• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
29.07.24 22:10
Gündəm
103

Vəliyevin oğluna deputatlıq olar, Qəribovun oğluna yox?






Qarşıdan gələn parlament seçkisi bir çox xüsusiyyətlərilə əvvəlkilərdən seçilir ki, bunlardan biri də deputatlıq kreslosu uğrunda “vərəsəlik prinsipi”nin özünü daha qabarıq və eybəcər şəkildə büruzə verməsidir.
Məlum olduğu kimi, YAP-ın namizədlər siyahısına 3 sabiq deputatın övladlarının adları salınıb. Bunlar Şaitdin Əliyevin qızı (sonradan atasının MSK üzvü olması səbəbindən adı siyahıdan çıxarılıb), Əhməd Vəliyevin oğlu və Tahir Süleymanovun oğludur. Bundan əlavə, Fəzail Ağamalı da öz qızının namizədliyinin öz “nəhəng” partiyası partiyası tərəfindən irəli sürüldüyünü bəyan etdi.
Təbii ki, bu “gənc kadrların” qabağa çəkilməsi hansısa siyasi qüvvənin iradəsindən daha çox həmin “gələcək deputatlar”ın atalarının “xüsusi təşəbbüsünün”, hakimiyyətdəki əlaqələrinin, canfəşanlığının və ən əsası isə tamahkarlığının, “siyasi görməmişliyinin” nəticəsidir. Bu da zatən Azərbaycanda uzun illərdir ürək açan olmayan parlament seçkisi mənzərəsini daha da bulanıq vəziyyətə gətirir...
Bir neçə gün əvvəl Kürdəmirdəki 62 saylı seçki dairəsində baş verən insidentlə bağlı məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, mərhum deputat, ləğv edilmiş "Debüt Bank" -ın prezidenti olmuş Fərhad Qəribovun oğlu Rəşad Qəribov Kürdəmirdə qalmaqal yaradıb. O, 62 saylı seçki dairəsindən bitərəf kimi namizədliyini irəli sürüb. Həmin dairədən 2016-cı ildə onun atası Fərhad Qəribov deputat seçilib. Rayonda və paytaxt Bakıda biznes sahibi olan R.Qəribov qısa zamanda imzaları və sənədləri DSK-ya təqdim edib. Lakin komissiya müxtəlif bəhanələrlə onun sənədlərini qəbul etməyib. Buna görə Rəşad Qəribov işçilərini və qohumlarını komissiyasının ətrafına toplayaraq imzalarının qəbul edilməsini tələb edib. 300-ə qədər Kürdəmir sakini DSK-nın qarşısına yığılıb və əraziyə polis cəlb ediləndən sonra Qəribov tərəfdarlarını dağılışmağa çağırıb, bununla da insident yekunlaşıb.

