• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
2.12.25 18:54
Gündəm
362

Təhsil müəssisələrinin akkreditasiyası qaydası ilə bağlı - Yeni qərar




“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.Belə ki, təhsil müəssisələrinin akkreditasiyası qaydası dəyişib, akkreditasiya üçün toplanılan bal həddi aşağı endirilib.

Dəyişikliyə əsasən, Akkreditasiya Meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanacaq. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün maksimum bal ölçüsü Akkreditasiya Meyarları üzrə hesablanmış maksimum balların toplanmasından ibarət olacaq. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdiriləcək:

- maksimum balın 85-100 faizi - “uyğundur”;
- maksimum balın 70-84 faizi - “əsasən uyğundur”;
- maksimum balın 55-69 faizi - “qismən uyğundur”;
- maksimum balın 54 və daha aşağı faizi - “uyğun deyil”.
Akkreditasiya Şurası Agentliyin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edəcək və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq aşağıdakı qərarlardan birini qəbul edəcək:
- təhsil müəssisəsi və ya təhsil proqramı “uyğundur” və ya “əsasən uyğundur” qiymətləndirildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 70 faiz və ya yuxarı olması şərtilə), təhsil müəssisəsini və ya təhsil proqramını növbəti 5 (beş) il üçün tam akkreditasiya olunmuş hesab etmək;
- təhsil müəssisəsi və ya təhsil proqramı ilk dəfə keçirilən akkreditasiya qiymətləndirilməsinin nəticəsində “qismən uyğundur” hesab edildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faiz və ya yuxarı olması şərtilə), təhsil müəssisəsinə akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə vaxt verməklə təhsil müəssisəsini və ya təhsil proqramını 2 (iki) ildən sonra təkrar akkreditasiya etmək;
- əvvəlki dövrdə akkreditasiyadan keçmiş təhsil müəssisəsi və ya təhsil proqramı akkreditasiya qiymətləndirilməsinin nəticəsində “qismən uyğundur” hesab edildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faiz və ya yuxarı olması şərtilə), qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 (iki) il üçün uzatmaqla təhsil müəssisəsini və ya təhsil proqramını 2 (iki) ildən sonra təkrar akkreditasiya etmək;
- təkrar akkreditasiya nəticəsində təhsil müəssisəsinin və ya təhsil proqramının bu Qaydaların 4.30.1-ci yarımbəndində göstərilən tələblərə cavab vermədiyi müəyyən edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya olunmuş hesab etməmək;
- təhsil müəssisəsi və ya təhsil proqramı “qismən uyğundur” (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faizdən aşağı olması şərtilə) və ya “uyğun deyil” qiymətləndirildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya olunmuş hesab etməmək.

Qeyd edək ki, indiyə kimi Akkreditasiya Meyarları üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdirilib:

- maksimum balın 91-100 faizi - “uyğundur”;

- maksimum balın 76-90 faizi - “əsasən uyğundur”;

- maksimum balın 61-75 faizi - “qismən uyğundur”;

maksimum balın 60 və daha aşağı faizi - “uyğun deyil”.

Akkreditasiya Şurası Agentliyin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edir və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq aşağıdakı qərarlardan birini qəbul edib:
- təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının bütün tələblərinə “uyğundur” və ya “əsasən uyğundur” hesab edildikdə, növbəti 5 (beş) il üçün (tam müddətli) akkreditasiya etmək;
- təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “qismən uyğun” və ya hər hansı istiqamət üzrə “uyğun deyil” hesab edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 (iki) il üçün uzadaraq, təhsil müəssisəsini və ya proqramı 1 (bir) ildən sonra təkrar akkreditasiya etmək;
- təkrar akkreditasiya nəticəsində təhsil müəssisəsinin və ya təhsil proqramlarının bu Qaydaların 4.30.1-ci yarımbəndində göstərilən tələblərə cavab vermədiyi müəyyən edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək;
- təhsil müəssisəsi və ya təhsil proqramları təkrar akkreditasiyadan keçmədiyi təqdirdə və ya Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “uyğun deyil” hesab edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək.
İndiyə qədər akkreditasiya qiymətləndirilməsinin nəticəsi olaraq, təhsil müəssisəsinin və ya təhsil proqramının təkrar akkreditasiya olunması barədə qərar qəbul edildikdə, müvafiq olaraq təhsil müəssisəsinə və ya təhsil proqramına təhsilalanların qəbulu dayandırılıb. Dəyişikliyə əsasən, akreditasiya qiymətləndirilməsinin nəticəsi olaraq, təhsil müəssisəsinin və ya təhsil proqramının təkrar akkreditasiya olunması barədə qərar qəbul edildikdə, müvafiq olaraq təhsil müəssisəsinə və ya təhsil proqramına təhsilalanların qəbulunun azaldılması və ya dayandırılması məsələsinə baxılacaq.

