduğumuz üçün xüsusi qürur və şərəf hissi duyuruq. Sizinlə fəxr edir və sizi sevirik, cənab Prezident!”

Birləşmiş Krallıqda Güney Azərbaycanlıların Koordinasiya Bürosunun rəhbəri Savaş Mərəndli Böyük Britaniyada yaşayan Güney azərbaycanlılarının növbədənkənar prezident seçkilərində böyük millətimizin prezidentliyə namizədi İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib: “Qoy, Prezident kimi ali dövlət vəzifəsində bundan sonrakı fəaliyyətiniz müdriklik, mərhəmət və uğurlarla yadda qalsın! Əminəm ki, Sizin rəhbərliyinizlə xalqımız firavan yaşayacaq, ölkəmiz daha da çiçəklənəcək”.

Kanadanın Toronto şəhərində yaşayan diaspor fəalları İlqar və Pəri Məmmədovlar, Kvebek Azərbaycanlıları Assosiasiyasının fəal üzvü Kəmalə Əliyeva bu ölkədəki Azərbaycan icmasının birmənalı şəkildə İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar: “Kanadada yaşayan azərbaycanlılar olaraq işğal altındakı Vətən torpaqlarını azadlığa qovuşdurduğunuz, tarixi ədaləti təmin edən Zəfərimizi bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Vətənimizin müstəqilliyini, onun inkişafını və xalqımızın firavanlığını təmin edə biləcək yeganə namizəd Sizsiniz. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha çox nailiyyətlərə imza atacaq. Əminik ki, Siz Azərbaycanı daha da qüdrətləndirəcək, onun gələcəyini daha parlaq edəcəksiniz”.

Oxşar Xəbərlər

backend
Dünya azərbaycanlılarından Prezident İlham Əliyevə möhtəşəm dəstək – “55 milyonluq azərbaycanlılar üçün işıqlı yol...”
29.01.24 19:53
Siyasət
backend
“MKT İstehsalat Kommersiya” MMC-nin İdarə heyətinin üzvü və Baş əməliyyat direktoru Vüqar Ağayev : Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi Prezident İlham Əliyev
26.12.23 12:14
---
backend
Ödər Ağayev : Ümummilli Lider Heydər Əliyevin şah əsəri
5.01.24 19:10
---
backend
Lənkəran şəhər 1№-li notariat ofisinin xüsusi notariusu Səfər İsmayılov: İlham Əliyev alternativsiz namizədimizdir
24.12.23 11:21
---
backend
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şahlar Hüseynov : Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edən LİDER
20.12.23 14:33
---
backend
Prezident İlham Əliyev misilsiz formada Azərbaycan xalqını bir araya gətirdi - Nil Vatson
23.01.24 21:49
Gündəm
backend
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi
10.07.23 10:50
Siyasət
backend
Azərbaycanın xaricdə olan 37 nümayəndəliyində 49 seçki məntəqəsi yaradılıb
6.01.24 19:44
Siyasət
backend
Azərbaycanda keçiriləcək seçkilər region üçün ciddi əhəmiyyət daşıyır - Gürcü ekspert
1.02.24 14:30
Siyasət
backend
Türkiyə İnternet Media Assosiasiyası Azərbaycanda Prezident seçkiləri ilə bağlı bəyanat yayıb
27.01.24 20:14
Gündəm
backend
Daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alındı
9.01.24 21:10
Siyasət

XƏBƏR LENTİ

18:48 Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
18:46 Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub
18:43 Sabah bu ərazilərdə qaz olmayacaq
18:41 Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
18:37 Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
18:35 Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18:25 Azərbaycan Kubokunun püşkü atıldı
18:13 Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18:05 Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18:02 Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18:49 Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
18:46 13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı
18:43 DSK-lar yenidən formalaşdırılır - Yenilənib
18:37 Gürcüstan İran ilə hava əlaqəsini kəsdi
18:33 Lerikdə zəlzələ olub
19:28 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
19:23 Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
19:20 “Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
19:16 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
19:14 Ailəsini ölümlə təhdid etdilər deyə 6 qol buraxdı
18:17 Rayonlarda leysan olacaq
18:16 “Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
18:14 Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
18:13 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
18:11 Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
21.09.26 18:484
Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub
21.09.26 18:462
Sabah bu ərazilərdə qaz olmayacaq
21.09.26 18:433
Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
21.09.26 18:413
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21.09.26 18:372
backend
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
21.09.26 18:484
Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub
21.09.26 18:462
Sabah bu ərazilərdə qaz olmayacaq
21.09.26 18:433
Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
21.09.26 18:413
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21.09.26 18:372
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18.09.26 18:35139
backend
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
21.09.26 18:484
Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub
21.09.26 18:462
Sabah bu ərazilərdə qaz olmayacaq
21.09.26 18:433
Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
21.09.26 18:413
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21.09.26 18:372
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18.09.26 18:35139

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.