• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
17.08.26 19:03
Hadisə
89

Baş Prokurorluq 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi



Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, istintaq zamanı müəyyən olunmuşdur ki, Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Ətraflı

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilmiş, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilmiş, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Oxşar Xəbərlər

backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
Hərbi cinayətkarların işi məhkəməyə göndərildi
17.12.24 19:34
Hadisə
backend
Prokurorluq orqanlarının digər əməkdaşlarının sosial müdafiəsi gücləndirilib
18.01.24 21:33
Gündəm
backend
Doktorantura yaradılan ali məktəblərin yeni siyahısı təsdiqlənib
31.05.24 18:50
Cəmiyyət
backend
Azərbaycandakı diplomatik korpus üçün bölgədəki vəziyyətlə bağlı brifinq keçirilib
18.09.23 18:32
Siyasət
backend
Prezidentin müsahibəsi dünya mətbuatının gündəmində
19.12.24 19:20
Siyasət
backend
Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə!
23.12.24 18:13
Cəmiyyət
backend
2025-ci ildə strateji bərpa və yeni inkişaf mərhələsi
3.12.25 19:41
Gündəm
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
MM-nin komissiyasından Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı - Bəyanat
16.06.26 18:41
Siyasət
backend
Azərbaycanda yeni rayon yaradıldı
27.12.23 20:30
Gündəm
backend
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atributlar və simvollara görə cinayət məsuliyyəti müəyyənləşir
19.12.23 14:55
Gündəm
backend
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev
4.01.24 19:43
Siyasət
backend
Ramiz Zeynalov :Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır
21.05.23 12:21
Gündəm
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm

XƏBƏR LENTİ

19:08 Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
19:07 Bu ərazidə suyun verilişi bərpa olundu
19:06 Bu gün də Netanyahu ilə görüşdü
19:05 İki küçədə hərəkət məhdudlaşdırılacaq
19:03 Baş Prokurorluq 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi
19:30 Sabah güclü külək olacaq - Xəbərdarlıq
19:29 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
19:28 9 marşrutun hərəkəti dəyişdirildi
19:27 32 yaşlı kişi həyətində ölü tapıldı
19:26 İki həftəyə 2 milyarda yaxın qazandılar
19:00 Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
18:56 KTN də Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı
18:55 İş adamının qətlinin sifarişçisi tutulub - Azərbaycana gətirildi
18:45 İmişlidə yanğın törədən şəxs saxlanıldı
18:43 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı
18:24 Sabah 37° isti olacaq
18:21 Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılmışdı
18:18 Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı
18:10 Yeni Klinikaya mətbuat katibi təyin olundu
18:07 Meyiti qəbiristanlığın yaxınlığında tapıldı meyiti-qebiristanligin-yaxinliginda-tapildi
20:32 Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
20:29 Gəncədə iki nəfəri maşın vurdu
20:27 Ağdərədə əmək yarmarkası keçirildi agderede-emek-yarmarkasi-kecirildi
20:22 İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
20:18 CAR-da mədən çökdü - 14 işçi həlak oldu
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
17.08.26 19:08129
Bu ərazidə suyun verilişi bərpa olundu
17.08.26 19:0794
Bu gün də Netanyahu ilə görüşdü
17.08.26 19:06128
İki küçədə hərəkət məhdudlaşdırılacaq
17.08.26 19:05128
Baş Prokurorluq 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi
17.08.26 19:0390
backend
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
17.08.26 19:08129
Bu ərazidə suyun verilişi bərpa olundu
17.08.26 19:0794
Bu gün də Netanyahu ilə görüşdü
17.08.26 19:06128
İki küçədə hərəkət məhdudlaşdırılacaq
17.08.26 19:05128
Baş Prokurorluq 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi
17.08.26 19:0390
Sabah güclü külək olacaq - Xəbərdarlıq
14.08.26 19:3064
backend
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
17.08.26 19:08129
Bu ərazidə suyun verilişi bərpa olundu
17.08.26 19:0794
Bu gün də Netanyahu ilə görüşdü
17.08.26 19:06128
İki küçədə hərəkət məhdudlaşdırılacaq
17.08.26 19:05128
Baş Prokurorluq 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi
17.08.26 19:0390
Sabah güclü külək olacaq - Xəbərdarlıq
14.08.26 19:3064

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.