• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
19.10.23 18:51
Siyasət
143

Politoloq: “Paşinyan Rusiyaya MDB və KTMT-dən çıxacağının siqnalını verir”



“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya Müstəqil Dövlətlər Birliyi (MDB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağının siqnalını verir”.

Bunu açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Ermənistan birdəfəlik Rusiyanın ağuşundan qurtulmaq istəyir: “Artıq Ermənistan KTMT-dəki nümayəndəsini geri çağırıb. MDB-ni açıq şəkildə boykot edir. Bir neçə gün əvvəl MDB-nin Bişkekdə keçirilən zirvə toplantısına Nikol Paşinyan getmədi, həmçinin Ermənistanın xarici işlər naziri XİN başçılarının görüşünə qatılmadı. Bunlar Rusiyaya siqnaldır ki, mən MDB və KTMT-dən də çıxıram. Ermənistan Avrasiya İqtisadi İttifaqını da ərizə verib. Bu o deməkdir ki, Ermənistan Rusiyanın ağuşundan tam çıxmaq istəyir”.

Ekspert deyib ki, Nikol Paşinyanın bu istəkləri fonunda qaldırdığı iddialar əsassızdır: “Ermənistan Rusiya ilə münasibətlərini açıq formada ifadə etməli, yarımhəqiqətlərə söykənib məsələləri malalamaqla məşğul olmamalıdır. Nikol Paşinyan Rusiyadan uzaqlaşırsa, cəsarətli olmalıdır, böhtan atmamalıdır. Rusiya İkinci Qarabağ müharibəsi zamanı Ermənistana ciddi yardım göstərdi. Hər gün iki böyük yük təyyarəsi 21 ton silah-sursatla İrana uçuş edirdi. Həmin silahlar oradan İran TIR-ları vasitəsilə Ermənistana daşınırdı. Bu gün Ermənistanın üstüörtülü də olsa, Rusiyanı ona dəstək göstərməməkdə günahlandırması ən başda buna görə yanlışdır. Nikol Paşinyanın ikinci böyük səhvi isə həmin müharibədə KTMT qoşunlarından Ermənistana dəstək göstərməsini gözləmək oldu. Çünki müharibə Azərbaycan ərazisində gedirdi, Ermənistanın ərazisinə daxil olunmamışdı. KTMT-nin əsasnaməsində isə qurumun qüvvələrinin üzv dövlətlərdən birinin ərazisinə hücum olarsa, işə qarışacağı qeyd edilib. Axı Qarabağ müharibəsində təcavüzkar Ermənistanın özü idi. Azərbaycan Ordusu, sadəcə, erməni silahlılarını ərazimizdən çıxarırdı, buna görə də məsələyə KTMT müdaxilə edə bilməzdi”.

Q.Hüseynli Ermənistanın bir tərəfdən özünü sülh müqaviləsi imzalamaqda maraqlıymış kimi göstərib, digər tərəfdən Azərbaycana qarşı yalan fikirlər səsləndirməsindən də söz açıb: “Nikol Paşinyan Rusiya ilə münasibətlərini tam açıqlamaq cəsarətində olmadığı üçün bəzi məsələlərdə Azərbaycanı təqsirləndirir. Artıq Azərbaycan suverenliyini tam təmin edib və ona müharibə lazım deyil, bundan sonra quruculuq işləri ilə məşğul olacaq. Ermənistan guya Azərbaycanın bu ölkəyə hücum edəcəyi fikrini yaratmağa çalışır. Bu fikirləri səsləndirərək Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırış edilir, könüllü şəkildə Qarabağdan gedən ermənilərin qaytarılması ilə bağlı hay-həşir salınır. Daha sonra isə sülh müqaviləsinin imzalanmasını istəyirlər. Ardıcıl və stabil olmaq lazımdır. Rusiya ilə gərgin münasibətlərinin Azərbaycana aidiyyəti yoxdur. Ola bilər ki, Qərb Paşinyanı qəbul edir, ona müəyyən vədlər verir, Paşinyan da, öz növbəsində, Qərbə inteqrasiya xəttini götürür, burada problem yoxdur, amma eyni zamanda Rusiya ilə bağlı məsələləri də hüquqi dildə açıb deməlidir. Onu etməyə isə Ermənistanın cəsarəti çatmır”.

Oxşar Xəbərlər

backend
Paşinyan Rusiyaya GETDİ
7.06.23 12:24
Dünya

XƏBƏR LENTİ

20:24 Qulaqdibi xəstəliyi ilə bağlı - Rəsmi açıqlama
20:23 Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
20:22 Dünya media trendlərinin gələcəyi Qarabağda müzakirə olunur
20:21 Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
20:01 “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
21:11 6 ayda bu qədər şəxsə əlillik verilib
21:09 61 yaşlı qadın evində ölü tapıldı
21:07 Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib
21:04 Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
20:52 Paytaxtın bu yollarında təmir gedir - Siyahı
18:33 Şuşadakı abidələrin korlanması - Qadağan edildi
18:31 Balakən sakinini sel apardı
18:29 Kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərin nəzərinə!
18:27 40 il öncə Məkkəyə gedib ölkəsinə qayıda bilmirdi - Türkiyə hərəkətə keçdi
18:22 Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!
20:05 2029-cu ildə əhali siyahıya alınacaq
20:03 Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
20:02 İyul pensiyaları bu tarixdə veriləcək
20:00 Başçının müavini idi, I müavin oldu
19:58 Ağdamda minik avtomobili yük maşını ilə toqquşdu - Xəsarət alanlar var
19:59 Magistr olmaq istəyən jurnalistlərin nəzərinə!
19:55 Sənəd qəbulunun müddəti uzadıldı
19:52 Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi
19:48 FHN hava ilə bağlı əhaliyə - Müraciət etdi
19:34 Sabah bu ərazidə qaz olmayacaq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Qulaqdibi xəstəliyi ilə bağlı - Rəsmi açıqlama
10.07.26 20:24138
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
10.07.26 20:23138
Dünya media trendlərinin gələcəyi Qarabağda müzakirə olunur
10.07.26 20:22137
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
10.07.26 20:21125
“AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
10.07.26 20:01133
6 ayda bu qədər şəxsə əlillik verilib
9.07.26 21:11135
backend
Qulaqdibi xəstəliyi ilə bağlı - Rəsmi açıqlama
10.07.26 20:24138
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
10.07.26 20:23138
Dünya media trendlərinin gələcəyi Qarabağda müzakirə olunur
10.07.26 20:22137
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
10.07.26 20:21125
“AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
10.07.26 20:01133
6 ayda bu qədər şəxsə əlillik verilib
9.07.26 21:11135

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.