• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
14.12.23 14:37
Cəmiyyət
147

ŞAD XƏBƏR! Bu şəxslər də avtomobili pulsuz park edə biləcək


Bakı şəhərində parkinq xidməti ilə bağlı problemlər, narahatlıq doğuran məqamlar, müasir yanaşmalara uyğun gəlməyən nüanslar çoxdur.
Cari ilin iyun ayından “Az Parking” xidmətinin işə başlamasına baxmayaraq, hələ də insanların bir çoxu pulsuz parklanma şərtləri, habelə bununla bağlı haraya müraciət edilməsi haqqında məlumatsızdır.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yalnız vətəndaşın qeydiyyatda olduğu ünvana yaxın 100 metr radiusda yerləşən parkinq ərazilərində parklanmanı pulsuz edib. Lakin bu məsələdəki problemlərin bir çoxu hələ də həllini tapmayıb. Belə ki, faktiki yaşayış ünvanında yaşayan vətəndaşların bir çoxu parklanma xidmətindən istifadə edərkən tarifə uyğun olaraq pul ödəməli olurlar.
Xatırladaq ki, parklanma xidmətindən istifadə yalnız 15 dəqiqə ərzində pulsuzdur və parklanmanın 1 saata görə ödəniş tarifi ərazilərə görə bölünür. Paytaxtın əsas bölgələrini özündə cəmləyən ərazilərdə parklanmanın 1 saatı 1 manat civarında olsa da, II, III və IV ərazilərdə tariflər müvafiq olaraq 70, 40 və 30 qəpik arasında dəyişir.
Faktiki yaşayış yerində yaşayan şəxslərin parklanma problemləri ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) 1181 Çağrı Mərkəzi ilə əlaqə saxladıq.
Çağrı Mərkəzindən verilən açıqlamada məsələnin həlli ilə bağlı test mərhələsinin həyata keçirildiyi bildirilib:
“Mövcud vəziyyətdə vətəndaş fərdi parklanma talonunu yalnız şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanına uyğun əldə edə bilər. Bunun səbəbi isə budur ki, vətəndaş fərdi parklanma talonuna şəxsiyyət vəsiqəsinin FİN kodu ilə müraciət edir və FİN kod mərkəzləşdirilmiş məlumat bazasına yerləşdirildikdə, əgər müraciət etdiyi ünvanla vəsiqədəki ünvan üst-üstə düşüb öz əksini tapmırsa, bu zaman vətəndaşın müraciətinə imtina gəlir.
1 həftə bundan əvvəl biz test mərhələsi kimi həyata keçirdik ki, artıq vətəndaşın faktiki yaşayış ünvanına uyğun da parklanma talonu verilsin. Sadəcə bu mərhələ özünü doğrultmadığı üçün bu prosesi dayandırmışıq. Ancaq gələcəkdə buna dair yeniliklər olacaq və vətəndaşın faktiki, hətta müvəqqəti yaşayış ünvanına uyğun olaraq fərdi parklanma talonları alaraq ödənişsiz parklanmadan istifadə edə biləcək. Lakin mövcud vəziyyətdə yalnız qeydiyyat ünvanına uyğun verilir. Bununla bağlı proseslərin gələcəkdə nə zaman olacağı ilə bağlı rəsmi məlumat yoxdur.
Vətəndaşın fərdi parklanma talonu alması isə onun qeydiyyat ünvanına yaxın 100 metr radiusuna uyğun hesablanır. Məsələn, vətəndaş Üzeyir Hacıbəyov küçəsində yaşayır və şəxsiyyət vəsiqəsinin FİN kodu ilə SMS müraciət edir. Əgər onun yaşadığı ünvanın 100 metr radiusunda məntəqələr varsa, onlardan bir neçə yer tam ödənişsiz şəkildə verilir ki, parklanmanı həyata keçirə bilər”.

