• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
10.02.24 19:45
Gündəm
164

Ombudsmandan mediada uşaq hüquqlarının pozulması halları ilə bağlı ÇAĞIRIŞ



Ombudsman Səbinə Əliyeva mediada uşaq hüquqlarının pozulması halları ilə bağlı müraciət edib.

Ombudsman Aparatından verilən məlumata görə, bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən aparılan araşdırmalara əsasən, mediada yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məlumatların, materialların media subyektləri və jurnalistlər tərəfindən yayılması zamanı qanunvericiliyin tələblərinin pozulması halları müşahidə edilir:

"Belə ki, bir çox media subyektləri tərəfindən yetkinlik yaşına çatmayan şəxslərlə bağlı dərc olunan və ya yayımlanan materiallarda həmin şəxslərin fotoşəkli və ya videogörüntüləri də daxil olmaqla fərdi məlumatlarının aşkar surətdə verilməsi hallarına rast gəlinir. Bununla yanaşı, bəzi media subyektləri tərəfindən böyük izləyici kütləsini cəlb etmək məqsədilə uşaqların mənafeyinə, həyat və sağlamlığına zərər gətirməklə, onların iştirakı ilə sensasiya doğuran xəbər şəklində yayımlanan materiallar xüsusilə təəssüf doğurur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

“Media haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, media subyekti və jurnalist tərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir.

Bununla yanaşı, həmin qanunda mediada informasiyanın dərc olunması və yayımlanması zamanı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməsinin vacibliyi təsbit edilmişdir.

Ətraflı
Media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə edilməsi, yəni, açıqlanması qanunla qadağan edilən informasiyanın yayılması və ya informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlanması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Uşaqların həyat və sağlamlığı üçün təhlükə yaradacaq, onların özünə qəsd etməsinə səbəb ola biləcək materialların yayımlanması, belə materiallarda uşağa dair fərdi məlumatların yer alması yolverilməzdir.

Bu baxımdan, media subyektləri və jurnalistlər tərəfindən uşaqlarla bağlı hər hansı materialın yayılmasından öncə bunun səbəb ola biləcəyi nəticəyə mütləq diqqət yetirilməli və uşağın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir.

Hazırlanan materialın məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı və onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir. Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şərait yaradılmalıdır.

Qeyd edilənləri nəzərə alaraq, media subyektlərini və jurnalistləri peşə fəaliyyətlərini həyata keçirdiklərizaman uşaqların mənafelərini üstün tutmağa və uşaqlarla bağlı məlumatların yayılmasında həssas yanaşma nümayiş etdirməyə çağırıram"

Oxşar Xəbərlər

backend
Azərbaycanda uşaq hüquqları aylığı elan olundu
20.10.23 10:13
Cəmiyyət
backend
DİN-in vəzifələri artırıldı
19.01.24 21:29
Gündəm
backend
Yetkinlik yaşına çatmayan şəxslərə dair yeni qadağa müəyyənləşir
17.11.23 14:31
Gündəm
backend
Ombudsman Aparatı və MSK Masallıda seçki hüquqları ilə bağlı tədbir keçirdi
24.01.24 23:11
Siyasət
backend
MSK ilə birgə fəaliyyət planı tərtib olunub - Ombudsman
20.01.24 20:08
Siyasət
backend
Səhiyyə Nazirliyi uşaqların qızılcaya qarşı peyvəndlənməsi ilə bağlı MƏLUMAT YAYDI
5.12.23 12:41
Cəmiyyət
backend
Ombudsman bu dərmanların alınmasına ayrılan vəsaitin artırılmasını təklif edib
3.11.23 12:12
Gündəm
backend
Anasını bıçaqlayan şəxs saxlanılıb
23.10.23 09:56
Hadisə

XƏBƏR LENTİ

19:04 Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
19:01 Pezeşkian Ermənistana gedir
18:59 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
18:57 8 marşrutun hərəkət istiqaməti dəyişdirilir
18:55 Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
18:52 Dağıstanın yeni rəhbəri o oldu
19:35 İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
19:31 Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü bilgehde-suretle-hereket-eden-avtomobil-asdi
19:27 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
19:22 Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
18:58 İran ABŞ ilə dəhşətli müharibəyə hazırlaşır - KİV
21:00 XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
20:51 Tacikistanda zəlzələ oldu
20:45 Rusiyada yapon jurnalist həbs olundu - Casusluqda ittiham olunur
20:36 Millimiz Qazaxıstana yollandı
18:37 Arvadını öldürən şəxs mirasdan məhrum edildi
18:12 Pensiya artımları ilə bağlı - Açıqlama
18:10 Qonşusunu təhdid edən şəxs həbs olundu
18:07 Tələbə otaq yoldaşını bıçaqladı
18:05 Mərkəzinin baş həkimi işdən çıxarıldı nardaran-saglamliq-merkezinin-bas-hekimi-isden-cixarildi
17:59 Güclü külək əsəcək - Xəbərdarlıq guclu-kulek-esecek
18:51 Şirkət sürücüsü iş başında öldü
18:47 Dünya opera ulduzları bu tamaşaya görə Bakıya gəlir
18:33 Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
18:30 Hörmüzdə qaz tankeri vurulub
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
15.10.26 19:04139
Pezeşkian Ermənistana gedir
15.10.26 19:01140
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
15.10.26 18:59139
8 marşrutun hərəkət istiqaməti dəyişdirilir
15.10.26 18:57114
Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
15.10.26 18:55139
Dağıstanın yeni rəhbəri o oldu
15.10.26 18:52142
backend
Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
15.10.26 19:04139
Pezeşkian Ermənistana gedir
15.10.26 19:01140
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
15.10.26 18:59139
8 marşrutun hərəkət istiqaməti dəyişdirilir
15.10.26 18:57114
Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
15.10.26 18:55139
Dağıstanın yeni rəhbəri o oldu
15.10.26 18:52142
backend
Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
15.10.26 19:04139
Pezeşkian Ermənistana gedir
15.10.26 19:01140
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
15.10.26 18:59139
8 marşrutun hərəkət istiqaməti dəyişdirilir
15.10.26 18:57114
Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
15.10.26 18:55139
Dağıstanın yeni rəhbəri o oldu
15.10.26 18:52142

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.