Oxşar Xəbərlər

backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
Direktor və müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salındı
17.10.24 20:35
Gündəm
backend
Bu hallarda aviaşirkət baqaja görə məsuliyyət daşımayacaq
25.02.25 19:21
Hadisə
backend
Rəqabət Məcəlləsi qüvvəyə minib - FƏRMAN
23.01.24 21:58
Gündəm
backend
Azərbaycana ən çox bu ölkələrdən turist gəlir - Siyahı
26.11.25 19:05
Cəmiyyət
backend
150 bal toplamış abituriyentlərin nəzərinə!
12.08.24 20:28
Gündəm
backend
II qrupda 290 baldan yuxarı nəticə göstərənlər ödənişsiz təhsil alacaq
11.08.23 18:54
Gündəm
backend
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
20.12.23 13:35
Siyasət
backend
Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlandı
26.09.25 19:02
Hadisə
backend
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
14.06.24 21:30
Cəmiyyət
backend
Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib
2.07.24 21:45
Gündəm
backend
Azərbaycana turist axını artıb - Siyahıda israillilər də var
25.06.25 20:50
Gündəm
backend
Baş nazirdən bu sahibkarlıq subyektləri ilə bağlı - Qərar
3.11.25 20:34
Gündəm
backend
“Bu xidmətdən çətin həyat şəraiti olanlar istifadə edə biləcək”
25.02.25 19:49
Cəmiyyət
backend
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
8.05.23 21:53
Siyasət

XƏBƏR LENTİ

15:06 Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
15:04 Bu ərazilərdə pensiyalar ödənildi
15:02 Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
14:59 Ölkədə bir şagirdə 1700 manat xərclənir
14:57 22° isti... - Sabahın havası
18:31 Teymur Musayevə yeni vəzifə verildi
18:29 Küləklə bağlı - Xəbərdarlıq
18:27 Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
18:25 Xəstəxana qəzalı vəziyyətdə imiş - Nazirlik məlumat yaydı
18:22 Bu məhsullar bahalaşıb - Siyahı
15:54 Sabah 16° isti olacaq
15:52 Bəzi ərazilərdə qaz və işıq pulunda güzəşt təklif edilib
15:50 Avtomobilin vurduğu piyada 2 gün sonra öldü
15:47 Lixtenşteyn - Azərbaycan matçının hakimləri açıqlandı
15:44 Qırmızıbazarda traktor minaya düşdü - Xəsarət alan var
19:12 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
19:04 Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
19:02 Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
18:59 Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
18:37 İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
18:18 Leysan, dolu, qar - Sabahın havası
18:15 Məzuniyyətə çıxmaq məcburi olacaq
18:11 Finlandiyada azərbaycanlı dənizçiyə hökm oxunub
18:09 Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
18:07 Güclü külək əsir
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
13.11.26 15:06156
Bu ərazilərdə pensiyalar ödənildi
13.11.26 15:04142
Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
13.11.26 15:02142
Ölkədə bir şagirdə 1700 manat xərclənir
13.11.26 14:59149
22° isti... - Sabahın havası
13.11.26 14:57146
Teymur Musayevə yeni vəzifə verildi
12.11.26 18:31155
backend
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
13.11.26 15:06156
Bu ərazilərdə pensiyalar ödənildi
13.11.26 15:04142
Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
13.11.26 15:02142
Ölkədə bir şagirdə 1700 manat xərclənir
13.11.26 14:59149
22° isti... - Sabahın havası
13.11.26 14:57146
Teymur Musayevə yeni vəzifə verildi
12.11.26 18:31155

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.