• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
20.02.24 09:56
Cəmiyyət
163

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5 mayda keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başlayır



Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçiriləcək.

Trend xəbər verir ki, martın 1-dən aprelin 25-nədək isə marafonda iştirak üçün qeydiyyat aparılacaq. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.

Bunun üçün Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya onlayn qeydiyyat üçün www.marathon.az saytına müraciət edilməlidir.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün qeydiyyat zamanı ödəniş məbləği 20 AZN-dir. Korporativ olaraq qoşulanlar isə info@marathon.az elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər. Korporativ müraciətlərdə (hər təşkilatdan minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödənilməlidir. Bakı marafonunda tələbələrin iştirakı ilə bağlı ödəniş Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı vəsait ödəmirlər.

2016-cı ildən təşkil olunan ənənəvi Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. “Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon 21 kilometr məsafəni əhatə edir.

Budəfəki marafonun da start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq. Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

“Bakı Marafonu 2024”ün mükafatlandırılması iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq. Bütün marafon iştirakçılarına və yarışın təşkilinə dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılacaq. Burada müxtəlif əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.

“Bakı Marafonu 2024”ün eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

Oxşar Xəbərlər

backend
Qəbul imtahanlarının II mərhələsi üçün qeydiyyat başlayıb
5.06.23 13:51
Təhsil
backend
DİM abituriyentlərə müraciət ETDİ
19.05.23 18:32
Təhsil
backend
Dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə ÇAĞIRIŞ
8.02.24 14:25
Cəmiyyət
backend
İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək
8.02.24 13:04
Gündəm
backend
Kolleclərə sənəd qəbulu başlayır
14.08.23 21:32
Təhsil
backend
Qəbul imtahanlarına qeydiyyat tarixi dəyişdi
1.06.23 13:32
Təhsil
backend
Bağça müəllimi işləmək istəyənlərin NƏZƏRİNƏ
15.02.24 20:16
Gündəm
backend
DYP qeyri-iş günləri ilə bağlı MƏLUMAT YAYDI
23.06.23 10:34
Gündəm
backend
Taksi sürücülərinin nəzərinə
1.09.23 20:25
Cəmiyyət
backend
ŞAD XƏBƏR! Bu şəxslər də avtomobili pulsuz park edə biləcək
14.12.23 14:37
Cəmiyyət
backend
Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır
9.08.23 08:44
Təhsil

XƏBƏR LENTİ

18:26 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
18:23 Bu Anlaşma Memorandumu təsdiq edildi
18:08 Sabah bu yol bağlı olacaq
18:06 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
18:03 İran ABŞ-yə məxsus dronu vurdu
18:53 Bu ərazilərdə qaz olmayacaq
18:51 Zelenski prezident seçkiləri ilə bağlı mümkün - Tarix açıqladı
18:47 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
18:45 Sabah pensiyalar tam ödəniləcək
18:43 DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
19:15 Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb
19:11 Ödənişli yolda yük maşını aşdı - Ölən var
19:09 423 reys təxirə salındı - Moskva hava limanları hazırda
19:07 Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
19:04 Yeni marşrut xətti istifadəyə verilir
19:04 Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
19:01 Pezeşkian Ermənistana gedir
18:59 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
18:57 8 marşrutun hərəkət istiqaməti dəyişdirilir
18:55 Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
18:52 Dağıstanın yeni rəhbəri o oldu
19:35 İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
19:31 Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü bilgehde-suretle-hereket-eden-avtomobil-asdi
19:27 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
19:22 Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
20.10.26 18:26144
Bu Anlaşma Memorandumu təsdiq edildi
20.10.26 18:23144
Sabah bu yol bağlı olacaq
20.10.26 18:08106
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20.10.26 18:0692
İran ABŞ-yə məxsus dronu vurdu
20.10.26 18:03144
backend
7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
20.10.26 18:26144
Bu Anlaşma Memorandumu təsdiq edildi
20.10.26 18:23144
Sabah bu yol bağlı olacaq
20.10.26 18:08106
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20.10.26 18:0692
İran ABŞ-yə məxsus dronu vurdu
20.10.26 18:03144
Bu ərazilərdə qaz olmayacaq
19.10.26 18:53128
backend
7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
20.10.26 18:26144
Bu Anlaşma Memorandumu təsdiq edildi
20.10.26 18:23144
Sabah bu yol bağlı olacaq
20.10.26 18:08106
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20.10.26 18:0692
İran ABŞ-yə məxsus dronu vurdu
20.10.26 18:03144
Bu ərazilərdə qaz olmayacaq
19.10.26 18:53128

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.