• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
26.07.24 21:37
Cəmiyyət
91

Həbsdə olan icra başçısı ilə bağlı yeni qalmaqal… – Sahibkarlara indiyədək ödəniş edilməyib





2006-2020-ci illərdə əvvəl 5 il Astaranın, daha sonra 9 il Biləsuvarın icra başçısı vəzifəsində çalışmış, 2020-ci ildən isə həbsdə olan Mahir Quliyevlə bağlı daha bir məhkəmə qalmaqalı var.
“Perlit” şirkətinin rəhbəri Məhərrəm Ömrümov Biləsuvarda 2017-2018-ci illərdə tikdiyi “Bayraq Muzeyi” və “Gənclər Evi”nin pulunu indiyə qədər ala bilmədiyini, məhkəmələrin də buna göz yumduğunu deyir. O, xüsusən Ali Məhkəmənin hakimi Kəmalə Abıyevadan şikayətçidir. Bu haqda Ali Məhkəmənin Plenumuna kassasiya şikayətində yazıb.
Sahibkarın əlində 2017-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətilə bağlanmış 1 milyon 350 min manatlıq satınalma müqaviləsi var. Həm “Bayraq Muzeyi”, həm də “Gənclər Evi” 2018-ci ildə tikilib, təhvil verilib. Hətta obyektlərin açılışında Prezident də iştirak edib. Müqavilədə nəzərdə tutulan məbləğin 900 min manatını alsa da, qalan 450 min manat bugünədək verilməyib.
Məhkəmələr, o cümlədən Ali Məhkəmənin hakimi Kəmalə Abıyeva onun Biləsuvar Rayon İcra Hakimiyyətinə qarşı 450 min manat pul tələbilə olan şikayətini təmin etməyib. Əsas kimi bunu göstərib ki, sözügedən obyektləri “Perlit” şirkətinin tikdiyini təsdiqləyən sübut yoxdur.
Məhərrəm Ömrümov isə Ali Məhkəmənin Plenumuna yazdığı əlavə kassasiya şikayətində göstərir ki, onun icra hakimiyyətinə qarşı iddiasına baxılarkən tender müqaviləsini təqdim etməklə yanaşı, obyektlərin tikintisində iştirak etmiş şəxslər də dindirilib. Onlar da təsdiqləyiblər ki, obyektlərin tikintisini “Perlit” şirkəti həyata keçirib. Hətta şirkət rəhbəri pulun bir hissəsini ala bilmədiyinə görə sonda onlara maaşların verilməsində problemlər yaranıb. Onlara deyilib ki, icra hakimiyyəti pulu köçürən kimi ödəniləcək.
“Bayraq Muzeyi” və “Gənclər Evi”nin tikintisi zamanı istifadə olunmuş inşaat materiallarının satışı ilə məşğul olan sahibkar Azər İsayevin də pulu ödənilmədiyinə görə o da məhkəməyə müraciət edib. Lakin o, “Perlit” şirkətinin rəhbəri Məhərrəm Ömrümova qarşı iddia qaldırıb. O bildirib ki, “Bayraq Meydanı” və “Gənclər Evi”nin tikintisi üçün “Perlit” şirkətinə inşaat malları satıb. Artıq qalmış materiallar qaytarılandan sonra şirkətin ona 156 min manat borcu qalıb və indiyədək ödənilməyib.
O, həmin borcu və gecikdirilmiş müddətə görə əlavə 50 min manat tələb etsə də, məhkəmələr yalnız əsas borcla bağlı hissəni təmin edib. Məhərrəm Ömrümovun Azər İsayevə 156 min manat ödəməsi barədə qərar çıxarılıb. Bu işə də Ali Məhkəmədə hakim Kəmalə Abıyevanın sədrliyilə baxılıb və aşağı instansiya məhkəmələrinin qərarı qüvvədə saxlanılıb.
Məhərrəm Ömrümov Plenuma şikayətində vurğulayıb ki, Kəmalə Abıyeva Ali Məhkəmənin adından bir-birinə zidd olan iki qərar çıxarıb:
“İcra hakimiyyətinə qarşı olan iddiamla bağlı işdə “Bayraq Muzeyi” və “Gənclər Evi”ni mənim tikməyimi şübhə altına alıb, bu əsasla da şikayətimi təmin etməyib. Mənə qarşı qaldırılmış iddiada isə təsdiqləyir ki, həmin obyektləri mən tikmişəm, sərf olunmuş materialların pulunu da icra hakimiyyətindən almasam belə, mən ödəməliyəm. Bu, necə olur?”.
Bu məhkəmə proseslərində 2020-ci ilin aprelindən həbsdə olan icra başçısı Mahir Quliyevin özünün də dindirilməsi barədə vəsatət qaldırılıb. Çünki “Perlit” şirkətinin rəhbəri icra başçısının həbsinə qədər bir neçə dəfə ona müraciət edib, pulunu tələb etdiyini bildirir. Həmçinin sahibkar Azər İsayev də inşaat materiallarının pulunun ödənilməməsi ilə əlaqədar icra başçısı ilə görüşdüyünü deyir.
Lakin məhkəmə Mahir Quliyevin dindirilməsi barədə vəsatəti təmin etməyib.
2018-ci ilin sentyabrında Biləsuvarda “Gənclər Evi” və “Bayraq Muzeyi”nin açılışında Prezident İlham Əliyev də, icra başçısı Mahir Quliyev də iştirak edib.
Mahir Quliyev 2020-ci il aprelin 29-da DTX-nın əməliyyatı nəticəsində icra hakimiyyətinin binasında öz kabinetində saxlanılıb. 2022-ci ilin martında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 11 il azadlıqdan məhrumetmə cəzası verilib. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və digər maddələrilə təqsirli bilinib.
Bu yaxınlarda Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyilə onun şikayətinə baxılıb və cəzası azaldılaraq, 8 il 3 aya endirilib.
Dia-az.İnfo

