• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
24.12.25 20:44
Hadisə
152

“Tam qadağa yox, tənzimləmə xahiş edirik” - Sahibkarlar hökumətə müraciət edir


“Azərbaycanda elektron siqaretlərin dövriyyəsinin tam qadağan olunmasını nəzərdə tutan qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması sahibkarlar arasında ciddi narahatlıq yaradıb. Müzakirələrin gedişində sağlamlığın qorunması ilə bağlı dövlətin mövqeyi anlayışla qarşılanır və sahibkarlar bu yanaşmanı dəstəklədiklərini açıq şəkildə bildirirlər”.
Bu, elektron siqaretlərlə bağlı qanun layihəsi fonunda sahibkarların Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, Milli Məclisin rəhbərliyinə və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciətində öz əksini tapıb.

Müraciətə əsasən, eyni zamanda, bazarda fəaliyyət göstərən sahibkarlar hesab edirlər ki, elektron siqaretlərin tam qadağan edilməsi əvəzinə, beynəlxalq təcrübəyə uyğun olaraq ciddi və effektiv tənzimləmə mexanizmlərinin tətbiqi həm ictimai sağlamlığın qorunmasına, həm də iqtisadi sabitliyə daha müsbət təsir göstərə bilər.

Sahibkarların bildirdiyinə görə, hazırda ölkədə elektron siqaret bazarı əsasən leqal fəaliyyət göstərir, idxal və satış zamanı aksizlər, gömrük rüsumları və vergilər tam şəkildə ödənilir. Bu sahədə yüzlərlə sahibkarlıq subyekti çalışır və təxminən 2000 nəfərə yaxın insan bu sektor hesabına işlə təmin olunub.

Qanun layihəsində nəzərdə tutulan 1 aprel tarixi isə real bazar şərtləri baxımından kifayət qədər qısa müddət hesab olunur. Sahibkarlarla aparılan müzakirələr göstərir ki, mövcud anbar ehtiyatlarının və artıq sifariş edilərək yolda olan malların dövriyyədən çıxarılması üçün bu müddət yetərli deyil. Bir çox sahibkar məhsulları kredit və uzunmüddətli öhdəliklər hesabına əldə edib və qəfil qadağa onların ciddi maliyyə çətinlikləri ilə üzləşməsinə səbəb ola bilər.

Sahibkarlar vurğulayırlar ki, ən azı ilin sonunadək keçid dövrünün tətbiqi bazarda olan məhsulların mərhələli şəkildə realizə olunmasına, bizneslərin digər sahələrə uyğunlaşmasına və iş yerlərinin qorunmasına imkan verər. Əks halda, kütləvi müflisləşmə riski, bank sektorunda problemli kreditlərin artması və əmək bazarında gərginlik yarana bilər.

Beynəlxalq təcrübə göstərir ki, Avropa İttifaqı ölkələri, Böyük Britaniya və ABŞ elektron siqaretlərlə bağlı tam qadağa yolunu deyil, sərt nəzarət və tənzimləmə modelini seçiblər. Bu modelə yaş məhdudiyyətləri, lisenziyalaşdırma, yüksək aksiz dərəcələri, məhsul standartları və effektiv nəzarət mexanizmləri daxildir. Nəticədə, həm gənclərin qorunması təmin olunur, həm də leqal bazar saxlanılır.

Sahibkarların fikrincə, Azərbaycanda da oxşar yanaşmanın tətbiqi daha balanslı və dayanıqlı həll yolu ola bilər. Bu, dövlət büdcəsinə vergi daxilolmalarının davamlılığını qoruyar, eyni zamanda qeyri-leqal bazarın formalaşmasının qarşısını alar.

Bu baxımdan sahibkarlar Nazirlər Kabinetinə, Prezident Administrasiyasına və Milli Məclisin rəhbərliyinə müraciət edərək qanun layihəsinə yenidən baxılmasını, tam qadağa əvəzinə sərt tənzimləmə modelinin və ya ən azı keçid dövrünün nəzərdən keçirilməsini xahiş edirlər.

Sahibkarlar əmindirlər ki, dövlət orqanları ilə açıq dialoq və qarşılıqlı anlayış əsasında həm ictimai sağlamlığı, həm də iqtisadi sabitliyi qoruyan optimal qərar qəbul edilə bilər.

