• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
5.08.24 21:36
Gündəm
67

5 il öncənin faciəvi qələti – Özgə torpaqda özgə mahnısı altında rəqsin acı bədəli




Ermənistan baş naziri Nikol Paşinyanın əlində məlum xəritə, vaxtaşırı 29.7 min kv km-lik “real Ermənistan”dan dəm vurmasına baxmayın. Düz 5 il öncə o, tamamən fərqli düşüncədə idi, fərqli “xəritə”ni təbliğ edirdi.
Söhbət keçmiş Dağlıq Qarabağın ərazisi də daxil, Azərbaycanın 20%-lik torpaqlarının Ermənistan kimi göstərildiyi 40 min kv km-lik “xəritə”dən gedir. Həmin qondarma xəritə hətta hakim “Vətəndaş Müqaviləsi” partiyasının təbliğat çarxında da əksini tapmışdı...
Yəni az öncəki (2016) “Aprel döyüşləri”ndə aldıqları xəbərdaredici siqnala rəğmən, yenə göylə gedirdilər. Suverenliyimizə və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzə görünməmiş şəkildə lağ edirdilər.
Məhz o vaxt – 2019-cu il avqustun 5-də Xankəndində təşkil olunan təxribatçı “panerməni oyunları” zamanı N.Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vermişdi. Bununla da o, Azərbaycanla sülh danışıqlarının mənasızlığını rəsmən, net şəkildə təsdiqləyərək, Bakıya konfliktin həlli üçün tək bir seçimi - hərbi yolu saxlamışdı.
Hələ biz Nikol Paşinyan hökumətində müdafiə naziri olmuş David Tonoyanın o vaxt Azərbaycanı hədələyərək, “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatını demirik. Baş nazir buna görə ona hər hansı irad bildirməmişdi.
Özü də Tonoyan həmin açıqlamanı ABŞ-da səfərdə olarkən səsləndirmişdi. Gör nə dərəcədə özlərinə, “məğlubedilməz erməni ordusu”na əmin-arxayın idilər...
Sonrası bəlli: “məğlubedilməz ordu” mifinin 44 günə darmadağın edilməsi, ağrılı “Dəmir yumruq” və 10 noyabr (2020) kapitulyasiya sənədi...
Azərbaycanın işğal altındakı Şuşasında, Azərbaycan “Yallı”sı altında rəqsin ağır bədəli olmalı idi və oldu da. Allah gec edər, güc edər. O zalımları, təcavüzkarları, ifrata varanları heç sevməz.
Əfsus ki, erməni ondan sonra da ağıllanmadı. “Sülh göyərçini” obrazına girən Nikol Paşinyan ötən ilin sentyabrında Qarabağdakı mifik qurumun “müstəqillik günü” münasibətilə xunta rejiminin cani başçılarına “təbrik” göndərdi.
Beləcə, sağalmaq istəyən köhnə “yara”nın üzünü axmaqcasına təzədən qopardı. Bu, artıq “məxməri baş nazir”in Azərbaycana qarşı ikinci böyük və bağışlanmaz siyasi səhvi, lap dəqiqi, sarsaqlaması idi.
Nəticə yenə özünü çox gözlətmədi. Həmin ay (2023) Azərbaycan Ordusu cəmi 23 saata separatçı-quldur rejimin varlığına yağlı nöqtə qoydu. Rusiya bədməramlı qüvvələrin arxasında gizlənən qanunsuz birləşmələr bircə günə darmadağın edildi. Onların 1.5 milyard dollarlıq (!) silah-sursatı və hərbi texnikası Azərbaycanın öhdəsinə keçdi...
Yalançının yaddaşı olmaz. Amma bizim hafizəmiz ki, yerində. Heç nəyi unutmamışıq. Onu da yaxşı yadda saxlayırıq ki, kapitulyant ölkənin konstitusiyası beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğunlaşdırılmayınca Nikolun sülh haqda bəyanatlarına və əlində tutduğu “real Ermənistan” xəritəsinə çürük qoz da düşməyəcək.

