• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
30.04.24 21:42
Gündəm
129

Bakıda Polşanın Konstitusiya Günü qeyd olunub




Bakıda Polşanın Konstitusiya Günü günü qeyd olunub.

APA xəbər verir ki, tədbirdə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski çıxış edib. Diplomat günün əhəmiyyətinə toxunub: "Dünyadakı bütün polyaklar üçün xüsusi gündə - 3 may 1791-ci il Konstitusiyasının qəbulunun ildönümündə bizə qoşulduğunuz üçün çox sağ olun. 233 il əvvəl dövlət sistemini tənzimləyən, Avropanın ilk müasir əsas qanunu - Konstitusiya Varşavadakı Kral Sarayında birləşmiş Polşa Krallığının və Böyük Litva Knyazlığının parlamenti tərəfindən qəbul edilib. Konstitusiya Birliyin yeni hakimiyyət sistemini elan etdi və dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan bir çox millətlərin azadlıq və hüquqlarını təsdiq etdi".

Səfir qeyd edib ki, 1918-ci ildə siyasi müstəqillik əldə etdikdən dərhal sonra həm Polşa, həm də Azərbaycan bütün vətəndaşları üçün fundamental azadlıqlara və bərabər demokratik hüquqlara əsaslanan konstitusiyalar qəbul etdilər: “Həmin seçimlər 1990-cı ildə polyaklar və azərbaycanlılar tərəfindən kommunist mirasından qurtularkən də təkrarlandı. Bu, XX əsrin əvvəllərində və son üç onillikdə yaxşı və fəal Polşa-Azərbaycan əməkdaşlığının əsaslarını yaratdı. Bu gün biz bu əlaqələri artıq nəzərəçarpan nəticələr verən və davam edən layihələrlə genişləndirməkdən məmnunuq".

Diplomat xatırladıb ki, ötən ilin sonunda Polşada yeni hökumət yaradılıb: "Xarici işlər naziri vəzifəsinin icrasına başladıqdan az sonra nazir Radoslav Şikorski azərbaycanlı həmkarı nazir Ceyhun Bayramov ilə telefon danışığı aparıb. Nazirlər əməkdaşlıq planlarını müzakirə edib, müvafiq olaraq paytaxtlarımıza səfər edilməsi müzakirə olunub və həmçinin Polşa-Azərbaycan əməkdaşlığı müzakirə mövzusu olub. Ötən həftə Polşa parlamenti qarşısında çıxış edən nazir Şikorski Cənubi Qafqaz multimodal nəqliyyat dəhlizlərinin inkişafını ikitərəfli və beynəlxalq əməkdaşlığın mühüm amili kimi qeyd edib. Şərq Tərəfdaşlığı proqramı və Aİ-nın Qonşuluq Siyasəti də bütün iştirakçı tərəfdaşların xeyrinə təhlükəsizlik və rifah sferasını genişləndirmək üçün vasitələr kimi vurğulanıb".

Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev də çıxış edib. Nazir müavini iki ölkə arasında əlaqlərə toxunaraq onun tarixi köklərə söykəndiyini deyib.

Nazir müavini vurğulayıb ki, münasibətlər yüksək səviyyədədir, ölkələr arasında davamlı siyasi dialoq var.

Fariz Rzayev qarşılıqlı yüksək səviyyəli səfərlərə və hökumətlərarası komissyanın fəaliyyətinə toxunaraq bunun münasibətlərin dərinləşməsinə töhfə verdiyini vurğulayıb: "Əminəm ki, xalqlarımızın rifahı naminə münasibətlərimiz birgə səylər nəticəsində daha da genişlənəcək".

Oxşar Xəbərlər

backend
Rusiya raketi Polşanın hava məkanına daxil olub
29.12.23 20:47
Dünya
backend
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
10.05.23 17:30
Dünya
backend
İpoteka ilə bağlı yeni qərar kimlərə şamil olunacaq? - AÇIQLAMA
24.05.23 12:25
İqtisadiyyat
backend
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olundu
23.02.24 20:30
Gündəm
backend
Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ləğv olunur
20.06.23 14:17
Gündəm
backend
Prezident Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan tədbirin iştirakçılarına müraciət ünvanlayıb
4.07.23 10:46
Siyasət
backend
Milli Məclisin Daxili Nizamnaməsində dəyişiklik edildi
19.10.23 18:45
Siyasət
backend
Azərbaycanda uşaq hüquqları aylığı elan olundu
20.10.23 10:13
Cəmiyyət

XƏBƏR LENTİ

19:12 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
19:04 Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
19:02 Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
18:59 Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
18:37 İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
18:18 Leysan, dolu, qar - Sabahın havası
18:15 Məzuniyyətə çıxmaq məcburi olacaq
18:11 Finlandiyada azərbaycanlı dənizçiyə hökm oxunub
18:09 Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
18:07 Güclü külək əsir
18:34 Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
18:30 Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
18:27 Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
18:16 Güclü külək əsəcək - Xəbərdarlıq
18:13 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
18:55 Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
18:44 Sabah hava necə olacaq?
18:40 Bakıda duman var
18:38 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
18:14 Trampdan İsraillə bağlı şok qərar
22:03 3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir
22:01 ABŞ-də yürüş edən gənclər qar fırtınasına düşüb öldü
21:58 Türkiyədə zəlzələ oldu
21:57 Gəncədə korrupsiya əməliyyatı - Həbs olunan var
21:54 Bu ərazilərdə işıq olmayacaq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:126
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:045
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:027
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:596
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:376
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:126
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:045
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:027
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:596
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:376
Leysan, dolu, qar - Sabahın havası
5.11.26 18:18132
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:126
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:045
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:027
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:596
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:376
Leysan, dolu, qar - Sabahın havası
5.11.26 18:18132

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.