• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
9.09.25 19:14
Hadisə
105

Masazır gölünə çirkab suları axıdanlar cərimələnəcəklər



Xəbər verdiyimiz kimi, ölkənin ən böyük duz yataqlarından biri olan Masazır gölünə kanalizasiya suyu axıdılır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, duz gölünə tullantı su axıdan vətəndaşlar cərimələnəcəklər.

“Masazır gölünün ətrafında xeyli sayda əhali qeyri-qanuni olaraq məskunlaşıb. Həmin ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatının mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Lakin əhalinin qanunsuz olaraq çirkab sularının Masazır gölünə axıdılmasının qarşısını almaq üçün göl ətrafında 2 yerdə nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə çirkab sular Novxanı kollektoruna, oradan da Sumqayıt Tullantı Sutəmizləyici Qurğularına ötürülür.

Sözügedən çirkab su axıntısı isə Masazır gölündən aralı və səviyyəcə hündür olan təbii göldən gələn sudur. Həmin gölün də ətrafında qeyri-qanuni məskunlaşan əhali çirkab sularını qanunsuz olaraq gölə axıdırlar. Həmin gölün də səviyyəsi əhalinin qanunsuz olaraq axıtdığı çirkab suların hesabına artaraq Masazır gölünə tökülür.

Mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan yararlanmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər”, - məlumatda vurğulanıb.

Xidmətdən bildirilib ki, əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir: “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrindəki tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir.

Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarının qarşısını almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlər barədə qanunauyğun şəkildə tədbir görürlər.

Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Oxşar Xəbərlər

backend
Sabah bu ərazilərdə qaz olmayacaq
25.07.24 22:00
İqtisadiyyat
backend
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
29.08.25 18:29
Hadisə
backend
SOCAR dövlətin milyonlarını çirkab sularda necə dəfn edir? – Bu görüntülər sizi şoka salacaq!
2.08.24 19:48
Hadisə
backend
Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
9.04.25 20:06
Hadisə
backend
Masazır sakini dəm qazından öldü
10.01.25 13:49
Hadisə
backend
Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır
15.06.23 18:00
Gündəm
backend
"Qurtuluş 93"də YANĞIN
24.08.23 17:21
Hadisə
backend
Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür? - AÇIQLAMA
4.03.24 20:03
Gündəm
backend
“Qanunsuz dediyiniz taksilər “20 Yanvar”dan yığışdırılsa da...”
4.09.24 20:48
Gündəm
backend
Sabah bu ərazilərdə qaz kəsiləcək
1.10.24 19:44
Hadisə
backend
Finlandiya Rusiya ilə sərhədi hasara aldı
14.09.23 19:56
Dünya
backend
Mərkəzi Parkda süni göl yaradılacaq
7.08.25 19:36
Gündəm
backend
Bu istiqamətlərdə sıxlığı aradan qaldırmaq üçün tədbirlər görüləcək
10.01.25 13:36
İqtisadiyyat
backend
Bakıdan Sumqayıta avtobusla gedənlərin nəzərinə!
11.09.24 20:09
Cəmiyyət
backend
Bu marşrut xətləri də “Bakubus” oldu
22.01.25 19:03
İqtisadiyyat
jorin128
0
jorin128 Офлайн 10 сентября 2025 14:26
Помощь с водительскими правами. Любая категория прав. Даже лишённым. Права вносятся в базу ГИБДД. Доставка прав. Подробная информация на сайте: http://pravaru.online
Цитировать Жалоба

XƏBƏR LENTİ

19:49 Sabah da yağış yağacaq
19:41 Bu ərazilərdə səhərə qədər su olmayacaq
19:38 Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
19:35 Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
19:32 Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
18:39 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
18:36 Daşkəsən sakini bıçaqlandı - Qayınatası tutuldu
18:34 Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
18:30 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
18:28 Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
19:30 Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
19:27 Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
19:04 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
18:34 Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
16:45 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
18:35 Temperatur 10° enəcək - Xəbərdarlıq
18:33 Türkiyədə Soma mədənində çökmə, 2 nəfər xilas edildi
18:29 Güclü külək əsəcək - Xəbərdarlıq
18:26 Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:23 Fransada məktəbli üsyanı ölkəni cənginə aldı - Nəqliyyat dayandı
19:15 Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı
19:11 Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü Sazişi təsdiqləndi quba-xezeryani-uzre-hasilatin-pay-bolgusu-sazisi-tesdiqlendi
19:07 Peşə məktəbinin söküləcəyi iddiaları ilə bağlı - Açıqlama
19:03 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
18:59 Küləkli hava ilə bağlı - Xəbərdarlıq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabah da yağış yağacaq
6.10.26 19:4975
Bu ərazilərdə səhərə qədər su olmayacaq
6.10.26 19:4159
Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
6.10.26 19:385
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
6.10.26 19:3583
Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
6.10.26 19:3284
backend
Sabah da yağış yağacaq
6.10.26 19:4975
Bu ərazilərdə səhərə qədər su olmayacaq
6.10.26 19:4159
Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
6.10.26 19:385
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
6.10.26 19:3583
Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
6.10.26 19:3284
Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
5.10.26 18:3985
backend
Sabah da yağış yağacaq
6.10.26 19:4975
Bu ərazilərdə səhərə qədər su olmayacaq
6.10.26 19:4159
Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
6.10.26 19:385
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
6.10.26 19:3583
Qara dənizdə gəmilərə PUA hücumlarından sonra - Təcili iclas çağırdı
6.10.26 19:3284
Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
5.10.26 18:3985

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.