• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
20.08.26 19:13
Gündəm
1

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?



Rusiyanın Azərbaycan vətəndaşını zorla Ukraynadakı müharibəyə apardığı iddia edilir.

“Qafqazinfo” “Modern.az”a istinadən xəbər verir ki, Rusiya ordusunda xidmət edən Azərbaycan vətəndaşı Tural Həqiqət oğlu Əliyev hərbi komandanlıq tərəfindən qanunsuz şəkildə müharibə zonasına göndərildiyinə dair videomüraciət yayımlayıb.

1994-cü il oktyabrın 20-də anadan olan Tural Əliyev Azərbaycan vətəndaşı olsa da, 2023-cü ildə Rusiya Ordusunda müqaviləli hərbi xidmətə başlayıb. O, bir neçə dəfə hücum əməliyyatlarında iştirak edib.

Hərbi xidmətdən rəsmi şəkildə azad edilməsinə baxmayaraq, həmyerlimiz barəsində qanunsuz olaraq “hərbi hissəni özbaşına tərk etmə” ittihamının irəli sürüldüyünü bildirib. Hazırda isə onun iradəsinə zidd olaraq döyüş bölgəsinə, “Ştorm V” həmlə qrupuna göndərildiyi iddia olunur.

Azərbaycan vətəndaşı bildirib ki, pasportunun müddəti başa çatıb və onun hərbi bileti yoxdur. İddiasına görə, əvəzində ona heç vaxt sahib olmadığı sənədin dəyişdirilməsi barədə saxta arayış verilib və bundan sonra yenidən döyüş bölgəsinə göndərilib.

O, Rusiya ordusunda sistemli qanunsuzluqlardan, sənədlərin saxtalaşdırılmasından, qanunsuz şəkildə istintaq təcridxanasında saxlanılmasından və komandanlıq tərəfindən təhdidlərə məruz qalmasından danışıb.

Tural Əliyev müraciətində bildirib ki, o sonuna qədər mübarizə aparacaq: “Məni aradan götürmək istəyirsiniz? Bilin ki, sizin bütün köpəklərinizi özümlə o biri dünyaya aparacağam. Artıq itirəcək heç nəyim yoxdur”.

Onun iddiasına görə, 2026-cı il mayın 2-də ona birbaşa “səni aradan götürmək istəyirlər” deyilib. T.Əliyev bunun onun komandanlıqla bağlı kompromat xarakterli məlumatlara malik olması və baş verənləri ictimailəşdirməsi ilə əlaqəli olduğunu bildirib.

Tural Əliyev həmçinin prokurorun uzun müddət hərbi hissənin komandanlığına təzyiq göstərdiyini iddia edir. Onun sözlərinə görə, prokuror onu ya cəbhə xəttinə göndərməyi, ya da yenidən istintaq təcridxanasına qaytarmağı tələb edib. Azərbaycan vətəndaşı bildirir ki, bu proseslər Rusiya müdafiə nazirinin onun hərbi xidmətdən azad edilməsi barədə əmrinə və məhkəmənin iş üzrə cinayət prosesini dayandırmasına baxmayaraq baş verib.

T.Əliyev əlavə edib ki, onun işi ilə bağlı təxminən 40 məhkəmə iclası keçirilib. O bu iclaslarda hüquqlarının və təqdim etdiyi sübutların nəzərə alınmadığını, bəzi sənədlərin isə saxtalaşdırıldığını iddia edir.


Oxşar Xəbərlər

backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
Prezident onları təltif etdi - Siyahı
23.06.26 18:37
Gündəm
backend
“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
19.06.24 18:47
Gündəm / Hadisə
backend
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq - Siyahı
8.05.25 21:16
Mədəniyyət
backend
"Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır" - Hikmət Hacıyev
4.01.24 19:43
Siyasət
backend
Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş ifadə verdi
23.09.25 18:34
Hadisə
backend
Prezidentin müsahibəsi dünya mətbuatının gündəmində
19.12.24 19:20
Siyasət
backend
“Neqodnu” yazılan 26 nəfər hərbi xidmətə aparıldı
10.06.24 20:45
Cəmiyyət
backend
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25.12.25 19:23
Cəmiyyət
backend
Azərbaycandakı diplomatik korpus üçün bölgədəki vəziyyətlə bağlı brifinq keçirilib
18.09.23 18:32
Siyasət
backend
Yeni peşə ixtisasları yaradıldı - Qərar
9.10.24 17:56
Gündəm
backend
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
3.06.25 20:56
Gündəm
backend
Azərbaycanda silah dövriyyəsinin liberallaşdırılmasına dair qanunvericilik təşəbbüsünün səbəbi məlum olub
4.06.24 22:51
Gündəm
backend
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
21.04.25 21:50
Gündəm
backend
Hərbi xidmətə çağırışla bağlı mühüm dəyişiklik
17.10.23 14:36
Gündəm

XƏBƏR LENTİ

19:22 Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
19:21 Daha 34 ölkəyə vizasız gedə biləcəyik
19:19 Başına ot presi düşən kişi öldü
19:13 Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?
19:11 Almaniyada isti hava ilə əlaqəli ölümlərin sayı açıqlandı
20:30 İki gün güclü külək əsəcək
20:29 Gəncədə 25 yaşlı kişi meyiti tapıldı
20:25 Paşinyandan ordudakı intiharlarla bağlı təcili qərar
20:20 Rusiya Jitomirə zərbə endirdi - 2 ölü, 20-dən çox yaralı
20:16 Göygöldə 23 yaşlı oğlan bıçaqlandı
19:20 Abşeronda vəkil saxlanıldı
19:17 19 yaşlı qız avtomobildə öldürüldü - Qardaşı polisə təslim oldu
19:15 Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi
19:11 MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri - Açıqlandı
19:00 80-ci illərin dəbi qayıdır
19:08 Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
19:07 Bu ərazidə suyun verilişi bərpa olundu
19:06 Bu gün də Netanyahu ilə görüşdü
19:05 İki küçədə hərəkət məhdudlaşdırılacaq
19:03 Baş Prokurorluq 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi
19:30 Sabah güclü külək olacaq - Xəbərdarlıq
19:29 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
19:28 9 marşrutun hərəkəti dəyişdirildi
19:27 32 yaşlı kişi həyətində ölü tapıldı
19:26 İki həftəyə 2 milyarda yaxın qazandılar
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
20.08.26 19:221
Daha 34 ölkəyə vizasız gedə biləcəyik
20.08.26 19:211
Başına ot presi düşən kişi öldü
20.08.26 19:191
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?
20.08.26 19:132
Almaniyada isti hava ilə əlaqəli ölümlərin sayı açıqlandı
20.08.26 19:111
backend
Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
20.08.26 19:221
Daha 34 ölkəyə vizasız gedə biləcəyik
20.08.26 19:211
Başına ot presi düşən kişi öldü
20.08.26 19:191
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?
20.08.26 19:132
Almaniyada isti hava ilə əlaqəli ölümlərin sayı açıqlandı
20.08.26 19:111
İki gün güclü külək əsəcək
19.08.26 20:30141
backend
Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
20.08.26 19:221
Daha 34 ölkəyə vizasız gedə biləcəyik
20.08.26 19:211
Başına ot presi düşən kişi öldü
20.08.26 19:191
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?
20.08.26 19:132
Almaniyada isti hava ilə əlaqəli ölümlərin sayı açıqlandı
20.08.26 19:111
İki gün güclü külək əsəcək
19.08.26 20:30141

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.