Oxşar Xəbərlər

backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
I siniflərə qəbul üçün bu məktəblərə prioritetsiz qəbul aparılacaq - SİYAHI
27.07.23 16:38
Cəmiyyət
backend
2025-ci ildə strateji bərpa və yeni inkişaf mərhələsi
3.12.25 19:41
Gündəm
backend
Araz Paşayevə məxsus şirkət hansı qurumlarla iş birliyində olub və nə qədər dövlət vəsaiti silib -ARAŞDIRMA
28.03.24 19:44
Gündəm / Hadisə
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev
4.01.24 19:43
Siyasət
backend
Rəqabət Məcəlləsi qüvvəyə minib - FƏRMAN
23.01.24 21:58
Gündəm
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm
backend
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
20.12.23 13:35
Siyasət
backend
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
8.05.23 21:53
Siyasət
backend
İlham Əliyev Fərman imzaladı
12.08.25 19:30
Siyasət
backend
Azərbaycandakı diplomatik korpus üçün bölgədəki vəziyyətlə bağlı brifinq keçirilib
18.09.23 18:32
Siyasət
backend
“Fransa bu sərvətdən faydalanaraq xəzinəsini xeyli zənginləşdirib”
27.09.24 20:19
Dünya
backend
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib - Spiker
2.05.24 12:07
Siyasət
backend
Elmir Ramazanov QANUNDAN DA ÜSTÜN İMİŞ... - BU DA FAKT!!!
28.08.24 21:19
Hadisə

XƏBƏR LENTİ

19:36 Yaz Azərbaycana bu tarixdə daxil olacaq
19:34 Əhalinin sayı açıqlandı
19:33 Lukaşenko rəqibinin evə qayıtmasına icazə verdi
19:32 Ötən il evlənənlər də, boşananlar da azalıb
19:30 Sumqayıt, Abşeron və Qaradağda 2 gün su olmayacaq
19:27 Bir ildə ölkədə neçə uşaq doğulub?
19:22 Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
19:18 Bu Agentliyin üç qurumu birləşdirilir
19:12 Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
19:07 Beyləqanda ağır qəza - Xəsarət alan var
19:42 Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək
19:41 Prospektdə qalan maşından 27 yaşlı oğlanın meyiti tapıldı
19:40 Məmur nənəsinin qarajından 653 min dollar tapdığını dedi - Qurumlar inanmadı
19:39 Moskvada güclü qar, uçuşlar təxirə düşdü
19:37 Üzərlikdən istifadə məhdudlaşdırıla bilər?
19:32 Qaz kəmərinin partladılması planını o təsdiqləyibmiş - İddia
19:28 ABŞ Qəzzada hərbi baza inşa etmək istəyir
19:21 Bu tədbirin iştirakçıları üçün nəqliyyat xidmətləri pulsuz olacaq
19:14 Üzərliklə bağlı daha bir - Xəbərdarlıq
19:10 Beynəlxalq axtarışda idilər - Ölkəyə gətirildilər
19:25 İnşaat Kollecinə yeni direktor təyin olundu
19:23 Mingəçevirdə bu dəfə məktəbdə yanğın oldu
19:20 Bu tarixdə aeroport yolu yenə bağlanır - Sürücülərin nəzərinə!
19:18 Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarının növbəti mərhələsində
19:16 Onların evini dövlət təmir edəcək
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Yaz Azərbaycana bu tarixdə daxil olacaq
20.02.26 19:3677
Əhalinin sayı açıqlandı
20.02.26 19:3477
Lukaşenko rəqibinin evə qayıtmasına icazə verdi
20.02.26 19:3377
Ötən il evlənənlər də, boşananlar da azalıb
20.02.26 19:3277
Sumqayıt, Abşeron və Qaradağda 2 gün su olmayacaq
20.02.26 19:3074
Bir ildə ölkədə neçə uşaq doğulub?
20.02.26 19:2764
backend
Yaz Azərbaycana bu tarixdə daxil olacaq
20.02.26 19:3677
Əhalinin sayı açıqlandı
20.02.26 19:3477
Lukaşenko rəqibinin evə qayıtmasına icazə verdi
20.02.26 19:3377
Ötən il evlənənlər də, boşananlar da azalıb
20.02.26 19:3277
Sumqayıt, Abşeron və Qaradağda 2 gün su olmayacaq
20.02.26 19:3074
Bir ildə ölkədə neçə uşaq doğulub?
20.02.26 19:2764

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.