Nəhayət, biz rəsmi İrəvanın üzdəniraq Minsk Qrupundan nə üçün bərk-bərk yapışdığının, niyə onun rəsmən ləğvinin əleyhinə olmasının səbəbini də gözəl bilirik – bitməyən torpaq iddiası, sağalmayan “miatsum” mərəzi...
Özləri bilər. Amma qonşularla dinc-yanaşı, rifah içində yaşamağın formulu çoxdan bəlli. Paşinyanın xoşladığı velosipedi təzədən kəşf etməyə nə lüzum? Barışıq resepti 4 ildir masada.
Bir dəfə yazmışdıq, təkrarlamaqda haylar üçün fayda var: Azərbaycan xalqının barışıq əli illərlə havada qalası deyil. Özlərini yaxşı aparmasalar, günün birində sülh əli təzədən “dəmir qapaz”a da çevrilə bilər.
Zira, hər şeyin bir sonu gəlir. Bizim barbar ermənilərə münasibətdə “sizi sevəcəyik, siz sevməsəz də” kimi altruist lüksümüz yoxdur, heç vaxt da olmayıb və nida işarəsi!
Zahid SƏFƏROĞLU

Oxşar Xəbərlər

backend
XİN Paşinyanın iddialarına CAVAB VERDİ
11.10.23 15:12
Siyasət
backend
Azərbaycanda Ermənistanın dağ-mədən xəritəsi hazırlanır
2.02.24 20:12
Gündəm
backend
İrəvandan Bakıya dəhlizlə bağlı təklif: “Hazırıq, istənilən vaxt…”
29.05.24 20:12
Gündəm
backend
Politoloq: “Paşinyan Rusiyaya MDB və KTMT-dən çıxacağının siqnalını verir”
19.10.23 18:51
Siyasət
backend
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etd
21.05.24 20:35
Siyasət

XƏBƏR LENTİ

19:07 Taxta bazarında fəhlə öldü
19:06 Bu şəxslərlə bağlı qanun dəyişdi
19:05 Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi
19:03 Lisey və gimnaziyalara sənəd qəbulu başladı!
19:02 Odlu silahdan yaralanan çoban öldü
20:16 Bu ərazilərdə qaz kəsiləcək
20:14 Norveçin yeni Kralı and içdi
20:12 Prezidentdən Narendra Modi ilə görüşü barədə - Paylaşım
20:06 Bağçada yayılan iddialar haqda - Açıqlama
20:05 Bu ölkə tarixində ən isti yay qeydə alındı
19:08 Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
19:06 Magistraturaya boş qalan yerlərin nəticələri - Açıqlandı
19:04 42 yaşlı dünya çempionu faciəvi şəkildə öldü
19:00 Psixoloqdan şiddət görən autizmli uşaqla bağlı - Açıqlama
18:56 Sumqayıtda 28 yaşlı kişi bıçaqlandı - Atası saxlanıldı
19:50 Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
19:48 Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
19:46 600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
19:42 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
19:38 Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
18:38 35° isti olacaq
18:36 42 yaşlı qadın müəmmalı şəkildə öldü
18:33 Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
18:29 Sabah Ay tutulacaq
18:26 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Taxta bazarında fəhlə öldü
2.09.26 19:075
Bu şəxslərlə bağlı qanun dəyişdi
2.09.26 19:065
Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi
2.09.26 19:055
Lisey və gimnaziyalara sənəd qəbulu başladı!
2.09.26 19:035
Odlu silahdan yaralanan çoban öldü
2.09.26 19:025
backend
Taxta bazarında fəhlə öldü
2.09.26 19:075
Bu şəxslərlə bağlı qanun dəyişdi
2.09.26 19:065
Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi
2.09.26 19:055
Lisey və gimnaziyalara sənəd qəbulu başladı!
2.09.26 19:035
Odlu silahdan yaralanan çoban öldü
2.09.26 19:025
Bu ərazilərdə qaz kəsiləcək
1.09.26 20:16100
backend
Taxta bazarında fəhlə öldü
2.09.26 19:075
Bu şəxslərlə bağlı qanun dəyişdi
2.09.26 19:065
Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi
2.09.26 19:055
Lisey və gimnaziyalara sənəd qəbulu başladı!
2.09.26 19:035
Odlu silahdan yaralanan çoban öldü
2.09.26 19:025
Bu ərazilərdə qaz kəsiləcək
1.09.26 20:16100

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.