• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
8.08.24 19:58
Hadisə
121

Məhkəmə sabiq icra başçısı və onunla birgə mühakimə olunanlar barədə QƏRAR VERDİ





Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə mühakimə olunan digər şəxslərin kassasiya şikayətinə baxılıb.
Əyalətmedia.az xəbər verir ki, İsmayıl Vəliyev və suç ortaqları Ali Məhkəməyə üz tutublar və barələrindəki qərarın ləğv edilərək yeni baxış keçirilməsini xahiş ediblər. Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti təmin edilib. Aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv olunub, iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilib.
Qeyd edək ki, bu ilin fevralında Ali Məhkəmədə İsmayıl Vəliyev və digərləri barələrindəki qərardan kassasiya şikayətlərinə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Telman Zahidovun cəzası 5 il 6 aya, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Anar Cəfərovun cəzası 5 il 6 aya, Vurğun Əkbərovun cəzası 6 ilə, Vüqar Nağıyevin cəzası isə 5 il 8 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib. Yada salaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, Gültəkin Sadıqova 6 il 6 ay, Telman Zahidov 8 il 3 ay, Əjdər Kərimov, 8 il 6 ay, Anar Cəfərov 8 il, Vurğun Əkbərov 9 il, Vüqar Nağıyev isə 8 il azadlıqdan məhrum edilmişdilər.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 aya, Gültəkin Sadıqovanın cəzası 6 il 6 aydan 6 ilə, Əjdər Kərimovun cəzası isə 8 il 6 aydan 8 ilə endirilmişdi.
Xatırladaq ki, İsmayıl Vəliyev və digər vəzifəli şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunmuşdular. O zaman Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunurdu ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib. Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham olunmuşdular.
Musavat.com

Oxşar Xəbərlər

backend
Dövlətə xəyanətə görə tutularaq həbsdə ölən şəxslə bağlı şikayətə baxılıb
20.12.23 13:48
Hadisə
backend
Ali Məhkəmə həbsdə olan icra başçısının əmlakına dair qərar verdi
20.09.23 18:59
Cəmiyyət
backend
Həbsdə olan icra başçısı ilə bağlı yeni qalmaqal… – Sahibkarlara indiyədək ödəniş edilməyib
26.07.24 21:37
Cəmiyyət
backend
Qoçəli Mahmudovun oğluna qarşı 150 minlik dələduzluq edən şəxs bağlı QƏRAR
2.08.24 19:43
Gündəm / Hadisə
backend
Vüqar Səfərli ilə birgə ittiham olunan baş memar cəzadan azad edilib
22.04.24 21:29
Gündəm
backend
Səlim Müslümova hökm oxundu
17.01.24 21:43
Cəmiyyət
backend
“Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundu
4.06.24 22:40
Hadisə
backend
Bu ölkədə ölüm hökmü ləğv edildi
26.07.23 20:56
Dünya
backend
16 milyonluq yeyintidə ittiham olunan Ramin İsayev həbs qərarından narazıdır
18.07.23 11:49
Hadisə

XƏBƏR LENTİ

19:07 Taxta bazarında fəhlə öldü
19:06 Bu şəxslərlə bağlı qanun dəyişdi
19:05 Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi
19:03 Lisey və gimnaziyalara sənəd qəbulu başladı!
19:02 Odlu silahdan yaralanan çoban öldü
20:16 Bu ərazilərdə qaz kəsiləcək
20:14 Norveçin yeni Kralı and içdi
20:12 Prezidentdən Narendra Modi ilə görüşü barədə - Paylaşım
20:06 Bağçada yayılan iddialar haqda - Açıqlama
20:05 Bu ölkə tarixində ən isti yay qeydə alındı
19:08 Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
19:06 Magistraturaya boş qalan yerlərin nəticələri - Açıqlandı
19:04 42 yaşlı dünya çempionu faciəvi şəkildə öldü
19:00 Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama
18:56 Sumqayıtda 28 yaşlı kişi bıçaqlandı - Atası saxlanıldı
19:50 Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
19:48 Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
19:46 600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
19:42 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
19:38 Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
18:38 35° isti olacaq
18:36 42 yaşlı qadın müəmmalı şəkildə öldü
18:33 Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
18:29 Sabah Ay tutulacaq
18:26 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Taxta bazarında fəhlə öldü
2.09.26 19:075
Bu şəxslərlə bağlı qanun dəyişdi
2.09.26 19:065
Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi
2.09.26 19:055
Lisey və gimnaziyalara sənəd qəbulu başladı!
2.09.26 19:035
Odlu silahdan yaralanan çoban öldü
2.09.26 19:025
backend
Taxta bazarında fəhlə öldü
2.09.26 19:075
Bu şəxslərlə bağlı qanun dəyişdi
2.09.26 19:065
Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi
2.09.26 19:055
Lisey və gimnaziyalara sənəd qəbulu başladı!
2.09.26 19:035
Odlu silahdan yaralanan çoban öldü
2.09.26 19:025
Bu ərazilərdə qaz kəsiləcək
1.09.26 20:16100
backend
Taxta bazarında fəhlə öldü
2.09.26 19:075
Bu şəxslərlə bağlı qanun dəyişdi
2.09.26 19:065
Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi
2.09.26 19:055
Lisey və gimnaziyalara sənəd qəbulu başladı!
2.09.26 19:035
Odlu silahdan yaralanan çoban öldü
2.09.26 19:025
Bu ərazilərdə qaz kəsiləcək
1.09.26 20:16100

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.