• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
15.06.23 18:00
Gündəm
209

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır








İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.
Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün hazır vəziyyətə gətirilib. Yaradılan bütün imkanlar ödənişsiz istifadə üçün nəzərdə tutulub.
Bu il, həmçinin Sahil çimərliyində əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə lazımi şərait yaradılıb. Belə ki, sözügedən çimərlikdə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.
Qeyd edək ki, bu infrastruktur ölkədə ilk dəfə olaraq Şıx çimərliyində yaradılıb və gələcək illərdə digər ictimai çimərliklərdə də yaradılması nəzərdə tutulur. Nümunəvi ictimai çimərliklərin sayının artırılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.
Xatırladaq ki, 2023-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsulları tətbiq etməklə monitorinqlər keçirilib.
Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.
Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda, respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.
Aparılmış monitorinqlər zamanı həmin ərazilərdən götürülmüş dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.

Oxşar Xəbərlər

backend
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1.06.23 08:39
Maraqlı

XƏBƏR LENTİ

18:16 Temperatur 5 dərəcə enəcək - Xəbərdarlıq
18:14 18 marşrut xəttinin hərəkət sxemi dəyişdirilir
18:11 Külək güclənəcək - Xəbərdarlıq
18:08 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
18:06 İlin ilk Super Ayı görünəcək
18:07 Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
18:04 İlham Əliyev Trampa təşəkkür etdi
18:03 45 yaşlı kişi “lyuk”a düşüb öldü
18:00 Günəş tutulmasına baxan məşhur futbolçu gözlərindən əməliyyat olundu
17:58 Güclü külək əsəcək - Xəbərdarlıq
18:19 Bakı Təşəbbüs Qrupundan kiberhücumlarla bağlı - Açıqlama
18:15 Ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı
18:12 Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
18:09 Bu il neçə nəfər ölüb?
18:04 Reklam böhranına görə maaşları azaldı
18:36 XİN-də yeni təyinat
18:32 Cümşüdün ölümündə təqsirli bilinən rəisə - Hökm oxundu
18:30 Prezidentlə xanımı Vyetnama getdi
18:28 Küləklə bağlı - Xəbərdarlıq
18:24 Gəncədə maşın ağaca çırpıldı - Xəsarət alan var
19:40 Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
19:38 Almaniyada vətəndaşlığın verilməsi qaydaları sərtləşdirilə bilər
19:35 Özbəkistan vətəndaşı ölkəsinə təhvil verildi
19:33 Qızılın qiyməti kəskin ucuzlaşdı
19:30 Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Temperatur 5 dərəcə enəcək - Xəbərdarlıq
24.11.26 18:16129
18 marşrut xəttinin hərəkət sxemi dəyişdirilir
24.11.26 18:14150
Külək güclənəcək - Xəbərdarlıq
24.11.26 18:11106
Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
24.11.26 18:08109
İlin ilk Super Ayı görünəcək
24.11.26 18:065
backend
Temperatur 5 dərəcə enəcək - Xəbərdarlıq
24.11.26 18:16129
18 marşrut xəttinin hərəkət sxemi dəyişdirilir
24.11.26 18:14150
Külək güclənəcək - Xəbərdarlıq
24.11.26 18:11106
Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
24.11.26 18:08109
İlin ilk Super Ayı görünəcək
24.11.26 18:065
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
23.11.26 18:078
backend
Temperatur 5 dərəcə enəcək - Xəbərdarlıq
24.11.26 18:16129
18 marşrut xəttinin hərəkət sxemi dəyişdirilir
24.11.26 18:14150
Külək güclənəcək - Xəbərdarlıq
24.11.26 18:11106
Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
24.11.26 18:08109
İlin ilk Super Ayı görünəcək
24.11.26 18:065
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
23.11.26 18:078

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.