Oxşar Xəbərlər

backend
Ali Məhkəmə həbsdə olan icra başçısının əmlakına dair qərar verdi
20.09.23 18:59
Cəmiyyət
backend
Səhiyyə Nazirliyi 90 çarpayılıq Şuşa Xəstəxanasının tikintisinə ayırdığı vəsaiti nə qədər şişirdib
15.07.24 21:52
Gündəm / Hadisə
backend
Jurnalist Mübariz Əhmədov vəfat edib
14.09.23 08:42
Hadisə
backend
Yel çərşənbəsinin havası AÇIQLANDI
12.03.24 13:40
Hadisə
backend
Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi
8.07.24 17:51
Gündəm

XƏBƏR LENTİ

20:32 Milli Məclis 5 sənədi ratifikasiya edəcək
20:31 TƏBİB-dəki bu vəzifə ona həvalə olundu
20:29 Bu ölkədə qadın ordu komandanı oldu - İlk dəfə
20:28 İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
20:26 Azərbaycan gimnastları dünya kubokunda “qızıl” qazandılar
20:24 “Atəşkəs hər an pozula bilər”
20:21 Prezidentin yeni Mətbuat katibi kimdir?
20:18 ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb
20:15 Danışıqların uğursuzluğunun səbəbini açıqladı
20:13 Bəhreyn İraqa nota verdi
18:58 Sığınacaq dağılsa, 400 itin taleyi necə olacaq? - Rəsmi açıqlama
18:55 Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir
18:53 “Fənərbaxça”nın futbolçusunun villası qarət edildi
18:52 “Vətəndaşın tələbləri əsassızdır” - Komitə
18:52 Taksi xidmətindən istifadə edərkən nələrə diqqət yetirməlisiniz?
18:49 Rusiyada güclü partlayış - 2 ölü
18:46 Naxçıvan Ombudsmanı ləğv edildi
18:43 Sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı
18:27 Avropada Hörmüzə görə aviasiya yanacağı ehtiyatları tükənir?
18:25 Azərbaycanın oyun studiyaları üçün nüfuzlu qlobal tədbirdə iştirak imkanı
18:53 22° isti olacaq
18:51 Şeyxin işdən çıxarılan oğlunun yerinə - Təyinat
18:48 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
18:46 “Şamaxı”nın futbolçusu, “Araz-Naxçıvan”ın baş məşqçisi cəzalandı
18:45 Dəm qazından zəhərlənən iki uşaq ailədən alındı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Milli Məclis 5 sənədi ratifikasiya edəcək
13.04.26 20:32120
TƏBİB-dəki bu vəzifə ona həvalə olundu
13.04.26 20:31120
Bu ölkədə qadın ordu komandanı oldu - İlk dəfə
13.04.26 20:29120
İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
13.04.26 20:28120
Azərbaycan gimnastları dünya kubokunda “qızıl” qazandılar
13.04.26 20:26121
“Atəşkəs hər an pozula bilər”
13.04.26 20:24120

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.