Oxşar Xəbərlər

backend
Bu gündən parklanmaya görə yeni tariflər qüvvəyə minir - QİYMƏTLƏR
25.07.23 13:02
İqtisadiyyat
backend
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
8.09.23 11:10
Gündəm
backend
Avtomobillərin parklanması üçün nağd ödəniş ləğv edilir
6.07.23 19:11
İqtisadiyyat
backend
Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır
21.06.23 14:32
Gündəm
backend
Bu marşrut xətləri “BakıKart”a qoşulacaq
1.11.23 12:54
Gündəm
backend
12 ildir dayanacaqlarda toz basmış monitorlar yığışdırılır - RƏSMİ
1.08.23 19:00
Gündəm
backend
Taksi sürücülərinin nəzərinə
1.09.23 20:25
Cəmiyyət
backend
Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır
15.06.23 18:00
Gündəm
backend
"Bakı Metropoliteni"ndə QR ödəniş üsulunun tətbiqinə başlanılır
6.09.23 08:51
Gündəm
backend
Qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək - RƏSMİ
29.11.23 16:01
Cəmiyyət
backend
İran 4 diplomatımızı “arzuolunmaz şəxs” elan etdi - RƏSMİ
5.05.23 17:24
Siyasət

XƏBƏR LENTİ

18:51 Azad edilmiş ərazilərdə növbəti maarifləndirmə tədbirləri keçirilib
18:49 Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə
18:48 Baş nazir Rusiyanın səhiyyə naziri ilə görüşdü
18:45 Sabah leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
18:44 “Hörmüzü nəzarətə götürüb qoruyucu mələkləri olacağıq”
18:42 AQTA-dan şübhəli arıqlama məhsulları ilə bağlı - Çağırış
20:24 Qulaqdibi xəstəliyi ilə bağlı - Rəsmi açıqlama
20:23 Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
20:22 Dünya media trendlərinin gələcəyi Qarabağda müzakirə olunur
20:21 Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
20:01 “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
21:11 6 ayda bu qədər şəxsə əlillik verilib
21:09 61 yaşlı qadın evində ölü tapıldı
21:07 Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib
21:04 Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
20:52 Paytaxtın bu yollarında təmir gedir - Siyahı
18:33 Şuşadakı abidələrin korlanması - Qadağan edildi
18:31 Balakən sakinini sel apardı
18:29 Kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərin nəzərinə!
18:27 40 il öncə Məkkəyə gedib ölkəsinə qayıda bilmirdi - Türkiyə hərəkətə keçdi
18:22 Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!
20:05 2029-cu ildə əhali siyahıya alınacaq
20:03 Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
20:02 İyul pensiyaları bu tarixdə veriləcək
20:00 Başçının müavini idi, I müavin oldu
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azad edilmiş ərazilərdə növbəti maarifləndirmə tədbirləri keçirilib
13.07.26 18:518
Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə
13.07.26 18:498
Baş nazir Rusiyanın səhiyyə naziri ilə görüşdü
13.07.26 18:488
Sabah leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
13.07.26 18:4510
“Hörmüzü nəzarətə götürüb qoruyucu mələkləri olacağıq”
13.07.26 18:448
AQTA-dan şübhəli arıqlama məhsulları ilə bağlı - Çağırış
13.07.26 18:428
backend
Azad edilmiş ərazilərdə növbəti maarifləndirmə tədbirləri keçirilib
13.07.26 18:518
Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə
13.07.26 18:498
Baş nazir Rusiyanın səhiyyə naziri ilə görüşdü
13.07.26 18:488
Sabah leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
13.07.26 18:4510
“Hörmüzü nəzarətə götürüb qoruyucu mələkləri olacağıq”
13.07.26 18:448
AQTA-dan şübhəli arıqlama məhsulları ilə bağlı - Çağırış
13.07.26 18:428
backend
Azad edilmiş ərazilərdə növbəti maarifləndirmə tədbirləri keçirilib
13.07.26 18:518
Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə
13.07.26 18:498
Baş nazir Rusiyanın səhiyyə naziri ilə görüşdü
13.07.26 18:488
Sabah leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
13.07.26 18:4510
“Hörmüzü nəzarətə götürüb qoruyucu mələkləri olacağıq”
13.07.26 18:448
AQTA-dan şübhəli arıqlama məhsulları ilə bağlı - Çağırış
13.07.26 18:428

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.