• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
23.12.25 19:02
Hadisə
177

İki abituriyent son anda imtahan fırıldağına əl atmayıb...


İmtahanlarda qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı daha 3 nəfər məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ibtidai istintaqla İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abituriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bu gün Gəncədə məhkəmənin baxış iclası keçirilib. İclasda iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin ifadələri dinlənilib, təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin sualları cavablandırılıb.

Qeyd olunub ki, ittiham aktına əsasən təqsirləndirilən şəxslər - Babayev İslam Elşan oğlu Məmmədov Ayxan İlham oğlu və Məmmədov Murad Mahir oğlu ilə birlikdə hazırlıq kurslarına gələn və ya tanışı olan abituriyentlərə müxtəlif məbləğdə pul vəsaiti qarşılığında onların imtahanda yüksək bal toplayacaqlarını bildirərək onlara gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrindən istifadə qaydalarını izah edib, imtahan günü xüsusi ayaqqabıların içərisinə sözügedən alətləri yerləşdirib və binaya daxil olmuş abituriyentlərə sualların cavablandırılmasında köməklik göstərə biləcəklərini qeyd ediblər.

İstintaqın gedişi zamanı bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyentlər şahid qismində ifadə verib və öz əməllərini ifadələrində etiraf ediblər. Abituriyentlərdən bəziləri sözügedən texniki vasitələrlə imtahan binasına daxil olub və istifadə edib, bəziləri imtahan keçirilən otağa texniki vasitələrlə daxil olsalar da, yaranmış texniki nasazlıq səbəbindən onlardan istifadə edə bilməyib, bəziləri növbəti imtahanda binaya girişdə yoxlama rejimini həyata keçirən əməkdaşlar tərəfindən üzərində qurğular aşkarlandığı üçün imtahana buraxılmayib, bəziləri isə girişdə yoxlama rejimindən çəkinib geri qayıdaraq ayaqqabılarını dəyişərək adi qaydada binaya daxil olublar. 11 abituriyentdən 9-nun imtahan (müsabiqə) nəticəsi ləğv edilib və onlar ixtisas seçiminə buraxılmayıb. İş üzrə şahid qismində adı hallanan digər 2 abituriyent isə binaya daxil olana qədər sözügedən texniki vasitələri çıxarıb adi qaydada imtahanda iştirak etdiyi üçün onların nəticələri ləğv edilməyib.

“Babayev İslam Elşan oğlu gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satış məqsədilə istehsal etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satıb, qeyrilərinin köməkçiliyi ilə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Məmmədov Murad Mahir oğlu və Məmmədov Ayxan İlham oğlu isə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə və təkrarən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satmaqla, qeyrisinin vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etməkdə təqsirləndirilirlər”, - deyə ittiham aktında vurğulanıb.

Qeyd edilib ki, məhkəmənin növbəti iclası 22 yanvar 2026-cı il saat 10:30-a təyin olunub.

Xatırladaq ki, həmin gün saat 15:30-da imtahanlarda qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı digər bir cinayət işi üzrə təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da məhkəməsi keçiriləcək.

Oxşar Xəbərlər

backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
Baş Prokurorluq Kamran Əsədov və “şərikləri” ilə bağlı - Açıqlama yaydı
19.12.25 21:00
Hadisə
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavabları belə ötürürmüş
12.12.25 19:43
Hadisə
backend
Tələbə olmaq istəyənlər üçün sənəd qəbulu başladı
20.02.25 19:11
Təhsil
backend
Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək
28.02.24 15:02
Gündəm
backend
İlham Əliyev Fərman imzaladı
12.08.25 19:30
Siyasət
backend
Bank lisenziyalarının alınması qaydası dəyişir
5.06.23 13:57
İqtisadiyyat
backend
Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlandı
26.09.25 19:02
Hadisə
backend
Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş ifadə verdi
23.09.25 18:34
Hadisə
backend
Doktorantura yaradılan ali məktəblərin yeni siyahısı təsdiqlənib
31.05.24 18:50
Cəmiyyət
backend
Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar
25.11.24 19:38
Hadisə
backend
Qəbul imtahanlarının II mərhələsi üçün proqramlar - Açıqlandı
24.09.25 18:54
Gündəm
backend
Hərbi cinayətkarların işi məhkəməyə göndərildi
17.12.24 19:34
Hadisə
backend
İyunun 2-də musiqi, incəsənət, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə imtahan keçiriləcək
31.05.24 18:51
Cəmiyyət

XƏBƏR LENTİ

19:35 İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
19:31 Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü bilgehde-suretle-hereket-eden-avtomobil-asdi
19:27 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
19:22 Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
18:58 İran ABŞ ilə dəhşətli müharibəyə hazırlaşır - KİV
21:00 XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
20:51 Tacikistanda zəlzələ oldu
20:45 Rusiyada yapon jurnalist həbs olundu - Casusluqda ittiham olunur
20:36 Millimiz Qazaxıstana yollandı
18:37 Arvadını öldürən şəxs mirasdan məhrum edildi
18:12 Pensiya artımları ilə bağlı - Açıqlama
18:10 Qonşusunu təhdid edən şəxs həbs olundu
18:07 Tələbə otaq yoldaşını bıçaqladı
18:05 Mərkəzinin baş həkimi işdən çıxarıldı nardaran-saglamliq-merkezinin-bas-hekimi-isden-cixarildi
17:59 Güclü külək əsəcək - Xəbərdarlıq guclu-kulek-esecek
18:51 Şirkət sürücüsü iş başında öldü
18:47 Dünya opera ulduzları bu tamaşaya görə Bakıya gəlir
18:33 Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
18:30 Hörmüzdə qaz tankeri vurulub
18:15 Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
18:11 Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
18:09 Dağlıq ərazilərə qar yağacaq
18:02 Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər
17:58 Cəbrayılda 26 yaşlı çoban minaya düşdü
19:28 Sabahın havası - Yağış, duman, külək...
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
14.10.26 19:35141
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü bilgehde-suretle-hereket-eden-avtomobil-asdi
14.10.26 19:31142
Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
14.10.26 19:27143
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
14.10.26 19:22140
İran ABŞ ilə dəhşətli müharibəyə hazırlaşır - KİV
14.10.26 18:58141
backend
İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
14.10.26 19:35141
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü bilgehde-suretle-hereket-eden-avtomobil-asdi
14.10.26 19:31142
Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
14.10.26 19:27143
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
14.10.26 19:22140
İran ABŞ ilə dəhşətli müharibəyə hazırlaşır - KİV
14.10.26 18:58141
XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
13.10.26 21:00123
backend
İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
14.10.26 19:35141
Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü bilgehde-suretle-hereket-eden-avtomobil-asdi
14.10.26 19:31142
Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
14.10.26 19:27143
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
14.10.26 19:22140
İran ABŞ ilə dəhşətli müharibəyə hazırlaşır - KİV
14.10.26 18:58141
XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
13.10.26 21:00123

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.