• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
10.12.25 20:05
Hadisə
283

33 yaşlı oğlan xəstəxanada şəraitsizlikdən ölüb? - Açıqlama



“Azərbaycan səhiyyəsi 33 yaşlı gənc oğlanı öldürdü. Kardiologiya İnstitutuna öz ayaqları ilə ağır vəziyyətdə, kəskin ürək çatışmazlığı ilə gələn Vüsal İsayevi reanimasiyaya alıblar. Reanimasiyada traxeostomiya edib süni tənəffüs aparatına qoşmaq üçün şəraitləri yox idi”.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə bağlı jurnalist Tural Ozan paylaşım edib.

Onun sözlərinə görə, İsayev Vüsal Zakir oğlunu digər xəstəxanalara köçürmək də mümkün olmayıb: “Baş həkimə deyirəm gücünüz çatmır, şəraitiniz bərbaddırsa, transfer edin. Üzümə baxır, deyir xəstəxanaları siz razı salın. Xəstə isə qalıb ortalıqda. Yeni Klinikaya aparılması üçün müraciət etdik, bildirdilər ki, yerimiz yoxdur. Düşünün, Azərbaycanın bir nömrəli xəstəxanası olan Yeni Klinikanın reanimasiyasında “ölümcül xəstəyə yer yoxdur” cavabı alınır. Hansı ki, o xəstəxana COVID-19 dönəmində ən ağır şəraitdə yüzlərlə xəstəni eyni anda qəbul etmək üçün yaradılmışdı. Səhiyyə Nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzindən dedilər ki, biz xəstəni ancaq ödəniş olaraq 5-10 min depozitlə qəbul edə bilərik. Daha sonra Mərkəzi Neftçilər Xəstəxanasından dedilər ki, yerimiz yoxdur...”
İddialarla əlaqədar Kardiologiya İnstitutuna müraciət etdik. Tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, xəstə V.İsayev müəssisəyə son dərəcə ağır aqonal vəziyyətdə – huşu bağlı, təzyiqi ölçülə bilməyən və kəskin ürək çatışmazlığı əlamətləri ilə daxil olub: “Gətirildiyi andan etibarən xəstəyə təcili reanimasyon tədbirlər, kliniki protokollara uyğun diaqnostik və həyati vacib prosedurlar tətbiq edilib. Mərhuma 3 il əvvəl başqa bir mərkəzdə ürəkdaxili defibrilyator (ICD) implantı qoyulub ki, bu da xəstədə qəfil ürək dayanması riskinin əvvəldən yüksək olduğunu göstərirdi.

Xəstənin daxilolma zamanı vəziyyəti geridönüşü olmayan mərhələdə olduğu üçün aparılan intensiv tibbi müdaxilələrə baxmayaraq, vəziyyəti stabilləşdirmək mümkün olmayıb. Mərhumun yaxınlarının səsləndirdiyi iddialarla bağlı bildiririk ki, traxeostomiya və ya digər invaziv müdaxilələrin aparılması üçün tibbi göstəriş olmayıb – aqonal vəziyyətdə bu prosedurlar effekt vermir”.

Açıqlamada, həmçinin xəstəxanada kifayət qədər süni tənəffüs aparatının olmaması iddiasına da toxulunub: “Xəstəxanada çarpayı sayına uyğun olaraq süni tənəffüs aparatı mövcuddur, lakin xəstənin süni tənəffüs aparatına ehtiyacı yox idi, saturasiyası 90-95 idi. Xəstədə çox orqan çatışmazlığı əlamətləri və qəfil ürək dayanması olub. Onun başqa klinikaya köçürülməsi həyati göstəricilərin kritik olması səbəbindən tibbi cəhətdən mümkün deyildi.

Xəstənin reanimasiyada yalnız “yatızdırılması” iddiası həqiqətə uyğun deyil – bütün reanimasyon tədbirlər protokollara uyğun şəkildə icra olunub. Məsələyə hüquqi müstəvidə qiymət verilməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət oluna bilər”.

Gülnar Əliyeva

Oxşar Xəbərlər

backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
18.05.23 08:32
Cəmiyyət
backend
Yeni Klinikanın rəhbərliyi kimə güvənir? - İLGİNC FAKTLAR
28.08.24 21:49
Hadisə
backend
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev
4.01.24 19:43
Siyasət
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm
backend
Elmir Ramazanov QANUNDAN DA ÜSTÜN İMİŞ... - BU DA FAKT!!!
28.08.24 21:19
Hadisə
backend
Günün qoroskopu: Fiziki işdə fayda var
16.05.23 08:32
Gündəm
backend
Mirəzim Zaidov – Klinikaya Yeni Nəfəs, Yeni Yanaşma
24.06.25 19:00
Sosial
backend
Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
23.05.24 19:48
Siyasət
backend
Qripin müayinə və müalicə xərcləri də icbari tibbi sığorta ilə qarşılanır
19.03.25 14:31
Səhiyyə
backend
"Onlara dəfələrlə dedim ki, müqaviləmiz var, niyə ödəmirsiniz?" - “Bakı Abadlıq”, “Azəriqaz” və “Təmiz Qaz”dan şikayətçiyəm
30.07.24 21:59
Hadisə
backend
YASAMAL YOL POLİSİNDƏN ŞOK “QƏRAR”... - Təcili tibbi yardım maşınları cərimə meydançasına aparılır
1.08.24 20:29
Hadisə
backend
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
2.07.25 19:24
Cəmiyyət
backend
Mülkiyyətçisinin ailə üzvlərinin istifadə hüququnun mühüm xarakteristikaları - AYSU NƏBİZADƏ YAZIR
8.08.24 20:02
Hadisə

XƏBƏR LENTİ

19:12 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
19:04 Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
19:02 Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
18:59 Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
18:37 İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
18:18 Leysan, dolu, qar - Sabahın havası
18:15 Məzuniyyətə çıxmaq məcburi olacaq
18:11 Finlandiyada azərbaycanlı dənizçiyə hökm oxunub
18:09 Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
18:07 Güclü külək əsir
18:34 Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
18:30 Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
18:27 Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
18:16 Güclü külək əsəcək - Xəbərdarlıq
18:13 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
18:55 Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
18:44 Sabah hava necə olacaq?
18:40 Bakıda duman var
18:38 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
18:14 Trampdan İsraillə bağlı şok qərar
22:03 3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir
22:01 ABŞ-də yürüş edən gənclər qar fırtınasına düşüb öldü
21:58 Türkiyədə zəlzələ oldu
21:57 Gəncədə korrupsiya əməliyyatı - Həbs olunan var
21:54 Bu ərazilərdə işıq olmayacaq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:123
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:043
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:024
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:593
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:373
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:123
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:043
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:024
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:593
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:373
Leysan, dolu, qar - Sabahın havası
5.11.26 18:18131
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:123
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:043
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:024
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:593
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:373
Leysan, dolu, qar - Sabahın havası
5.11.26 18:18131

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.