Kürdəmirdə baş verənlər onu göstərir ki, müvafiq instansiyalar R.Qəribovun nəinki deputat olmasını, hətta namizədliyini görmək istəmirlər. Bu şəxs xüsusi siyasi savadı, fəallığı, rayon ictimaiyyəti üçün gördüyü işləri ilə seçilməsə də, Kürdəmirdə böyük bir nəsli təmsil edir. Atası mərhum Fərhad Qəribov vaxtilə deputat olduğu kənddə müəyyən işlər görüb, nüfuza malik olub və sair. Bütün bunlar onun seçkidə digər namizədlərə qarşı rəqabət aparmaq, “başağrısı yaratmaq” imkanlarından xəbər verir. Xüsusilə də nəzərə alsaq ki, bu dairədən YAP-ın irəli sürdüyü Kazımova Yadigar Təvəkgül qızı tamamilə yeni addır və ölkə ictimaiyyəti üçün bu ad heç nə demir, o zaman vəziyyət daha da qəlizləşə bilər. Bu baxımdan R.Qəribov sözügedən dairədə ciddi problemlər yarada bilərdi. Digər yandan isə onun öz yaxınlarını DSK-nın qarşısına toplaması cəsarətindən xəbər verir...
Ancaq onu da qeyd edək ki, bu dairədən sonuncu deputat rəsmən bitərəf kimi qeydiyyatdan keçən Əminə Ağazadə olub. O, bu seçkidə də namizədliyini eyni dairədən irəli sürüb. Odur ki, bu dəfə də onun parlamentə keçiriləcəyi gözləniləndir. Təbii ki, bütün bunların nə ilə nəticələnəcəyi və R.Qəribovun da digərləri kimi səssiz-səmirsiz çəkilməsi ehtimalının yüksək olduğu başqa bir mövzunun söhbətidir. Ancaq görünən odur ki, “vərəsəlik prinsipi”nin eybəcər şəkildə “at oynatdığı” parlament seçkisində R.Qəribov da namizədliyi irəli sürülən digər deputat övladları kimi atasının yerinə seçilmək iddiasına və hüququna malikdir. Hətta onlardan daha döyüşkən və iddialı görünür. Ən azından digər deputat övladlarından nə artıqdır, nə də əskik. Onun məntiqindən çıxış etsək, sual yaranır: niyə Vəliyevin, Süleymanovun oğluna, Ağamalının qızına olar, Qəribovun oğluna olmaz?
Yeri gəlmişkən, Babək prospektində “Dədəmin” adlı bir avtosalon var. Bu gedişlə artıq Azərbaycanda təkcə şəxsi obyektlərin deyil, DSK-ların da üzərinə deputat övladlarının “Dədəmin dairəsi” yazdırmasının şahidi olsaq, gərək təəccüblənməyək...
Təəssüf ki, seçkiyə, parlamentə qarşı çoxdan laqeyidləşmiş Azərbaycan seçicisi üçün Vəliyevin, Süleymanovun, yaxud Qəribovun oğlunun deputat olması heç bir fərq etmir. Onun üçün bunların hamısı “bir bezin qırağıdır”. Lakin bir şey dəqiqdir ki, seçici üçün sabiq deputatların öz övladlarını müxtəlif əyri-üyrü yollarla parlamentə dürtmək cəhdləri sadəcə, görməmiş davranış kimi görünür...
Ancaq Azərbaycan qanunverici orqanına, cəmiyyətinə yeni heç nə gətirməyən, heç bir ictimai fəaliyyəti, faydası ilə seçilməyən bəzi “görməmişlərdən” fərqli olaraq, parlamentdə bir də Vahid Əhmədov nümunəsi var. Artıq namizədliyini verməyəcəyini bəyan edən Əhmədov uzun illər Milli Məclisdə Azərbaycan siyasi reallıqlarının imkan verdiyi şərtlər daxilində və hətta bundan da artıq, qorxmadan, kişi kimi işlədi, kişi kimi özünün və xalqın sözünü dedi və kişi kimi də getdi...

Oxşar Xəbərlər

backend
YAP əvvəlki seçkilərdə neçə mandat qazanmışdı?
18.07.24 21:28
Siyasət
backend
Qalmaqallı dairələrin yeni namizədləri... - Biri 34 yaşlı xanımdır
17.07.24 22:01
Siyasət
backend
Gürcüstanda altı müxalifət partiyası parlament seçkiləri ərəfəsində "Birlik Bəyannaməsi" imzalayıb
25.06.24 19:27
Dünya
backend
Namizədliyi irəli sürülmüş qadınların sayı artıb
17.07.24 22:30
Cəmiyyət
backend
Türkiyə parlamentinə müvəqqəti olaraq Devlet Bahçeli sədrlik edəcək
16.05.23 08:37
Dünya
backend
Rəşad Musayev : Canlı əfsanəyə çevrilən fenomen şəxsiyyət
10.05.23 11:52
Bölgə
backend
Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq
23.02.24 20:34
Siyasət
backend
Bədəl Bədəlov YAP-ın siyahısına necə düşüb? SOCAR-ın sabiq vitse-prezidenti qaranlıq keçmişi…
22.07.24 22:49
Gündəm / Hadisə
backend
VHP seçki ilə bağlı qərar verdi:Sabir Rüstəmxanlı yenə namizəd olacaq
27.06.24 22:23
Siyasət

XƏBƏR LENTİ

18:30 Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
18:25 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
18:22 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
18:17 Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi
18:48 Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
18:46 Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub
18:43 Sabah bu ərazilərdə qaz olmayacaq
18:41 Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
18:37 Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
18:35 Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18:25 Azərbaycan Kubokunun püşkü atıldı
18:13 Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18:05 Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18:02 Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18:49 Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
18:46 13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı
18:43 DSK-lar yenidən formalaşdırılır - Yenilənib
18:37 Gürcüstan İran ilə hava əlaqəsini kəsdi
18:33 Lerikdə zəlzələ olub
19:28 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
19:23 Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
19:20 “Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
19:16 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
19:14 Ailəsini ölümlə təhdid etdilər deyə 6 qol buraxdı
18:17 Rayonlarda leysan olacaq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22.09.26 18:30136
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
22.09.26 18:25138
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22.09.26 18:22139
Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi
22.09.26 18:17139
backend
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22.09.26 18:30136
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
22.09.26 18:25138
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22.09.26 18:22139
Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi
22.09.26 18:17139
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
21.09.26 18:48131
Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub
21.09.26 18:46131
backend
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22.09.26 18:30136
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
22.09.26 18:25138
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22.09.26 18:22139
Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi
22.09.26 18:17139
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
21.09.26 18:48131
Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub
21.09.26 18:46131

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.